Layihənin məqsədi 12 Regional Təhsil İdarəsinin nəzdində kadr potensialının artırılması və eyni zamanda, 12 region üzrə Respublika fənn olimpiadalarına hazırlıq prosesinin yerinə yetirilməsindən ibarətdir.
Layihə 2023-cü il aprel-dekabr aylarını əhatə edərək 4 hissədən ibarət olacaqdır:
"İstedadlı şagird üçün istedadlı müəllim"lərin seçim müsabiqəsi;
“İstedadlı şagird”lərin seçim müsabiqəsi;
İstedadlı müəllim və şagirdlərin olimpiadaya hazırlıq prosesi;
İstedadlı qaliblərin müəyyən olunması.
İlkin mərhələ "İstedadlı şagird üçün istedadlı müəllim"lərin seçim müsabiqəsindən ibarət olacaqdır. Müəllim seçim mərhələsi ilə bağlı yaxın zamanlarda məlumat veriləcəkdir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının 12 region üzrə fəaliyyət göstərən müəllim heyəti və təhsil alan şagirdlər üçün nəzərdə tutulmuşdur.