Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Şəki şəhərində müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin, eləcə də Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Bilik yarışını açılış nitqi ilə açan YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə oynadığı müstəsna roldan, Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən və bu günə qədər keçdiyi inkişaf yolundan bəhs edib. Təşkilatının sədri intellektual oyunun keçirilməsində əsas məqsədin gənc nəslin Heydər Əliyev irsini daha dərindən öyrənməsinə töhfə vermək olduğunu qeyd edib və iştirakçılara uğurlar arzulayıb.
Daha sonra çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədov Ulu Öndərin təhsilə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb. Belə tədbirlərin həm də gənc müəllimlər arasında kommunikasiyanın, həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsində, onların təşkilatlanmasında, intellektual bacarıqlı müəllimlərin üzə çıxmasında əhəmiyyətə malik olduğunu bildirib.
17 komandanın iştirakı ilə keçirilən intellektual yarışın nəticəsinə əsasən “Bizim Cəbiş müəllim” komandası birinci, “44” komandası ikinci, “Elm keşikçiləri” komandası isə üçüncü yerə layiq görülüb.
Sonda qalib və mükafatçılara diplom, medal və kuboklar təqdim olunub.
.jpeg)
Qazaxda “Çağdaş təhsildə təşkilatlanma: Yeni nəsil tərbiyəsi” mövzusunda forum keçirilib.
04.05.2025

Şəkidə "Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi" mövzusunda forum keçirilib.
06.04.2025

Təqdimatlarımız davam edir.
01.04.2025

Müəllimlərin Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçirilib.
29.03.2025

Təqdimatlarımız davam edir.
19.03.2025

İdeyanı reallaşdır adlı praktik seminar keçirilib.
17.03.2025

"Müəllimlərin Riyaziyyat Müsabiqəsi" keçirilib.
16.03.2025

Sertifikasiyaya hazırlaşan müəllimlərə dəstək marafonu.
09.03.2025