Profil

Axtarış

Şəki-Zaqatala Regional Təhsil İdarəsi bir qrup gənc müəllimlə görüş keçirilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2 Fevral Gənclər Günü münasibətilə şimal-qərb bölgəsinin ümumi təhsil müəssisələrində çalışan bir qrup gənc müəllimlə görüş keçirilib.

Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva və gənc müəllimlər iştirak ediblər.

İlk olaraq, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev gənc müəllimləri təbrik edərək, 2 Fevral Gənclər Gününün tarixindən bəhs edib. Hər il 2 fevralın ölkəmizdə Gənclər Günü kimi qeyd edildiyini söyləyən idarə müdiri Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. B.Mehdiyev həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İdarə müdiri son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirildiyindən danışıb. Hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini bildirib.

Daha sonra AGMA-nın sədri Rüfət Əsədzadə Azərbaycanda uşaq, yeniyetmə və gənclərin hərtərəfli inkişafı, onların bilikli, savadlı və sağlam böyümələri, milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvər ruhda tərbiyə almaları üçün təhsil müəssisələrində görülən işlərdən, həyata keçirilən tədbirlərdən söhbət açıb.

ATİAHİ-nın Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində görülən işlərdən, bilavasitə gənclərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərdən danışıb, təhsil işçilərini əlamətdar gün münasibətilə təbrik edib.

Tədbirə dəvət olunan gənclər çıxış edərək Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib, gənc nəslin təlim-tərbiyəsi sahəsində daha səmərəli fəaliyyət göstərəcəklərinə əminliklərini ifadə ediblər.

Sonda ədəbi-bədii kompozisiya nümayiş olunub.

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Ramazan bayramınız mübarək!
Ramazan bayramınız mübarək! 

10.04.2024

badge-icon
Gənc Kimya Müəllimləri Birliyinin növbəti təlimi Gəncə Dövlət Universitetində keçirildi
Gənc Kimya Müəllimləri Birliyinin növbəti təlimi Gəncə Dövlət Universitetində keçirildi. 

Təlimdə iştirak edən tələbə və müəllimlərə elektron vasitələrin istifadə qaydaları izah olundu. AGMA və onun tərkibində yaradılmış Gənc Kimya Müəllimləri Birliyinin fəaliyyəti, virtual laboratoriya, veb alətləri barədə məlumat verildi.  

Təlimin keçirilməsində dəstək olan Gəncə Dövlət Universitetinin idarə heyəti və kimya -biologiya kafedrasının müəllimlərinə təşəkkürümüzü bildiririk.

09.04.2024

badge-icon
“Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində” Gənc müəllimlərin yaşıl dünya konfransı
7 aprel tarixində Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində” Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf tədbirimiz keçirildi.

Konfrans öz işinə Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlayıb. 

Daha sonra Gəncə şəhər Təhsil Sektorunun müdiri Nərgiz Həsənova çıxış edərək gənc müəllimləri salamlamış və tədbir haqqında öz fikirlərini bölüşmüşdür. Həmçinin AGMA-nın sədri Səkinə Həsənova da çıxış edərək bu cür konfransların əhəmiyyətindən söz açmış və daha bir neçə regionda da keçirilməsinin planlandığını vurğulamışdır.
 
Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun və Gənc Könüllülər İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilib.

08.04.2024

badge-icon
Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf tədbiri
7 aprel 2024-cü il tarixində keçirilən konfransımızın rəsmi hissəsi yekunlaşdıqdan sonra panel müzakirəsi başlayıb. 

Paneldə Milli Məclisin deputatı, həmçinin Məclisin Elm və Təhsil komitəsinin üzvü Pərvin Kərimzadə, IDEA İctimai Birliyinin layihələrin idarəedilməsi şöbəsinin müdiri Zərxanım Ağayeva və Göygöl Milli Parkının direktoru Fuad Quliyev spiker qismində çıxış edərək ekoloji proseslərdə müəllimlərin rolu və təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı, şagirdlərin bu proseslərə cəlb edilməsi yolları kimi mövzulardan söz açıblar.

Daha sonra Azərbaycan Skautlar Assosiasiyasının nümayəndələri Zamin Məmmədov, Ülvi Məmmədov, Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin sədri Cəsur Mədətzadə və Elm və Təhsil Nazirliyinin eskperti Turab Əhmədov tərəfindən 3 müxtəlif otaqda vörkşoplar keçirilib və bununla da konfrans işini yekunlaşdırıb.

08.04.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

77

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun