İlk öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş və güllər qoyulmuşdur.
Tədbir iki hissədən : Rəsmi və təlim hissəsi olmaqla təşkil olunmuşdur.
Rəsmi hissə öz işinə Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlayıb.
Daha sonra İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov çıxış edərək gənc müəllimləri salamlamış və tədbir haqqında öz fikirlərini bölüşmüşdür.
Həmçinin tədbirdə Dağlıq Şirvan Gənclər və İdman İdarəsinin müdiri Taleh Salehov da öz növbəsində çıxış edərək gənc müəllimləri gənclər siyasətinin bir parçası olmağa səsləmiş, tövsiyə və təkliflərini bildirmişdir.
Son olaraq Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin üzvü, Gənc Azərbaycan dili və Ədəbiyyatı Müəllimləri Birliyinin sədri Ülvi Osmanlı çıxış edərək gənc Azərbaycan dili və Ədəbiyyat müəllimlərini Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tədbir və təlimlərində aktiv iştiraka, birliyin fəaliyyətinə dəstək olmağa səsləmişdir.
Tədbirin keçirilməsində təşkilati dəstək üçün Dağlıq Şirvan Regional Təhsil idarəsi İsmayıllı rayon Təhsil Sektoruna öz təşəkkürümüzü bildiririk.
AGMA tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş.
25.11.2024
“Diqqət dağınıqlığı çağında tədris: Məlumat əsaslı effektiv ünsiyyət strategiyaları.”.
24.11.2024
Bu dəfə yolumuzu Xankəndindən saldıq.
23.11.2024
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir..
22.11.2024
"Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi" layihəsinin 3-ci günü.
17.11.2024
"Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi" layihəsinin 2-ci günü.
16.11.2024
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası COP29 çərçivəsində beynəlxalq layihəyə başladı..
15.11.2024
Təqdimatlarımız davam edir.
31.10.2024