Profil

Axtarış

Gənc Riyaziyyat Müəllimləri Birliyi Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına üzv olub

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Yeni işə qəbul olan gənc müəllimlər üçün adaptasiya proqramı
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən "Yeni işə qəbul olan gənc müəllimlər üçün adaptasiya proqramı" çərçivəsində təlimlərimiz davam edir.

Budəfəki təlimimizdə Dövlət İmtahan Mərkəzinin eksperti Tahir Haşimi tərəfindən müəllimlərə “Effektiv Məktəbdaxili Qiymətləndirmə və Strategiyaları" mövzusunda təlim keçəcək.

Adaptasiya proqramının məqsədi yeni işə qəbul olan müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşdırılmasına nail olmaqdan ibarətdir.

Tarix: 9 sentyabr 2024-cü il;
Saat: 19:00;
MS Teams proqramı.

Qeydiyyat linki: https://chat.whatsapp.com/Dw6ZEyBEnFs1vo7wgPLVGL

Qeyd edək ki, adaptasiya proqramı Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına tabe olan Gənc Xarici dil Müəllimləri Birliyinin dəstəyi ilə keçirilir.

05.09.2024

badge-icon
"Yeni işə qəbul olan gənc müəllimlər üçün" təlimlərinə başlanıldı
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən "Yeni işə qəbul olan gənc müəllimlər üçün" təlimlərinə başlanıldı.

Pedaqoq, IIU (Beynəlxalq Təcrübə Universiteti) ölkə üzrə direktoru Şəlalə Məmmədli tərəfindən yeni işə qəbul olan müəllimlərə təlim keçirilib.

Təlimdə “Sinifdə Harmoniya va Uğur: Effektiv İdarəetmə Yolları” haqqında geniş məlumatlar verilib və müəllimlərin çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, təlimin keçirilməsinə dəstək olan Gənc Xarici dil Müəllimləri Birliyinə və Gənc İbtidai sinif Müəllimləri Birliyinə təşəkkür edirik. 

04.09.2024

badge-icon
İnnovativ Məktəb İdarəçiləri Birliyi Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına üzv olub
İnnovativ Məktəb İdarəçiləri Birliyi Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına üzv olub. Birliyin sədri Sumqayıt şəhər 32 nömrəli tam orta məktəbinin direktoru Fəzilə Mahmudovadır.

"İnnovativ Məktəb İdarəçiləri" birliyinin məqsədi məktəb idarəçilərinin şəbəkələşməsini təmin edərək, yeni idarəetmə metodlarının yaradılmasını, təkmilləşdirilməsini təmin etmək, məktəbdaxili idarəetmənin sadələşdirilmiş, sistemləşdirilmiş müasir metodlarla idarəsini təşkil etmək, qabaqcıl təcrübələrin paylaşılmasını təmin edərək gələcək innovativ idarəçilərin bazasını yaratmaqdan ibarətdir.

İnnovativ Məktəb İdarəçiləri birliyini təbrik edir, fəaliyyətində uğur arzulayırıq!

02.09.2024

badge-icon
"Yeni işə qəbul olan gənc müəllimlər üçün adaptasiya proqramı" çərçivəsində təlimlərinə start verildi
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən "Yeni işə qəbul olan gənc müəllimlər üçün adaptasiya proqramı" çərçivəsində təlimlərinə start verilir.

Pedaqoq, IIU (Beynəlxalq Təcrübə Universiteti) ölkə üzrə direktoru Şəlalə Məmmədli tərəfindən müəllimlərə “Sinifdə Harmoniya va Uğur: Effektiv İdarəetmə Yolları” mövzusunda təlim keçiriləcək.

Adaptasiya proqramının məqsədi yeni işə qəbul olan müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşdırılmasına nail olmaqdan ibarətdir.

Tarix: 3 sentyabr 2024-cü il;
Saat: 15:00;
Məkan: Gənclər Təşkilatlarının Resurs Mərkəzi ("Globus center", 13-cü mərtəbə).

Qeydiyyat linki: https://chat.whatsapp.com/Dw6ZEyBEnFs1vo7wgPLVGL

Qeyd edək ki, adaptasiya proqramı Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına tabe olan birliklərin dəstəyi ilə keçirilir.

27.08.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

77

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun