Profil

Axtarış

Milli Qurtuluş Günü

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Bursada Azərbaycan və Türkiyənin gənc müəllimlərinin Yay Düşərgəsi
AGMA komandası olaraq Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi nə təşəkkür edirik.

Bursada Azərbaycan və Türkiyənin gənc müəllimlərinin Yay Düşərgəsi təşkil edilib

Türkiyənin Bursa şəhərində “Azərbaycan-Türkiyə müəllimlərinin Yay Düşərgəsi" layihəsi həyata keçirilib.

Bursa Azərbaycan Həmrəylik və İnnovasiya Dərnəyinin və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı, Bursa şəhər Milli Təhsil İdarəsi, Bursa Böyükşəhər Bələdiyyəsi və Birlik Vəqfinin Bursa şöbəsinin dəstəyi ilə gerçəkləşdirilən layihədə iştirak etmək üçün Azərbaycandan 30, Türkiyədən isə 15 gənc müəllim seçilib.

23-30 iyul 2022-ci il tarixində reallaşdırılan layihə iki qardaş ölkənin müəllimlərinin tanışlığı, şəbəkələşməsi və təcrübə mübadiləsi məqsədi daşıyır.
Yay Düşərgəsinin yekununda müəllimlərə sertifikatlar və təşəkkürnamələr təqdim edilib. Layihə çərçivəsində Bursa və İstanbula ekskursiyalar təşkil edilib.

11.08.2022

badge-icon
Məktəbdə uşaqlara qarşı bullinq
Kursun məqsədi müəllimlərin bullinq, onu təyin etmə, qarşısını alma və profilaktikası haqqında bilikləndirilməsi. Kurs bullinq haqqında tədqiqatları insanların nəzərinə çatdırır, bullinqin necə təyin oluna biləcəyini izah edir və qarşının alınması yollarını göstərir.

Kursda əhatə olunan mövzular:
- Məktəbdə bullinq;
- Bullinqin qarşısının alınması;
- Bullinqin təyin olunması və sonrakı addımlar.

Daim inkişafda olub, daha çox öyrənək ki, daha çox sevgi ilə öyrədək!

Kursun linki:

08.08.2022

badge-icon
AZƏRBAYCAN GƏNC MÜƏLLİMLƏR ASSOSİASİYASININ BƏYANATI
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin 4 avqust 2022-ci il tarixində radikal dini vandalizm qrupları tərəfindən hücuma məruz qalması faktını qətiyyətlə pisləyir və bunu vandalizm aktı kimi dəyərləndirir.

Vandalizm qruplarının səfirliyin binasına zorla daxil olaraq Azərbaycan bayrağını endirməsi və dini bayraqlar qaldıraraq radikal dini şüarlar səsləndirməsi Azərbaycan Respublikasına, ümumilikdə isə beynəlxalq hüquqa ziddir.

Bu vandalizm aktı Azərbaycanın da 21 iyul 1992-ci il tarixində qoşulduğu diplomatik münasibətlərin və diplomatik binaların təhlükəsizliyinin tənzimləndiyi Beynəlxalq Vyana Konvensiyasına ziddir. 

Konvensiyaya əsasən, dövlətimizin diplomatik binasına edilən hücum və şəhidlərimizin qanı bahasına dalğalanan bayrağımıza qarşı törədilən vandalizm aktını şiddətlə qınayır və yaşanan hadisənin araşdırılaraq təqsirkarların cəzalandırılmasını tələb edirik.

05.08.2022

badge-icon
"Gənclər təşkilatlarının Yay Təcrübə Məktəbi"
17 - 22 avqust 2022-ci il tarixlərində Göygöl şəhəri Göygöl Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə "Gənclər təşkilatlarının Yay Təcrübə Məktəbi" həyata keçiriləcəkdir! Layihə çərçivəsində peşəkar təlimçilərin iştirakı ilə müxtəlif təlimlər, vörkşoplar və sessiyalar keçiriləcək, əyləncəli dəqiqələr də proqramda öz yerini alacaq. Aşağıdaki link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:
Qeydiyyat üçün son tarix: 14 avqust, saat 18:00

Yaş həddi: 18-29 yaş

Qeyd: Yerlər məhdud sayda olduğu üçün qeydiyyatdan ilk keçən müraciətçilərə üstünlük veriləcəkdir.

05.08.2022

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

12

ÜMUMİ KURSLAR

2500

AKTİV MÜƏLLİM

4000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun