Profil

Axtarış

Gənc müəllimlərlə maarifçilik ənənələrinə dair növbəti müzakirə aparılıb

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gənc müəllimlərlə “Azərbaycan maarifçilik ənənələri gənc müəllimlərin missiyası kimi” mövzusunda növbəti görüş keçirilib.

Görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru Könül Pirverdiyeva, Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sabiq sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rüfət Əsədzadə, AGMA-nın sədri Səkinə Həsənova, F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq struktur bölmə rəhbərləri və gənc müəllimlər iştirak ediblər.

Görüş Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra böyük pedaqoqun həyatı və maarifçilik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.  
F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Ş.Qəmbərova görüş iştirakçılarını salamlayaraq ədibin zəngin irsinin gənc nəslin təlim-tərbiyəsi və inkişafına təsirlərindən danışıb.  

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva ömrünün 40 ilini xalqının maariflənməsinə, mədəni tərəqqisinə həsr edərək milli duyğulara sahib bir fədai kimi adını tarixə qızıl hərflərlə yazdıran F.B.Köçərlinin Azərbaycan məktəbi və pedaqoji fikir tarixindəki xidmətlərindən söz açıb. M.Vəliyeva böyük maarifçinin Azərbaycan gəncliyinə aşıladığı vətənpərvərlik ruhunun, milli təhsilimizin inkişafı naminə həyata keçirdiyi ideyaların bu gün də gənc müəllimlər üçün ən gözəl nümunə olduğunu bildirib.
ADPU-nun prorektoru K.Pirverdiyeva ömrünün sonuna qədər müəllimlik edərək bu peşəyə sevgisi və sədaqəti ilə əsil nümunə olan F.B.Köçərlinin maarifçiliyin inkişafı, pedaqoji fikrin zənginləşməsi işinə verdiyi töhfədən bəhs edib. K.Pirverdiyeva gənc müəllimlərə işıqlı maarifçilərin ideyalarından bəhrələnərək həyat və fəaliyyətləri ilə cəmiyyətə örnək olmağı tövsiyə edib.  

BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti M.Osmanoğlu, AGMA-nın sabiq sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü R. Əsədzadə, AGMA-nın sədri S.Həsənova, Quba rayonu İkinci Nügədi kənd 3 nömrəli tam orta məktəbin coğrafiya müəllimi, AGMA-nın üzvü Yasəmən Sofiyeva dövlət və cəmiyyətin inkişafında gəncliyin rolundan danışıb, gələcək nəsillərin vətənpərvər, kamil şəxsiyyət kimi yetişdirilməsində məktəbin, müəllimin üzərinə düşən missiyadan söz açıblar.

Vətən Müharibəsi qaziləri, gənc müəllimlər Cavidan Allahverdiyev, Elnur Xəlilov, Şahniyar Məmmədov və Novruz Bələdov Vətənin əsgəri olaraq yerinə yetirdikləri vətəndaşlıq borcunu təhsilin əsgəri olaraq da uğurla davam etdirəcələrini, xalqına, millətinə layiq gənclər yetişdirmək işində daha əzmlə çalışacaqlarını söyləyiblər.
Sonda 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Cavid Haqverdiyevin ifası təqdim olunub.

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
“Qeyri-formal təhsildə təlimçinin əl kitabı” təqdimatı uğurla baş tutdu!
 Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən kitab təqdimatı tədbirində iştirakçılar qeyri-formal təhsil sahəsində yeni imkanlar, metodik yanaşmalar və təcrübə mübadiləsi barədə müzakirələr aparıblar.

Bu dəyərli vəsait təlimçilərə və müəllimlərə öz fəaliyyətlərini daha sistemli və effektiv qurmaqda kömək edəcək. Tədbirdə iştirak edən hər kəsə təşəkkür edirik!

13.10.2025

badge-icon
"Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası" mövzusunda forum keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə “Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası Forumu” uğurla baş tutdu.

Tədbirin əsas məqsədi gənc müəllimlər arasında milli-mənəvi dəyərləri möhkəmləndirmək, müstəqillik və suverenliyin qorunmasında müəllimin rolunu vurğulamaq, eləcə də təhsil işçilərinin bu istiqamətdəki missiyasını müzakirə etməkdən ibarətdir.

Forum 11 oktyabr 2025-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Açılış nitqi ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək, təhsilin ölkənin ideoloji və milli dayaqlarından biri kimi əhəmiyyətini vurğulayıb. O, müəllimlərin gənc nəslin vətənə, dövlətə sədaqət ruhunda formalaşmasında xüsusi rol oynadığını qeyd edib.

Forumda Milli Məclisin deputatı Naqif Həmzəyev təhsilin dövlət siyasətində prioritet istiqamət olduğunu bildirərək, gənc müəllimlərin bu missiyada fəal iştirakının önəmini vurğulayıb.

Forumun irəliləyən dəqiqələrində  “Müstəqillik və Suverenliyin Qorunmasında Müəllimin Missiyası” adlı panel müzakirəsi keçirilib. Panelə Pərvinə Qədimova moderatorluq edib. Müzakirədə tarix müəllimləri və dərsliklərin həmmüəllifləri Hafiz Cabbarov və Ramil Tanrıverdi çıxış edərək, müəllimlərin milli dəyərlərin ötürülməsində rolu və təhsildə ideoloji yanaşmalar barədə fikirlərini bölüşüblər.

Tədbirin növbəti hissəsində Azərbaycan Respublikasının Təhsil İnstitutu-nun MDM Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Balayeva “Uşaq müdafiəsi və təhlükəsizliyi” mövzusunda çıxış edib. O, məktəb mühitində uşaqların fiziki və psixoloji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Forumun sonunda iştirakçılarla xatirə fotosu çəkilib.

11.10.2025

badge-icon
Adaptasiya Proqramının IV mövzusu – “Diferensiallaşdırılmış təlim və inklüziv təhsil"
Yeni işə qəbul olunmuş müəllimlər üçün Adaptasiya Proqramının IV mövzusu – “Diferensiallaşdırılmış təlim və inklüziv təhsil” olacaq.

Bu dəfəki müzakirədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova və Azərbaycan Respublikasının Təhsil İnstitutu, Təhsil Texnologiyaları Mərkəzinin psixoloqu Aydan Səfərli və moderator qismində Gəncə şəhəri 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səltənət Qurbanovadır.

Qeyd edək ki, Adaptasiya Proqramının məqsədi yeni işə qəbul olunmuş gənc müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.
Tarix: 10 oktyabr
Saat: 19:00
Məkan: AGMA-nın rəsmi Facebook səhifəsində canlı yayım (onlayn vebinar)

Gənc müəllimlər üçün nəzərdə tutulan bu faydalı müzakirəni qaçırmayın!

08.10.2025

badge-icon
Adaptasiya Proqramının III mövzusu – “Sinfin səmərəli idarə olunması”
 Yeni işə qəbul olunmuş müəllimlər üçün Adaptasiya Proqramının III mövzusu – “Sinfin səmərəli idarə olunması” olacaq.

Bu dəfəki müzakirənin qonaqları Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova, Azərbaycan Respublikası Təhsil İnstitutunun baş metodisləri Fatimə Əliyeva, Esmira Tahirova və moderator qismində Gəncə şəhəri 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səltənət Qurbanovadır.

Qeyd edək ki, Adaptasiya Proqramının məqsədi yeni işə qəbul olunmuş gənc müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.

Tarix: 3 oktyabr
Saat: 19:00

Məkan: AGMA-nın rəsmi Facebook səhifəsində canlı yayım (onlayn vebinar)

Gənc müəllimlərin inkişafına töhfə verəcək bu faydalı müzakirəni qaçırmayın!

02.10.2025

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun