Profil

Axtarış

“Fantastik dördlük“

“Azərbaycan Qadını Elmdə” (Azerbaijani Women in Science) təşkilatı “Fantastik dördlük“ adlı 13-18 yaşlı məktəbli qızlar üçün təhsil proqramı layihəsinin icrasına başlayır. “Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyi” ilə tərəfdaşlıq şəraitində həyata keçiriləcək layihə cari ilin dekabr və növbəti ilin fevral aylarını əhatə edəcək.

Layihənin məqsədi nədir? 
Layihə seçilmiş 4 rayonda - Biləsuvar, Masallı, Lənkəran və Lerikdə 13-18 yaş aralığında olan məktəbli qızlara müxtəlif təlim sessiyaları təşkil etməklə onlarda elmə, təhsilə maraq yaratmaq, həmçinin gələcəyin ixtisasları, xaricdə təhsil, texniki və mühəndislik sahəsində biliklərini artırmaqla gənc qızların təhsilli olması, onları gələcək həyatlarında təhsilin əhəmiyyəti haqqında maarifləndirməkdir. Maarifləndirmə prosesinə qızların valideynlərinin də cəlb olunması nəzərdə tutulur.
 
Layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində həyata keçirilir. 
 
Layihə haqqında:
Layihə iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə seçilmiş 4 rayonda informasiya texnoloqiyaları, sahibkarlıq, marketinq, şəxsi inkişaf və karyera seçimi, xaricdə təhsil, vaxtın idarə olunması, gender bərabərliyi, psixologiya və hüquqi istiqamətdə canlı təlimlər təşkil ediləcək. 
 
Layihənin ikinci mərhələsi bütün ölkəni əhatə edəcək və onlayn formatda olacaq. İkinci mərhələdə iştirak etmək istəyən məktəbli qızlar “Mən kim olmaq istəyirəm?!” mövzusunda inşa yazaraq layihəyə qatılmalıdır. İnşalar münsiflər heyəti tərəfindən nəzərdən keçiriləcək. İnşaları seçilmiş şagirdlər üçün üç həftə ərzində Azərbaycan Gənc Müəllimlər Assosiyasının mentorları və Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlər tərəfindən ikinci tura hazırlıq, təqdimat mövzularının seçimi, təqdimat bacarıqlarının aşılanması mövzularında təlimlər keçiriləcək. İkinci turda öz təqdimatları ilə çıxış edən məktəbli qızlardan ibarət komandalar 6 kateqoriya üzrə mükafatlandırılacaqlar: (I yer, II yer, III yer, ən yaxşı təqdimat, ən yaxşı çıxış və ən yaxşı layihə). 
 
Layihədə kimlər iştirak edə bilər və necə qoşulmaq olar?
Layihə seçilmiş regionlar üzrə 6-11-ci siniflərdə təhsil alan qızlar və onların valideynləri üçün nəzərdə tutulmuşdur.
Qeyd: 2021-ci tədris ilində artıq 11-ci sinfi bitirmək üzrə olan şagirdlər də layihəyə müraciət edə bilər.

 Layihənin əhatə etdiyi regionlar: Lənkəran, Lerik, Biləsuvar, Masallı
Qeydiyyat üçün link: https://docs.google.com/.../1eqE9yh9DncnwroB.../edit
Qeydiyyat üçün son tarix: 17 dekabr (saat 00:00), 2021
Keçirilmə müddəti: 17 Dekabr, 2021 – 10 Fevral, 2022
Uğurlu namizədlər növbəti mərhələ haqqında məlumatı e-mail və ya telefon zəngi ilə əldə edəcəklər.
Layihə ilə bağlı suallarınız üçün awisforum@gmail.com e-poçtuna müraciət edin.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası
UNFPA Azerbaijan
Delegation of the European Union to Azerbaijan
UN Women
Müasir Gənclərin İnkişafına Dəstək İB
Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunu açıq elan edirik!
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunu açıq elan edirik!
 
Əziz müəllimlər, kitab oxuyub mükafat qazanmaq istəyirsinizsə, marafona qoşulmağa tələsin! 

Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Təhsilin İnkişafı Fondu (TİF) və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı, Hədəf Şirkətlər Qrupunun baş sponsorluğu ilə keçirilən marafonun şərtləri aşağıdakı kimidir:

1. Marafonun keçirilmə müddəti 3 aydır (20 aprel 2024 – 20 iyul 2024).  
2. Marafonda hazırda müəllimlik fəaliyyəti ilə məşğul olanlar iştirak edə bilər.
3. Layihə müddətində 6 kitab oxunacaq.
4. İştirakçı marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdır. Səhifədə kitablar, imtahan mərhələsi və ümumiyyətlə, marafonla bağlı məlumatlar paylaşılacaq. 
5. Oxu müddəti bitəndən sonra qaliblər seçim turu və finaldan ibarət imtahan nəticəsində seçiləcəklər. Suallar iştirakçıların mütaliə etdiyi 6 kitab əsasında hazırlanacaq.
6. Birinci imtahan onlayn formada həyata keçiriləcək. Bu mərhələdə ən yüksək göstəriciyə malik on nəfər final turuna vəsiqə qazanacaq. 
7. Final mərhələsi təyin olunmuş oyun zalında on nəfər arasında baş tutacaq.  
8. Birinci yer 1000 AZN, ikinci yer 600 AZN, üçüncü yer isə 400 AZN pul mükafatı əldə edəcək. Digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikaflar veriləcək.  
9. IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunu müddətində oxunacaq kitablar: 
1. Şəmil Sadiq – “İnsan mühəndisi” (Hədəf Nəşrləri) 
2. Nihat Büyükbaş – “Türk təhsili” (XAN Nəşriyyatı) 
3. Rafiq İsmayılov – “Düzgün yazaq” (Altun Kitab Nəşriyyatı) 
4. Rəşad Bayramov – “Sözünə güvən” (Parlaq İmzalar Nəşriyyatı) 
5. Rövşən Abdullaoğlu – “Üzləşmə” (Qədim Qala Nəşriyyatı) 
6. Gülüş Xəlilova – “Günəşə baxmaq” (Libra Kitab Nəşriyyatı) 
10. Qeydiyyatdan keçmək üçün bu linkə daxil olun (qeydiyyatdan keçəndən sonra “Marafona qoşul” səhifəsinə keçid edərək müvafiq xanaları doldurun):
https://anaib.az/kitabqurdu/marafon/?id=7

Kitabları endirimlə sifariş vermək və sürətli çatdırılmadan faydalanmaq üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: +994 55 877 24 44

22.04.2024

badge-icon
Ramazan bayramınız mübarək!
Ramazan bayramınız mübarək! 

10.04.2024

badge-icon
Gənc Kimya Müəllimləri Birliyinin növbəti təlimi Gəncə Dövlət Universitetində keçirildi
Gənc Kimya Müəllimləri Birliyinin növbəti təlimi Gəncə Dövlət Universitetində keçirildi. 

Təlimdə iştirak edən tələbə və müəllimlərə elektron vasitələrin istifadə qaydaları izah olundu. AGMA və onun tərkibində yaradılmış Gənc Kimya Müəllimləri Birliyinin fəaliyyəti, virtual laboratoriya, veb alətləri barədə məlumat verildi.  

Təlimin keçirilməsində dəstək olan Gəncə Dövlət Universitetinin idarə heyəti və kimya -biologiya kafedrasının müəllimlərinə təşəkkürümüzü bildiririk.

09.04.2024

badge-icon
Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf tədbiri
7 aprel 2024-cü il tarixində keçirilən konfransımızın rəsmi hissəsi yekunlaşdıqdan sonra panel müzakirəsi başlayıb. 

Paneldə Milli Məclisin deputatı, həmçinin Məclisin Elm və Təhsil komitəsinin üzvü Pərvin Kərimzadə, IDEA İctimai Birliyinin layihələrin idarəedilməsi şöbəsinin müdiri Zərxanım Ağayeva və Göygöl Milli Parkının direktoru Fuad Quliyev spiker qismində çıxış edərək ekoloji proseslərdə müəllimlərin rolu və təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı, şagirdlərin bu proseslərə cəlb edilməsi yolları kimi mövzulardan söz açıblar.

Daha sonra Azərbaycan Skautlar Assosiasiyasının nümayəndələri Zamin Məmmədov, Ülvi Məmmədov, Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin sədri Cəsur Mədətzadə və Elm və Təhsil Nazirliyinin eskperti Turab Əhmədov tərəfindən 3 müxtəlif otaqda vörkşoplar keçirilib və bununla da konfrans işini yekunlaşdırıb.

08.04.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

77

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun