Ümumi məlumat
Fransız İnqilabı (1789) "bərabərlik, ədalət və azadlıq" ideyasının kütlələr tərəfindən tələffüz edildiyi ilk siyasi nümunədir. O, bərabərsizliyə qarşı inqilab fəlsəfəsini qaldırır. Bu siyasi üsyanın ictimai quruluşda gətirdiyi dəyişiklik də bərabərlik ideyasının əsl mənbəyini və hədəfini göstərir. Bərabərlik anlayışı insanın digər insanlarla eyni hüquq və azadlıqlara sahib olmaq istəyi və düşüncəsi kimi qəbul edilirsə, bərabərliyi cəmiyyətin bütün təbəqələrində tətbiq etmək olarmı? Cəmiyyətlər müxtəlif soy, cins, sosial status və kateqoriyalarda yaşayırlar. Bu müxtəlif fərqlər bərabərsizliyin elementidirsə, insanların onları aşması və bir-biri ilə bərabər olması mümkündürmü? Bu suallar bərabərliyin imkanları ilə yanaşı onun hüdudlarını da müəyyən edir. Başqa sözlə, eyni hüquq və azadlıqlara sahib olmaq istəyi bərabərliyi izah edərkən, bu istəyin reallaşmaması və ya arzuolunandan çox və ya az reallaşması zamanı yaranan vəziyyət bərabərsizlikdir.
Materialı hazırladı: Səmədzadə Ceyla
Təlimçi: Sevinc Nəsirova
Kursun məqsədi
Təhsildə bərabərsizliklərin aradan qaldırılması
Kursda əhatə olunan mövzular
Bərabərsizlik anlayışı;
Təhsildə bərabərsizliklər;
Təhsildə fürsət və imkan bərabərliyi;
Təhsildə fürsət və imkan bərabərsizliyinə təsir edən faktorlar
Auditoriya