Profil

Axtarış

Pepsi Azerbaijan

“Mars Overseas Baku LTD”

Pepsi Cola-nın əfsanəvi resepti ABŞ-ın Şimali Karolina ştatında anadan olan Caleb Bradham tərəfindən kəşf olunmuşdur. İlk dəfə 1898-ci ildə New Bern, Şimali Carolinada satışa çıxarılan içki ilk vaxtlar "Brad's Drink" olaraq tanınırdı və Bradhamın öz əczaxanasında hazırlanırdı. Sonradan artan tələbin təsiriylə ilk qablaşdırma fabrikləri Şimali Karolina əyalətinin Durham və Charlotte şəhərlərində qurulmuşdur. Bu gün dünyanın bir çox ölkəsində qablaşdırma və istehsal fabriki olan Pepsi, demək olar ki, bütün ölkələrdə satılmaqdadır və dünyanın ən vacib markalarından biri hesab olunur.

Mars Overseas öz uğurlu fəaliyyətinə 1999-cu ildə başlamışdır. Şirkətin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və "snack"lərin istehsalı və satışıdır. İstehsal prosesi bütün ekoloji, sanitar-gigiyenik və təhlükəsizlik normalarına uyğun aparılır və beynəlxaq standartlara cavab verir. Hal-hazırda bir çox adda məhsul istehsal edilir. Onların arasında “PEPSİ”, “MIRINDA”, “MOUNTAIN DEW”, “7UP”, “JALƏ”, “ЗОЛОТОЙ САД” və “NATURA”, “MIA”, “I’M TEA” əsas brendlər sayılır.

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Müəllimlər üçün istirahət proqramı təşkil olunub
AGMA-nın birlik rəhbərləri və koordinatorlarının iştirakı ilə, sertifikatlaşdırma prosesində yüksək nəticə göstərmiş müəllimlər üçün istirahət proqramı təşkil olunub.

Bu təşəbbüsün əsas məqsədi uğurlu nəticə göstərmiş müəllimlərə təşəkkür etmək, onların motivasiyasını artırmaq və fəaliyyətlərini dəyərləndirməkdir. İstirahət proqramında həm yüksək nəticə göstərmiş yeni müəllimlər, həm də AGMA-nın birlik rəhbərləri və koordinatorları iştirak ediblər.

Tədbir çərçivəsində müəllimlər “Şuşa, sən azadsan” sənədli filmini izləyib, müxtəlif komanda oyunları – futbol, voleybol və digər idman fəaliyyətlərində iştirak edərək asudə vaxtlarını səmərəli və əyləncəli şəkildə keçiriblər. Bu fəaliyyətlər müəllimlər arasında dostluq əlaqələrinin möhkəmlənməsinə və yeni əməkdaşlıqların qurulmasına şərait yaradıb.

Bundan əlavə, Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı ilə "Təhsil" istirahət mərkəzində 22 İyul Mətbuat Gününə həsr olunmuş intellektual yarış keçirilmiş və yarışda iştirak edən 22 komanda arasında AGMA komandası birinci yeri qazanmışdır.

Proqram ərzində həm təcrübə paylaşımı, həm də sosial əlaqələrin qurulması üçün əlverişli şərait yaranmış, iştirakçılar üçün yaddaqalan və dəyərli istirahət imkanı təmin edilmişdir.

Biz də bu proqramda iştirak edən bütün həmkarlarımıza uğurlar arzulayır, onların gələcək fəaliyyətlərində davamlı motivasiya və birlik ruhu diləyirik.

26.07.2025

badge-icon
Mətbuat Günü münasibətilə media nümayəndələri ilə
AGMA olaraq Mətbuat Günü münasibətilə media nümayəndələri ilə bir araya gəldik.

Bu dəyərli gün münasibətilə jurnalistlərimizin informasiya cəmiyyətinə verdiyi töhfələri yüksək qiymətləndiririk. Peşə fəaliyyətlərində onlara uğurlar arzulayırıq!

Tədbir çərçivəsində xoş anlar paylaşdıq, fikir mübadiləsi apardıq və əməkdaşlığımızı daha da möhkəmləndirdik.
Əmək və fədakarlıqları üçün bütün media nümayəndələrinə təşəkkür edirik.

19.07.2025

badge-icon
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə AGMA arasında əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə AGMA arasında əməkdaşlıq imkanları müzakirə olunub
 
Bu gün Mədəniyyət Nazirliyinin müşaviri Cəsarət Valehov ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova arasında görüş keçirilib. Görüşdə tərəflər mədəniyyətin təbliği, müəllimlərin bu sahədə rolu və gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparıblar.

Cəsarət Valehov çıxışında ölkədə mədəni dəyərlərin inkişafında müəllimlərin oynadığı rolu yüksək qiymətləndirib və bu istiqamətdə nazirliyin gənclərlə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb.

AGMA sədri Pərvinə Qədimova isə təşkilatın bölgələrdə apardığı fəaliyyətlər, müəllimlərin maarifləndirilməsi və mədəni tədbirlərə töhfələri barədə məlumat verib. O, gələcəkdə mədəniyyət və təhsil sahələrinin vəhdətində yeni layihələrin reallaşdırılmasının vacibliyini qeyd edib.

Görüş zamanı qarşılıqlı əməkdaşlıq üçün təkliflər irəli sürülüb, birgə tədbirlərin keçirilməsi və regional mədəni layihələrdə əməkdaşlığın genişləndirilməsi qərara alınıb.

Bu təşəbbüs, cəmiyyətin inkişafında, milli-mədəni kimliklərinin formalaşmasında mühüm rol oynayacaq və ölkənin mədəni inkişafına töhfə verəcəkdir.

16.07.2025

badge-icon
"Təhsil sisteminde uşaq müdafiəsi və təhlükəsizliyi" mövzusunda seminar təşkil edilib.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasınin təşkilatçılığı ilə 216 nomreli tam orta məktəbdə "Təhsil sisteminde uşaq müdafiəsi və təhlükəsizliyi" mövzusunda ibtidai sinif müəllimi birliyinin koordinatoru Günel Quliyeva tərəfindən seminar təşkil edilib.

Qeyd edək ki, seminarın keçirilməsinde məqsəd təhlükəsiz mühit anlayışı, uşaq hüquqlarının müdafiəsi və müəllimlərin təcrübəsinə əsasən fikir mübadiləsi, muzakilerin aparılaraq, onları sözügeden mövzuda melumatliligini artırmaqdan ibarət olub.

09.07.2025

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun