Profil

Axtarış

İstifadə qaydaları

Agma.az istifadə qaydaları

 

agma.az və agma.edu.az “Azərbaycan Gənc Müəllimlər Assosiasiyası”-na məxsus portaldır. AGMA 2018-ci ildə yaradılan Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) 2020-ci ildən etibarən dövlət qeydiyyatına alınmışdır. AGMA Gənc müəllimlər üçün davamlı öyrənmə imkanları yaradan, müsbət gənc müəllim imicinin formalaşmasına, bu imicin təbliğ olunmasına təsir edən, pedaqoji istiqamətdə təhsil alan tələbələrdən başlayaraq innovativ inkubasiya imkanları təbliğ edən, gənc müəllimlərin ehtiyaclarını müəyyənləşdirməklə müvafiq inkişaf xəritəsi ilə böyüyən, vahid idarəetmə sisteminin tətbiq olunduğu qurumdur.

Məqsədimiz təhsildə innovasiyalarla bağlı gənc müəllimlər arasında əməkdaşlığın inkişafına, onların maarifləndirilməsinə dəstək vermək, gənc müəllimləri bir arada birləşdirən şəbəkələşməni gücləndirmək, vahid strukturlaşmış mexanizm və idarəetmə sistemi yaratmaq, yerli və Beynəlxalq səviyyədə Assosiasiya əlaqələrini və əməkdaşlıq imkanlarını qurmaqdır.

Hazırda AGMA-da PR və Kommunikasiya, M&Q Tədqiqatlar, Proqram və təlimlər və Layihələr üzrə departamentlər fəaliyyət göstərir.

 

Üzvlər üçün Portaldan istifadə qaydaları

 

“Biz, bu portalı (agma.az) istifadə edən üzvlərimizə öz şəxsi istəkləri və ya işlədikləri müəssisənin istəyi və ya tələbi əsasında virtual təlim kurslarında iştirak etmək, AGMA-nın təşkil etdiyi layihələr, təlimlər, kurslar, forumlar, konfranslar, könüllülük və təcrübə proqramları haqqında ətraflı məlumat və xəbərlər haqqında maarifləndirmə xidmətləri təklif edirik. Sayta daxil olaraq və onlardan istifadə edərək, siz, hazırki İstifadə Qaydalarına və saytda olan bütün digər şərtlərə və qaydalara əməl etməyə razılaşırsınız. Bu İstifadə Qaydalarından hər hansı birinə əməl etmək istəmədiyiniz  halda, siz,  saytdan və ya xidmətlərdən istifadə edə bilməzsiniz.

 

Təlim-tədris və maarifləndirmə xidmətləri

 

“agma.az” vasitəsilə xidmətlər göstərən Peşəkar Mütəxəssislər/Müəllim-instruktorlar, ümumilikdə “agma.az-ın mütəxəssisləri” adlandırılan mütəxəssislərdir. Agma.az,  Xidmətləri təşviq edən və ya sizi Xidmətlərə keçid ilə təmin edən hər hansı üçüncü tərəf Xidmətlər vasitəsilə Mütəxəssislərindən əldə etdiyiniz hər hansı peşəkar məsləhət, məlumat və ya tövsiyyə üçün cavabdehlik daşımır. agma.az platformasında olan məlumatlar yalnız təlim-tədris prosesi məqsədini daşıyır.

 

İstifadəçi hesabları

 

Agma.az platformasına daxil olduqdan sonra profil hissəsindən qeydiyyat blankı doldurulur və qeydiyyat zamanı qeyd etdiyiniz UTİS kodu təsdiq edildikdən sonra profil admin tərəfindən təsdiqə alınır. agma.az-da qeydiyyatdan keçən zaman sizdən tam adınızı, elektron poçt (email) ünvanınızı, parol və Agma.az tərəfindən toplanan digər müəyyən məlumatları (ümumilikdə “Hesab Məlumatları”) daxil edərək hesab (“Hesab”) yaratmaq tələb olunur. Hesab yaratmaq üçün siz məcburi müqaviləni bağlamaq üçün ən azı 18 yaşdan yuxarı olmalısınız. Əgər məcburi müqaviləni bağlamaq üçün tələb olunan hüquqi yaşda olmasanız, siz Xidmətlərimizdən istifadə üçün qeydiyyatdan keçə bilməzsiniz. Hər zaman, o cümlədən qeydiyyat zamanı bizə təqdim etdiyiniz hesab məlumatlarınızın və  Sayta yüklədiyiniz istənilən məlumatın doğru, dəqiq, cari və tam olduğu ilə razılaşırsınız. Hesab parolunuzu başqasına ötürə və ya onun ilə paylaşa və ya birdən çox Hesab yarada bilməzsiniz. Siz Hesab parolunuzun məxfiliyinin qorunub saxlanılması və hesabınızda baş verən bütün fəaliyyətlər üçün cavabdehlik daşıyırsınız.  Sayt və Hesab Məlumatlarınızın təhlükəsizliyi ilə bağlı zəruri və ya əsaslı hesab etdiyiniz istənilən və bütün əməliyyatları  yerinə yetirmək hüququna malikdir. Heç bir halda agma.az, Saytda Hesab məlumatlarından istifadə etməyiniz və ya hesabınızda olan məlumatların kimsə tərəfindən üçüncü tərəfə ötürülməsi ilə bağlı və ya bunun nəticəsində baş verən hər hansı zərər və ya öhdəlik üçün sizin qarşınızda cavabdehlik daşımayacaqdır. Siz heç vaxt başqasının hesabından istifadə edə bilməzsiniz. İstifadəçi hesabınız təsdiq olunduqdan sonra siz AGMA -nın təşkil etdiyi kurslarda iştirak və onlayn xidmətlərdən istifadə edə biləcəksiniz .

 

Təlimçi-instruktorlar üçün

Mülkiyyət hüququ / sahiblik

 

Sayt və onun bütöv məzmunu, xüsusiyyətləri və funksionallığına (o cümlədən bütün məlumatlar, mətn, displeylər, görüntülər, video və audio qeydlər və onun dizaynı, seçilməsi və nizamı) dair sahiblik agma.az, lisenziyaçıları və həmin materialların digər təminatçılarına aiddir və onlar Azərbaycan Respublikası və beynəlxalq müəllif hüquqları, əmtəə nişanları, patent, ticarət sirri və digər əqli mülkiyyət və ya mülkiyyətçi hüquqları haqqında qanunlar ilə qorunur. Hazırki İstifadə Qaydaları sizə Saytdan yalnız şəxsi, qeyri–kommersiya məqsədilə istifadə etməyə icazə verir. Siz, bu İstifadə Qaydalarına əsasən  Saytda ümumi olaraq və adətən icazə verilən hallar istisna olmaqla, Saytımızda olan hər hansı materialı çoxaltmamalı, yaymamalı, dəyişdirməməli, onların törəmələrini yaratmamalı, onları açıq şəkildə nümayiş etdirməməli, yenidən dərc etdirməməli, yükləməməli, saxlamamalı və ya başqalarına ötürməməlisiniz. Siz Saytın hər hansı hissəsinə və ya onlarda mövcud olan hər hansı xidmət yaxud materiala hər hansı kommersiya məqsədi üçün daxil olmamalı və ya istifadə etməməlisiniz.

 

Əmtəə nişanları           

 

Saytda və ya Xidmətlərdə nümayiş olunan müəyyən adlar, loqolar və digər materiallar Agma.az və ya digər qurumların əmtəə nişanları, ticarət adları, xidmət markaları və ya loqolarından (“Markalar”) təşkil oluna bilməz.  “Agma.az” - un açıq yazılı icazəsi olmadan sizə həmin Markalardan istifadə etmək icazəsi verilmir. Bütün belə markalara və onlar ilə bağlı mülkiyyət hüququ bizə aiddir.

 

Məxfilik və kommunikasiya məlumatları

 

Agma.az–dan sizin məlumatlarınızın təhlükəsizliyini qorumaq üçün məlumatlarının məxfiliyi və təhlükəsizliyinə dair qanunlarına əməl etmək və ehtiyat tədbirləri görmək tələb olunur. Məxfilik Siyasətimizdə daha ətraflı şəkildə təsvir olunan müəyyən hüquqi istisnalardan başqa digər hallarda, hüquqi baxımdan məxfidir. Şəxsi məlumatlarınızın təhlükəsiz olmasını təmin etmək üçün hər cür səy göstəririk. Digər şəxsi məlumatlarınızdan istifadə ilə bağlı məlumatlar bizim Məxfilik Siyasətimizdə təsvir olunur.

Sizi Xidmətlərimiz ilə təmin etməyin bir hissəsi olaraq, biz, təyinat /görüş xatırladıcıları, xidmət elanları, məxfilik bildirişləri, inzibati mesajlar və Xidmətlər haqqında digər məlumatlar kimi müəyyən məlumatlar (“Kommunikasiya məlumatları”) ilə təmin etməli ola bilərik. Bu məlumatlar Xidmətlərin və Hesabınızın bir hissəsi hesab olunur.

Hazırki İstifadə Qaydaları üçün “razıyam” xanasını və /və ya Saytda sizə təqdim olunan hər hansı digər formaları işarə etməklə, siz, hazırki İstifadə Qaydaları ilə razılaşırsınız və bu hərəkət hüquqi imza hesab olunur. Siz razılaşırsınız ki, aşağıdakılar daxil olmaqla, lakin onlar ilə məhdudlaşmamaqla, biz Kommunikasiya məlumatlarını sizə elektron vasitələr ilə göndərə bilərik: (1) elektron poçt ilə qeydiyyat zamanı bizə təqdim etdiyiniz ünvandan istifadə edərək, (2) qısa mesajlaşma xidməti (“SMS”), qeydiyyat zamanı bizə təqdim etdiyiniz mobil nömrəyə mesaj göndərməklə (“SMS mesajlar”), (3) planşet və ya mobil cihazınızda bildirişlər və ya (4) Saytda Kommunikasiya Məlumatlarını yayınlamaqla. Hər hansı Kommunikasiya Məlumatının tərəfimizdən çatdırılması o zaman qüvvədə hesab olunur ki, oxuyub–oxumamağınızdan asılı olmayaraq, biz onu sizə göndərək. Siz Hesabınızı deaktiv edərək Kommunikasiya Məlumatlarını qəbul etmək razılığınızı geri götürə bilərsiniz. Təhlükəsiz olmayan email ilə müqayisədə təhlükəsiz elektron mesajlaşmaya hər zaman üstünlük verilsə də, müəyyən hallarda sizin ilə “Agma.az” arasında şəxsi sağlamlıq məlumatlarınızdan ibarət təhlükəsiz olmayan email əlaqəsi də mövcud ola bilər.

“Agma.az”  email ilə göndərilən mesajların təhlükəsizliyini və ya məxfiliyini təmin edir. Sizə göstərilən xidmətlər ilə bağlı məlumatlar “Agma.az” tərəfindən saxlanılan təhlükəsiz, şifrələnmiş serverlərdə saxlanılır.

 

Digər

 

Hazırki İstifadə Qaydaları və sizin Saytdan istifadəniz ziddiyyətli qanunlar prinsipini tətbiq etmədən Azərbaycan qanunları ilə tənzimlənəcəkdir. BU İSTİFADƏ QAYDALARI İLƏ BAĞLI HƏR HANSI ŞƏKİLDƏ YARANAN HƏR HANSI MÜBAHİSƏLİ MƏSƏLƏ MÜSTƏSNA OLARAQ AZƏRBAYCANDA YEKUN VƏ MƏCBURİ ARBİTRAJ MƏHKƏMƏSİNDƏ HƏLL EDİLƏCƏKDİR. ARBİTRAJ YOLU İLƏ VƏ YA DİGƏR ŞƏKİLDƏ BÜTÜN İDDİALAR HƏR HANSI QRUP VƏ YA KOLLEKTİV İCRAATDA İDDİAÇI VƏ YA QRUP ÜZVÜ KİMİ DEYİL, YALNIZ FƏRDİ OLARAQ SİZƏ AİD OLACAQDIR. Tərəflər bu İstifadə Qaydaları ilə bağlı hər hansı hərəkət üçün şəxsi və predmet yurisdiksiyası və Azərbaycanda yerləşən məhkəmə yerləri ilə razılaşırlar.

Agma.az-ın bu İstifadə Qaydalarında müəyyənləşdirilən hər hansı şərtdən və ya qaydadan imtinası həmin şərt və ya qaydadan sonrakı və ya davamlı imtinanı bildirmir  və ya  “Agma.az”-un bu İstifadə Qaydalarına əsasən hər hansı hüquq və ya müddəanı təsdiq etməməsi həmin hüquq və ya müddəadan imtinası hesab olunmur. Bu İstifadə Qaydalarının hər hansı müddəası səlahiyyətli yurisdiksiya məhkəməsi və ya digər tribunalı tərəfindən hər hansı səbəbdən qanunsuz, etibarsız və ya qanuni qüvvəsini itirmiş hesab olunarsa, bu zaman həmin müddəa İstifadə Qaydalarının qalan müddəalarının tam olaraq qüvvədə qaldığı minimum həddə kənarlaşdırılacaq və ya məhdudlaşdırılacaqdır.

 

Şərəf kodeksi

 

Virtual təlimlərdə və kurslarda iştirak edən bütün müdavimlər aşağıdakı kodu yerinə yetirməyə razı olmalıdırlar: agma.az tərəfindən əlavə hesabların qeydiyyata alınmasına açıq icazə verilmədiyi təqdirdə yalnız bir hesab üçün qeydiyyatdan keçəcəm. Ev tapşırıqlarına, test suallarına, imtahanlara, layihələrin hazırılanmasına və digər tapşırıqlara cavablarım mənə məxsus olacaq (açıq şəkildə əməkdaşlığa icazə verən tapşırıqlar istisna olmaqla). Ev tapşırıqları, testlər, imtahanlar, layihələr və digər tapşırıqların həlli üçün heç kimə yardım etməyəcəm və ya onların əvəzlərinə bu işləri həyata keçirməyəcəm (tapşırığın açıq şəkildə müştərək həlli üçün icazə verildiyi hallar istisna olmaqla). Buraya həm mənim yazdığım həllər, həm də kurs instruktorları və ya digərləri tərəfindən verilən hər hansı bir həll daxildir. Mən nəticələrimi ləyaqətsiz və qeyri-dürüst şəkildə yaxşılaşdıran və ya başqalarının nəticələrini ləyaqətsiz və qeyri-dürüst şəkildə yaxşılaşdıran və ya digərlərinin nəticələrinə zərər verən hər hansı fəaliyyətlə məşğul olmayacağam.

 

Tələbələr üçün

Giriş hüquqları

Biz bununla sizə  Sayta giriş və Xidmətlərdən yalnız şəxsi, qeyri–kommersiya məqsədilə və yalnız bu İstifadə Qaydalarına və bizim ilə bağlayacağınız hər hansı ayrıca müqavilələrə əsasən icazə verilən qaydada istifadə etmək üçün məhdud, qeyri–müstəsna, başqalarına ötürülə bilməyən hüquq veririk (“Giriş hüquqları”). Biz öz ixtiyarımızla istənilən səbəbdən hər kəs üçün Saytdan və ya Xidmətlərdən istifadəni inkar etmək və ya dayandırmaq hüququna sahibik. Siz aşağıdakıları etməyəcəyiniz və onları etməyə cəhd göstərməyəcəyiniz barədə razılaşırsınız (a) hər hansı fiziki və ya hüquqi şəxsi təqlid etmək və ya digər şəkildə fiziki və ya hüquqi şəxs ilə əlaqənizi təhrif etmək (b) Sayt və ya Xidmətlərdən hər hansı yerli, dövlət, milli və ya beynəlxalq qanunu pozmaq üçün istifadə etmək (c) Sayt və ya Xidmətlərin hər hansı proqram təminatı və ya digər komponentlərinin dizaynını dəyişmək, sökmək, hissələrə ayırmaq və ya tərcümə etmək; (d) Sayt vasitəsilə virus və ya digər zərərli kompüter kodlarını yaymaq  və ya (e) digər şəkildə yuxarıda qeyd olunan istifadənin əhatə dairəsini aşacaq şəkildə Xidmətlərdən və ya Saytdan istifadə etmək. Biz ciddi şəkildə ictimai kompüterlərdə Xidmətlərdən istifadə etməməyi tövsiyyə edirik. Biz, həmçinin veb brauzerin və ya digər proqram təminatında Hesab parolunuzu saxlamamağı da tövsiyyə edirik.

 

Haqqlar və satınalma şərtləri

 

Siz Hesabınız üçün bütün haqqları və ya ödənişləri haqq və ya ödənişin ödənilməli və ödəniləcək olduğu vaxtda qüvvədə olan haqqlara, ödənişlərə və fakturalandırma şərtlərinə əsasən ödəməyə razılaşırsınız. Kredit kartı nömrəsini, PayPal və ya  digər hesabınızı və əlaqədar ödəniş məlumatlarını Agma.az -da qeyd etməklə, siz, Agma.az -a ödənilməli və ödəniləcək bütün haqlar və ödənişlər üçün Agma.az -un hesab  fakturasını birbaşa olaraq hesabınıza göndərmək səlahiyyəti verməyə və heç bir əlavə bildiriş və ya razılığın tələb olunmadığı ilə  razılaşırsınız.

Agma.az sizin hər hansı belə ödənişi qəbul etməyiniz üçün heç bir zəmanət təklif etmir. Agma.az bu İstifadə Şərtlərinə müvafiq olaraq gələcək ödənişlər və ya ilkin ödəniş üçün fakturanın sizə göndərilməsindən əvvəl istənilən vaxt yeni qiymət strukturunu dəyişdirmək və ya həyata keçirmək hüququna malikdir. Siz başa düşür və razılaşırsınız ki, təyinat əsasında təmin edilən Xidmətlər üçün biz sizə daha qısa ləğvetmə / təxirəsalma pəncərəsinin tətbiq edildiyi barədə yazılı şəkildə məlumat verməsək, ən azından 24 saat əvvəlcədən planlaşdırılmış təyinatı ləğv etməsəniz, planlaşdırılmış xidmətlər üçün siz və ya sizin sığortaçınız və ya  digər ödəyicinin ödəyəcəyi haqların tam  və ya müəyyən hissəsinə bərabər olan buraxılmış təyinat haqqı üçün özünüz məsuliyyət daşıyacaqsınız.

 

Xitam

 

Siz “Agma.az” istənilən vaxt, istənilən səbəbdən sizin saytdan istifadə etməyinizi, Hesabınızı və / və ya qeydiyyatınızı dayandıra və ya ona xitam verə bilər. Tətbiq olunan qanuna əsasən, “Agma.az”  daxili qeydlərin saxlanması və / və ya məzmunun məhv edilməsi siyasətlərinə əsasən Saytda yayımlanan və ya Sayta yüklənən bütün kommunikasiyaları və materialları saxlamaq, silmək və ya məhv etmək hüququna malikdir. Bu xitamdan sonra “Agma.az” -un bizim sizə  qeydlərinizə giriş hüququnu təmin etmək öhdəliyimizdən və ya Mütəxəssislərdən tətbiq olunan hüquqi, etik və peşəkar öhdəliklərə əsasən sizi davamlı xidmətlər ilə təmin etməyin tələb olunduğu hallar istisna olmaqla, Xidmətləri göstərmək üçün heç bir digər öhdəliyi olmayacaqdır.

35 yaş tamam olan kimi sizin hesabınız ləğv ediləcəkdir.

 

Dəyişdirmək hüququ

 

Biz öz qərarımız ilə istənilən vaxt irəli getmək prinsipi əsasında bu İstifadə Qaydalarını dəyişə, onlara əlavə edə və ya onların müəyyən hissələrini silə bilərik. Hər hansı belə dəyişiklik haqqında bildirişdən sonra Sayt və / və ya Xidmətlərdən davamlı istifadə, həmin dəyişikliklər daxil olmaqla, yenidən işlənmiş İstifadə Qaydalarına əsasən məcburi hesab olunacaq hər hansı dəyişikliyin tərəfinizdən təsdiqləndiyini və onlar ilə razılaşmanızı bildirəcəkdir.

 

ZƏMANƏTLƏRDƏN İMTİNA

 

Bununla siz açıq şəkildə razılaşırsınız ki, saytdan və ya xidmətlərdən istifadə riski yalniz sizə aiddir. Həm sayt, həm də xidmətlər “olduğu kimi” və “mövcud” prinsipi əsasında təmin edilir. “agma.az”  açıq şəkildə  ifadə olunan və ya nəzərdə tutulan istənilən növ zəmanətdən, o cümlədən satışa yararlılıq zəmanəti, xüsusi məqsəd və istifadəyə uyğunluq, qanunların pozulmaması, mülkiyyət hüququ, istifadə edilə bilmə vəziyyəti, sakit istifadə zəmanətindən, məlumatların dəyəri, dəqiqliyi və sistem inteqrasiyasi ilə bağlı istənilən zəmanətdən açıq - aşkar şəkildə imtina edir.

 

ÖHDƏLİKLƏRİN MƏHDUDİYYƏTİ

 

Başa düşürsünüz ki, tətbiq olunan qanunla yol verilən dərəcədə heç bir halda “agma.az”, “agma.az-ın mütəxəssisləri” və ya onların əməkdaşları, saytın texniki komandası, işçiləri, direktorları, filialları, agentləri və ya lisenziyaçıları hər hansi dolayı, şərti, xüsusi və ya nümunə xarakterli zərərlər, o cümlədən gəlir, mənfəət, istifadə itkisi və ya həmin zərərlərin müqavilə, vətəndaş intizamsizlığı (laqeydlik və ciddi öhdəlik daxil olmaqla), qanuni və ya digər şəkildə zəmanət əsasında baş verib - verməməsindən asılı olmayaraq, saytdan və ya xidmətlərdən istifadə etməyiniz ilə bağlı məlumat və ya digər qeyri–maddi itkilər üçün heç bir öhdəlik daşımayacaqdır.

Tətbiq olunan qanuna əsasən hər hansı nəzərdə tutulan zəmanətdən imtina edə və ya onun öhdəliklərini məhdudlaşdıra bilməyəcəyimiz halda, bu zəmanətin həcmi, müddəti və öhdəliklərimizin əhatə dairəsi həmin tətbiq olunan qanuna əsasən minimum yol verilən həddə olacaqdır.

 

Zərərlərin əvəzinin ödənilməsi (təzminat)

 

Siz “Agma.az”, “Agma.az-ın Mütəxəssisləri” və onların əməkdaşlarını, direktorlarını, işçilərini, agentlərini, törəmə müəssisələrini, filiallarını, lisenziyaçılarını və ya təchizatçılarını hazırki İstifadə Qaydalarının tərəfinizdən pozulması nəticəsində baş verən və bu şəkildə baş verdiyi iddia olan hər hansı tələb, iddia, hərəkət, öhdəlik və hesablaşmalara, o cümlədən əsaslı hüquqi və  mühasibat uçotu haqqlarına (“İddialar”) qarşı qorumağa, müdafiə etməyə və zərərlərin əvəzini ödəməyə razılaşırsınız.

 

Coğrafi məhdudiyyətlər

 

“Agma.az” Saytda və ya Sayt vasitəsilə Xidmətlərdə təsvir olunan bütün məhsulların, xidmətlərin və / və ya materialların Azərbaycandan kənarda digər ölkələrdə və ya Azərbaycan daxilində bütün ərazilərdə istifadə üçün uyğun və ya mövcud olduğuna dair heç bir təminat vermir.

Məlumatların açıqlanması

Xidmətlərdən istifadə etməyiniz nəticəsində hazırlanan istənilən  qeydlər, səciyyəvi olaraq ən azı beş il olmaqla, dövlətin qanununa əsasən həmin qeydlərin saxlanılmasının tələb olunduğu minimum ildən az olmayan müddət ərzində ““Agma.az”, “Agma.az-ın Mütəxəssisləri” adından ““Agma.az”  tərəfindən etibarlı şəkildə saxlanılacaqdır.

 

Vebsayt keçidləri

BİZ HƏR HANSI DİGƏR VEBSAYT, İNTERNET MƏKANI VƏ YA MƏLUMAT MƏNBƏYİNDƏ TAPILAN HƏR HANSI MƏLUMAT, PROQRAM TƏMİNATI VƏ YA KEÇİDLƏR, NƏ DƏ SİZİN HƏMİN MƏLUMAT, PROQRAM TƏMİNATI VƏ YA KEÇİDLƏRDƏN İSTİFADƏNİZ, NƏ DƏ HƏR HANSI BELƏ VEBSAYT YAXUD ONLARIN MÜVAFİQ OPERATORLARININ HƏRƏKƏT VƏ YA HƏRƏKƏTSİZLİYİ ÜÇÜN HEÇ BİR CAVABDEHLİK DAŞIMAYACAĞIQ.

 

 

 

 

 

 

 

 

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının BƏYANATI
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır.

Məktəb bilik və bacarıqların formalaşdırıldığı məkan olmaqla yanaşı, uşaqların şəxsiyyət kimi inkişaf etdiyi, sosial münasibətləri mənimsədiyi və məsuliyyət hissinin formalaşdığı mühüm tərbiyə ocağıdır. Bu baxımdan məktəbdə tətbiq olunan qaydalar, o cümlədən geyim tələbləri vahid yanaşmanın təmin edilməsinə, nizam-intizamın qorunmasına və təhsilalanlar üçün bərabərhüquqlu təhsil mühitinin yaradılmasına xidmət edir.

AGMA hesab edir ki, geyim qaydalarının düzgün və uğurlu tətbiqi məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin və şagirdlərin qarşılıqlı əməkdaşlığını tələb edir. Bu məqsədlə qaydaların mahiyyəti və tətbiq mexanizmi aydın izah edilməli, yaranan suallar qarşılıqlı hörmət, anlayış və açıq dialoq əsasında müzakirə olunmalıdır. Məktəb rəhbərləri və müəllimlər qaydaların izahı və tətbiqi zamanı peşəkar, vahid və həssas yanaşma nümayiş etdirməli, şagirdlərin ləyaqətinin və hüquqlarının qorunmasını əsas tutmalıdırlar. Valideynlərin də narahatlıqlarını konstruktiv dialoq çərçivəsində ifadə etmələri, məsələyə qüvvədə olan normativ hüquqi aktların tələbləri əsasında yanaşmaları xahiş olunur
.
Müəllimlərin peşəkar davranışı və xarici görünüşü də məktəbdə formalaşan ümumi mühitin bir hissəsidir. Müəllim öz davranışı, ünsiyyət mədəniyyəti, məsuliyyəti və geyimi ilə peşəkar mövqeyini nümayiş etdirməli, şagirdlərə nümunə olmalıdır.

AGMA bir daha bəyan edir ki, məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunması vacibdir. Bu prosesdə bütün tərəflərin məsuliyyətli davranışı, qarşılıqlı hörmət və əməkdaşlıq əsas şərtlərdir.

15.10.2026

badge-icon
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” və Təhsil TV-nin media dəstəyi ilə “Məktəbəqədər təhsil: Keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” adlı konfrans keçirilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas binasında təşkil olunan tədbir məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqların hərtərəfli inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və bu sahənin gələcək inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub.

Konfransda məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər, məktəbəhazırlıq qruplarında fəaliyyət göstərən ibtidai sinif müəllimləri, eləcə də icma əsaslı məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək məktəbəqədər təhsilin uşaqların şəxsiyyət kimi formalaşmasında, onların sosial, emosional və idraki bacarıqlarının inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, məktəbəqədər təhsildə keyfiyyətli başlanğıcın təmin olunmasının gələcək təlim nəticələri baxımından vacibliyini qeyd edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova çıxışında məktəbəqədər təhsilin ümumi təhsil sistemindəki əhəmiyyətinə toxunub, uşaqların inkişafını dəstəkləyən keyfiyyətli təhsil mühitinin formalaşdırılmasının və müasir yanaşmaların tətbiqinin vacibliyini diqqətə çatdırıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov isə çıxışında təhsildə keyfiyyətin təmin olunmasının əhəmiyyətini vurğulayaraq məktəbəqədər təhsil sahəsində keyfiyyət meyarlarının qorunmasının, təhsil prosesinin davamlı təkmilləşdirilməsinin və uşaqların inkişafına yönəlmiş yanaşmaların tətbiqinin vacibliyini qeyd edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxışında məktəbəqədər təhsil sahəsində çalışan təhsil işçilərinin əməyinin və peşəkar fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O, təhsil işçilərinin peşəkar inkişafının dəstəklənməsinin, onların fəaliyyətinə lazımi şərait yaradılmasının təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını qeyd edib.

Konfrans çərçivəsində məktəbəqədər təhsilin aktual məsələlərini əhatə edən iki panel müzakirəsi təşkil olunub.

İlk panel “Məktəbəqədər təhsildə uşağın inkişafı: oxuyub-anlama, məktəbə hazırlıq və istedadın üzə çıxarılması” mövzusuna həsr edilib. Panel zamanı erkən yaşlarda oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi, uşaqların məktəb həyatına səmərəli hazırlanması, eləcə də onların fərdi potensialının və xüsusi istedadlarının vaxtında müəyyənləşdirilməsinin əhəmiyyəti müzakirə olunub.

Müzakirələrdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev və Bakı Şəhəri Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova çıxış ediblər.

İkinci panel “Məktəbəqədər dövrdə uşağın inkişafı: davranış, media savadlılığı və inklüziv mühit” mövzusunu əhatə edib. Paneldə uşaqların davranış xüsusiyyətləri və onların səbəbləri, erkən yaşlardan media savadlılığının formalaşdırılması, eləcə də inklüziv təhsil mühitinin yaradılmasında valideynlərin rolu ətrafında fikir mübadiləsi aparılıb.

Panelin müzakirələrində uşaq psixiatrı Ramil Hüseynzadə, marketinq strateqi, ¼ Agency-nin həmtəsisçisi və Le Hashim Edu təhsil platformasının təsisçisi Le Hashim, həmçinin valideyn Nuranə İsmayılova iştirak ediblər.

Tədbirin bədii hissəsində Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Konfrans çərçivəsində, həmçinin iştirakçılar arasında viktorina təşkil olunub, qaliblər mükafatlandırılıb.

Konfrans məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsi, uşaqların inkişafına dair müasir yanaşmaların müzakirəsi və təhsil işçiləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli platforma olub. Tədbir kollektiv foto çəkilişi ilə başa çatıb.

03.10.2026

badge-icon
“Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib
Azərbaycan Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” qəzetinin media dəstəyi ilə “Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” adlı konfrans keçirilib.

Konfransın əsas məqsədi yeni tədris ilinin sistemli və keyfiyyətli şəkildə, müasir pedaqoji yanaşmalar əsasında təşkilinə dəstək olmaq, təhsil ictimaiyyətinin müxtəlif nümayəndələrini bir araya gətirərək məktəbdə keyfiyyətli başlanğıc üçün vacib olan məsələləri müzakirə etmək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılış nitqi ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edib. Tədbirin proqramı çərçivəsində tədris prosesinin keyfiyyətinin artırılması, öyrənmə nəticələrinin izlənilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, dərs prosesinin müşahidəsi və müasir tədris yanaşmalarının tətbiqi ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mehriban Vəliyeva da çıxış edib. Çıxışı zamanı o, yeni tədris ilinin uğurlu başlanması üçün təhsil prosesində keyfiyyətin davamlı şəkildə artırılmasının, müəllimlərin peşəkar inkişafının və müasir tədris yanaşmalarının tətbiqinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, məktəb mühitinin inkişafı və təhsil iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

Konfransın əsas mövzularından biri “Öyrənməni dəstəkləyən qiymətləndirmə: nəticələrin izlənilməsi və inkişaf üçün məlumatdan istifadə” olub.Mövzu ilə bağlı Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva təqdimatla çıxış edib. Təqdimat zamanı öyrənmə nəticələrinin izlənilməsi, əldə olunan məlumatların təhlili və həmin məlumatlardan şagirdlərin inkişafının dəstəklənməsi məqsədilə səmərəli istifadə olunması məsələlərinə diqqət yetirilib. 

Konfrans çərçivəsində “Dərsdinləmə: Tədrisin keyfiyyətinin müşahidəsi, təhlili və inkişafı” mövzusunda təqdimat da keçirilib. Mövzu üzrə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Balayeva çıxış edib. Təqdimatda dərsin müşahidəsi və təhlili, dərsdinləmə prosesinin məqsədləri, eləcə də əldə olunan nəticələrin tədrisin keyfiyyətinin inkişafına yönəldilməsi məsələləri diqqət mərkəzində olub.

Konfransın yekun hissəsində “Fəndən bacarığa: Azərbaycan dili, riyaziyyat və həyat bilgisi/təbiət fənlərinin tədrisində müasir yanaşmalar” mövzusunda panel müzakirəsi təşkil olunub.

Panelə Sumqayıt şəhər 32 nömrəli tam orta məktəbin direktoru Fəzilə Mahmudova moderatorluq edib.

Müzakirədə spiker qismində Abşeron-Xızı Regional Təhsil İdarəsinin direktor müavini Aynur Rüstəmova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Metodik xidmətin proqramları və standartları şöbəsinin müdiri Afərin Əkbərli, Bakı Mühəndislik Universitetinin Qida və biotexnologiya kafedrasının dosenti, dərslik müəllifi Elşad Yunusov iştirak ediblər.

Panel müzakirəsi zamanı Azərbaycan dili, riyaziyyat və həyat bilgisi/təbiət fənlərinin tədrisində müasir yanaşmalar, biliklərin bacarıqlara çevrilməsi, şagirdyönümlü təlimin təşkili və tədris prosesinin daha səmərəli qurulması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində təqdim olunan mövzular və aparılan müzakirələr yeni tədris ilinin daha keyfiyyətli və səmərəli təşkili, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və məktəbdə müsbət öyrənmə mühitinin formalaşdırılması istiqamətində faydalı fikir mübadiləsi üçün imkan yaradıb.

Tədbirin sonunda konfransda iştirak edən qonaqlara, müəllimlərə və dəyərli fikirlərini bölüşən spikerlərə təşəkkür bildirilib. Konfrans iştirakçıların birgə foto çəkdirməsi ilə yekunlaşıb.

19.09.2026

badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlərin 2-ci günü keçirilib
9 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin və məktəb rəhbərlərinin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin, eləcə də məktəb rəhbərlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris və idarəetmə strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik, analitik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirmək olub.

İbtidai sinif müəllimləri üçün “Riyazi bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı riyazi savadlılığın əsas komponentləri, problem həlli strategiyaları və məntiqi düşünməni inkişaf etdirən fəaliyyətlər nəzərdən keçirilib. Həmçinin gündəlik həyatla əlaqələndirilmiş riyazi tapşırıqların hazırlanması və onların tədris prosesində tətbiqi ilə bağlı praktik yanaşmalar təqdim olunub.

Azərbaycan dili müəllimləri üçün “Oxu prosesində interaktiv təlim strategiyaları: şagirdin mətni anlamasından düşünməsinə” mövzusunda təlim təşkil edilib. Təlim çərçivəsində oxu prosesində interaktiv strategiyalardan istifadə, mətnəqədər, mətn zamanı və mətnsonrası fəaliyyətlərin təşkili, əsas və köməkçi informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma, sualvermə və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində metodiki yanaşmalar və praktik fəaliyyətlər həyata keçirilib.

İngilis dili müəllimləri üçün “Dinləyib-anlama və oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı dinləmə və oxu prosesində əsas informasiyanın müəyyənləşdirilməsi, məzmunun təhlili və şərhi, nəticə çıxarma, kontekstdən istifadə və anlama bacarıqlarının inkişafına yönəlmiş strategiya və fəaliyyətlər təqdim edilib.

Məktəb rəhbərləri üçün “Tədrisin keyfiyyətinin idarə edilməsi və müəllimlərin peşəkar inkişafı” mövzusunda təlim Fəzilə Mahmudova tərəfindən keçirilib. Təlimdə tədrisin keyfiyyətinin qiymətləndirilməsi və monitorinqi, müəllim fəaliyyətinin inkişafyönümlü dəstəklənməsi, peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, məktəbdaxili əməkdaşlıq və davamlı peşəkar inkişaf mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.

Təlimlər interaktiv metodlar, müzakirələr və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris və idarəetmə prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub, real tədris situasiyaları üzərindən praktik nümunələr müzakirə edilib.

Qeyd edək ki, ibtidai sinif, Azərbaycan dili və ingilis dili təlimləri müvafiq olaraq təlimçilər Ülviyyə Ələkbərova, Ülvi Osmanlı və Babək Rzazadə tərəfindən keçirilib.

Keçirilən təlimlər müəllimlərin və məktəb rəhbərlərinin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris və idarəetmə yanaşmalarından istifadənin genişləndirilməsinə və təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

AGMA tərəfindən müəllimlərin və təhsil rəhbərlərinin peşəkar inkişafına dəstək məqsədilə bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

10.09.2026

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun