Profil

Axtarış

Çinar Yayımları Nəşriyyatı

Çinar Yayımları Nəşriyyatı

Azərbaycanda fəaliyyət göstərən özəl nəşriyyat şirkəti "ÇİNAR YAYIMLARI" sizə təqdim edilən bütün məhsullarda yenilikləri və texnologiya cəhətdən uyğun proqramları tətbiq və inkişaf etdirir. "Çinar Yayımları" təhsilə açılan bir pəncərə, yeni bir nəfəs, yeni bir yol olmaqla, nəşrləri ilə Azərbaycanda müəllim və şagird mərkəzli çalışan nadir nəşriyyatlardan biridir.

Ətraflı məlumat: https://cinaryayimlari.com/

Missiyamız:

İnnovasiyaları təqib edərək, araşdıraraq və çox çalışaraq keyfiyyəti
əsas prinsip alaraq hər yaşdan olan şagirdin məqsədinə nail olması
üçün yorulmadan çalışırıq. Çünki bizim üçün hər kəsin
müvəffəqiyyəti və xoşbəxtliyi çox vacibdir.


Dəyərlərimiz:

Etibarlılıq
– Biz öz əməkdaşlarımız və tərəfdaşlarımızla işimizi
etibarlı əməkdaşlıq, qarşılıqlı inam və hörmətə əsaslanan münasibətlər
üzərində qururuq.

Mükəmməllik və innovasiya
– “Çinar Yayımları”, təcrübəli və bu

sahədə mütəxəssis təhsil işçiləri tərəfindən hazırlanan ibtidai sinif,
uşaq ədəbiyyatı, məktəbəqədər təhsil kitabları ilə birlikdə, fərdi və
mədəni inkişafı dəstəkləyən nəşrləri də özündə ehtiva edir. Biz bütün
layihələrimizdə mükəmməlliyi hədəf götürür və texnologiyaların
tətbiqində daim müasir və innovativ üsullardan istifadə edirik.


Komanda işi – Biz hər bir əməkdaşımızın və tərəfdaşımızın bacarıq
və gücünə inanaraq, ümumi missiyamız uğrunda səylərimizi
birləşdiririk.

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Təbiət fənləri müəllimlərinin inkişafı forumu
Təbiət fənləri müəllimlərinin inkişafı forumu
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gənc Biologiya Müəllimləri Birliyi, Gənc Kimya Müəllimləri Birliyi və Gənc Fizika Müəllimləri Birliyinin tərəfdaşlığı ilə 25 noyabr 2023-cü ildə “Təbiət fənləri müəllimlərinin inkişafı forumu” keçirilib.
2 hissədən ibarət olan forumun 1-ci hissəsi rəsmi hissəni təşkil edib. Bu hissədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin üzvü Orxan Cəfərov, Forumun spikerləri Elşad Abdullayev ,Yalçın İslamzadə ,Elşad Yunusov, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib. 
Tədbir gənc müəllimlər üçün təşkil edilən təlimlərlə başa çatıb.
Qeyd edək ki, forumun məqsədi kimya, biologiya, fizika fənlərini tədris edən müəllimlərin bir araya gəlməsi, ideyalar, tədris resursları və təcrübə mübadiləsi aparması üçün imkan yaratmaq, şəbəkələşməni təmin etməkdir.

27.11.2023

badge-icon
Təbiət fənləri müəllimlərinin inkişafı forumu
Təbiət fənləri müəllimlərinin inkişafı forumu 
“Təbiət fənləri müəllimlərinin inkişafı forumu” nun dəyərli təlimçiləri müəllimlərin inkişafına dəstək olmaq üçün maraqlı mövzularla çıxış edəcəklər.

24.11.2023

badge-icon
Regionlarda Olimpiadalara Hazırlıq Mərkəzlərinin qurulması
Regionlarda Olimpiadalara Hazırlıq Mərkəzlərinin qurulması

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının "Regionlarda Olimpiadalara Hazırlıq Mərkəzlərinin Qurulması" layihəsində iştirak edən şagirdlərin olimpiadaya hazırlıq prosesi davam edir.

Olimpiadaya hazırlıq prosesində iştirak edən Şirvan şəhər kimya-biologiya təmayüllü liseyin kimya müəllimi Səbinə Hüseynovanın şagirdlərlə hazırlıq prosesindən görüntülərini sizə təqdim edirik.

24.11.2023

badge-icon
Qayıdış - Tarix və Coğrafiya müəllimlərinə ingilis dilinin öyrədilməsi
“Qayıdış - Tarix və Coğrafiya müəllimlərinə ingilis dilinin öyrədilməsi” layihəsinə seçilən müəllimlərlə görüş keçirilib.

Görüşdə seçilən 20 tarix-coğrafiya müəlliminə 6 ay müddətində ingilis dilindən təlimlər keçirilməsi və təlimlərin sonunda 2 səviyyəni bitirmiş olacaqları haqqında məlumat verilib.

Qeyd edək ki, layihənin məqsədi Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi və Qarabağ Regional Təhsil idarəsinin tabeliyində regionlara qayıdan tarix və coğrafiya müəllimlərinin ingilis dili bacarıqlarının artırılması ilə onların beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etmək, istərsə də həmin regionlara gələn xarici qonaqlara öz tarixi yaddaşımızı və coğrafi məkanlarımızı tanıda biləcəklər.

24.11.2023

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

77

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun