Profil

Axtarış

"Müasir müəllim modeli: rəqəmsal dünyanın gənc müəllimləri" layihəsi yekunlaşdı

Lənkəran şəhərində keçirilən "Müasir müəllim modeli: rəqəmsal dünyanın gənc müəllimləri" layihəsi yekunlaşdı.
Layihənin 4-cü günündə AGMA-nın İctimaiyyətlə əlaqələr üzrə meneceri Fidan Quluzadə tərəfindən "PR-ın müasir müəllim imicinin formalaşmasında üstünlükləri" mövzusunda görüşü olub. Daha sonra isə gənc müəllimlərimiz sertifikatla təltif edilib. 

Qeyd edək ki, layihə AR Gənclər və İdman Nazirliyinin dəstəyi, AGMA-nın təşkilatçılığı, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran Gənclər Evinin tərəfdaşlığı ilə keçirilir. 

Layihədə iştirak edən gənc müəllimlərimizə AGMA komandası olaraq təşıkkür edirik.

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Təqdimatlarımız davam edir
 Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə gənc müəllimlər üçün Xəzər rayonu 334 nömrəli tam orta məktəbdə AGMA-nın Bakı şəhəri üzrə koordinatoru Şəfa Fərəcova tərəfindən təqdimat keçirilib. 

Təqdimatdan sonra gənc müəllimlərimiz üçün Gənc İbtidai sinif Müəllimləri Birliyinin sədri Ülviyyə Ələkbərova tərəfindən "Müəllim etikası, davranış qaydalarının tətbiqi" mövzusunda təlim keçirilib. 

Qeyd edək ki, təqdimatın keçirilməsində məqsəd gənc müəllimlərin inkişafına və onların özünü təkmilləşdirməsinə dəstək olmaq, təlim vasitəsilə təhsil müəssisələrində çalışan gənc müəllimləri bir araya toplamaq, onların sözügedən mövzu haqqında məlumatlıqlarını artırmaqdan ibarətdir.

31.10.2024

badge-icon
Zaqatala, Qax və Balakən rayonundan olan gənc müəllimlər iştirak edib.
Zaqatala rayonu Zərifə Əliyeva adına liseydə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təqdimatı keçirilib.
Görüşdə Zaqatala, Qax və Balakən rayonundan olan gənc müəllimlər iştirak edib.

Gənc Tərbiyəçi Müəllimlər Birliyinin sədr müavini Pəri Osmanova tərbiyəçi müəllimlərə həm erkən yaş dövründə şəxsiyyətin inkişafının önəmindən və əsl tərbiyəçi-müəllim imicinin formalaşdırılması üçün izlənməli yollarlardan bəhs edib, həm də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının müəllimlərin şəxsi inkişafı üçün yaratdığı imkanlar haqqında məlumat verib.

Təqdimatda iştirak edən müəllimlərimizə təşəkkür edirik!

30.10.2024

badge-icon
Təqdimat keçirilib
Cəlilabad rayonunda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Gənc Coğrafiya Müəllimləri Birliyinin təqdimatı keçirilib.

Görüşdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədr müavini Tural Mehtiyev və AGMA-nın Cəlilabad rayonu üzrə koordinatoru Kamran Mansurov müəllimlər üçün gencmuellim.az platforması və bu platformada yerləşdirilən kurslar haqqında məlumat veriblər.

Qeyd edək ki, təqdimatın keçirilməsində məqsəd gənc müəllimlərin inkişafına və onların özünü təkmilləşdirməsinə dəstək olmaq, təlim vasitəsilə təhsil müəssilərində çalışan gənc müəllimləri bir araya toplamaq, onları sözügedən mövzu haqqında məlumatlarını artırmaqdan ibarət olub.

28.10.2024

badge-icon
Gənc müəllimlər və Yaşıl düşüncə
Oktyabr 23-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Gənc müəllimlər və Yaşıl düşüncə” mövzusunda forum keçirilib.

450 müəllimin iştirak etdiyi forumda əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən AGMA-nın sədri Pərvinə Qədimova forumun məqsəd və əhəmiyyəti barədə iştirakçılara məlumat verib.

Daha sonra tədbirin rəsmi hissəsinə start verilib. Belə ki, Milli Məclisin Deputatları Ceyhun Məmmədov və Naqif Həmzəyev çıxış edərək gənc müəllimlərimizin bu cür vacib mövzuda maarifləndirilmələsinin olduqca məqsədəuyğun və vacib olduğunu vurğulayıb.  

Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İnsan Hüquqları təsisatları ilə əməkdaşlıq idarəsinin rəis müavini, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi komandasının həmrəhbəri Jalə İbrahimova "Azərbaycanın COP29 Sədrliyinin gündəliyi və qlobal iqlim təşəbbüsləri" və Bakı Mühəndislik Universitetinin Kimya və Biologiya kafedrasının Baş müəllimi Elşad Yunusov "Tədrisdə "Yaşıl düşüncə" - nin formalaşdırılmasına dair addımlar" adlı mövzularla çıxış edərək müəllimləri maraqlandıran sualları cavablandırıblar və bununla da konfrans işini yekunlaşdırıb.

Qeyd edək ki, gənc müəllimlərin forumunun keçirilməsində məqsəd qarşıdan gələn COP29-la bağlı müəllimlərin məlumatlığını artırmaq, həmçinin qarşılıqlı fikir və təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

23.10.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun