Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Bursa Azərbaycan Həmrəylik və İnnovasiya Dərnəyinin birgə təşkilatçılığı, Bursa Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə həyata keçirilən “Türkiyə-Azərbaycan Müəllimlərinin I Təhsil Zirvəsi” layihəsi çərçivəsində bu gün Bursa Uludağ Universitetində rəsmilər, müəllimlər və tələbələrin iştirakı ilə "Azərbaycan-Türkiyə Təhsil Sistemində Yeni Trendlər" mövzusunda tədbir həyata keçirildi.
Tədbir Bursa Uludağ Universitetinin rektoru Ahmet Saim Kılavuzun açılış nitqi ilə başlamışdır.
Tədbirdə Bursa Uludağ Universitetinin Təhsil Fakültəsi, Təhsilin İdarə edilməsi üzrə professor Şükrü Ada, Elm Ədəbiyyat Fakültəsinin dosenti Mustafa Berkay Aydın, Dr. Banu Elmastaş Dikeç, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə və ADA məktəbinin kimya müəllimi Kamran Məmmədli çıxış etdilər.
Tədbirdə "Şagirdlərin Psixi Sağlamlığı-Bullinq", "Məktəb və şagird təhlükəsizliyi", "Təhsilin informasiyalaşdırılması" və "Məktəb-Valideyn Münasibətləri" mövzularına toxunulub.