2010-cu ildə Yardımlı rayon Gavran kənd F.A.Masiyev adına tam orta məktəbi bitirmişdir.Bakalavır təhsilini Təhsildə Sosial-Psixoloji xidmət ixtisası üzrə Gəncə Dövlət Universitetində almışdır.2015- ci ildə Gavran kənd tam orta məktbində Psixoloq vəzifəsi üzrə işə başlamışdır. 2019cu ilin dekabr ayinda ARTİ təşkil etdiyi Məktəbdə sağlam sosial emosional mühitin formalaşdırılması teliminde iştirak etmişdir. 2021-ci ildə Böhran zamanı şagirdlərə psixososial dəstəyin göstərilməsi adlı ixtisasartırma təlimini bitirmişdir. 2021-ci ildə Psixologiya Elmi Tədqiqat İnistutunun keçirdiyi "Öyrənmə çətinliyi" adlı təlimi bitirmişdir. AGMA ın təşkil etdiyi "Zəyif oxuyan şagirdlərlə iş","Psixoloji Dəstək","Bullinq və Bullinqin qarşısının alınması",Təhsildə etik davranış qaydaları", "Sinifin idarə olunması","Çətin tərbiyə olunan şagirdlərlə iş" kurslarını keçmişdir. 2022-ci ildə Elm vəTəhsil Nazirliyinin təşkil etdiyi Təhsildə İnkişaf ve İnnovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olmuş "Şagirdlərin Psixoloq Dostu "layihəsində təlimçi olmuş,1000dən artıq valideyinə Bullinq və Bullinqin qarşısının alınması yolları haqqında maarifləndirici təlimlər keçmişdir. 19.12.2020ci il tarixində Elm və Təhsil Nazirliyinin,USAID və UNİCEF Azərbaycan ofisinin,Ümidli Gələcək Sosial Təşəbbüslər İB məktəb psixoloqları üçün İnkişaf təlimində iştirak etmişdir. Karyera Məsləhətçilərinin Peşəkar İnkişaf Kursunu bitirmişdir. 2023-cü ildə Psixologiya Elmi Tədqiqat İnistitutunun və Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi "Uşaq Psixologiyasının Əsasları" adlı ixtisasartırma təlimində iştirak etmişdir. 24-29 yanvar 2023-cü il tarixində Elm və Təhsil Nazirliyinin təşkil etdiyi"Şagirdlərin Sosial Emosional Sağlamlığı və Təhlükəsizliyi üzrə ixtisasartırma təlimində iştirak etmişdir.