Profil

Axtarış

Video qalereya

badge-icon
”Tarix yazan müəllimlər” layihəsi - Fərid Həsənov

”Tarix yazan müəllimlər” layihəsi - Fərid Həsənov


31.01.2023

badge-icon
Gənc müəllimlərin III Şəbəkələşmə Forumu
Gənc müəllimlərin III Şəbəkələşmə Forumu

30.01.2023

badge-icon
”Tarix yazan müəllimlər” layihəsi - Ceyhun Paşayev
”Tarix yazan müəllimlər” layihəsi - Ceyhun Paşayev

23.01.2023

badge-icon
”Tarix yazan müəllimlər” layihəsi - Ceyhun Ələsgərli
Gənclər Və İdman Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı ilə “Tarix yazan müəllimlər” layihəsinin iştirakçısı, Bakı şəhəri 274 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Ceyhun Ələsgərli.

18.01.2023

badge-icon
”Tarix yazan müəllimlər” layihəsi - Cavidan Allahverdizadə
”Tarix yazan müəllimlər” layihəsi - Cavidan Allahverdizadə

16.01.2023

badge-icon
Tarix yazan müəllimlər
“Tarix yazan müəllimlər” layihəsinin iştirakçısı, Bakı şəhəri 12 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı müavini Anar Miriyev.

13.01.2023

badge-icon
"Beynəlxalq Əlillər Günü"
"Beynəlxalq Əlillər Günü"

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) və Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə fərqindəlik yaratmaq, fərqli şagirdlərimizin cəmiyyətə adaptasiyasını asanlaşdırmaq və daha çox bu işə diqqəti çəkmək məqsədi ilə 3 dekabr 2022-ci il tarixində Şəmkir şəhər Kimya-Biologiya Təmayüllü liseydə inklüziv siniflərdə təhsil alan şagirdlərlə yaradıcılıq yarışı keçirilib.

"İnklüziv siniflərdə kiçik yazıçılar" adı ilə həyata keçirilən layihədən video görüntüləri sizə təqdim edirik.

05.12.2022

badge-icon
Gənc müəllimlərin debat çempionatı
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfdaşlığı ilə Bakı şəhərində “”Gənc müəllimlərin debat çempionat” - gənclərdə “soft skills” təməl bacarıqların formalaşdırılması” layihəsinin çempionat mərhələsinin videosunu sizə təqdim edirik.

31.10.2022

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Müəllimlər üçün istirahət proqramı təşkil olunub
AGMA-nın birlik rəhbərləri və koordinatorlarının iştirakı ilə, sertifikatlaşdırma prosesində yüksək nəticə göstərmiş müəllimlər üçün istirahət proqramı təşkil olunub.

Bu təşəbbüsün əsas məqsədi uğurlu nəticə göstərmiş müəllimlərə təşəkkür etmək, onların motivasiyasını artırmaq və fəaliyyətlərini dəyərləndirməkdir. İstirahət proqramında həm yüksək nəticə göstərmiş yeni müəllimlər, həm də AGMA-nın birlik rəhbərləri və koordinatorları iştirak ediblər.

Tədbir çərçivəsində müəllimlər “Şuşa, sən azadsan” sənədli filmini izləyib, müxtəlif komanda oyunları – futbol, voleybol və digər idman fəaliyyətlərində iştirak edərək asudə vaxtlarını səmərəli və əyləncəli şəkildə keçiriblər. Bu fəaliyyətlər müəllimlər arasında dostluq əlaqələrinin möhkəmlənməsinə və yeni əməkdaşlıqların qurulmasına şərait yaradıb.

Bundan əlavə, Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı ilə "Təhsil" istirahət mərkəzində 22 İyul Mətbuat Gününə həsr olunmuş intellektual yarış keçirilmiş və yarışda iştirak edən 22 komanda arasında AGMA komandası birinci yeri qazanmışdır.

Proqram ərzində həm təcrübə paylaşımı, həm də sosial əlaqələrin qurulması üçün əlverişli şərait yaranmış, iştirakçılar üçün yaddaqalan və dəyərli istirahət imkanı təmin edilmişdir.

Biz də bu proqramda iştirak edən bütün həmkarlarımıza uğurlar arzulayır, onların gələcək fəaliyyətlərində davamlı motivasiya və birlik ruhu diləyirik.

26.07.2025

badge-icon
Mətbuat Günü münasibətilə media nümayəndələri ilə
AGMA olaraq Mətbuat Günü münasibətilə media nümayəndələri ilə bir araya gəldik.

Bu dəyərli gün münasibətilə jurnalistlərimizin informasiya cəmiyyətinə verdiyi töhfələri yüksək qiymətləndiririk. Peşə fəaliyyətlərində onlara uğurlar arzulayırıq!

Tədbir çərçivəsində xoş anlar paylaşdıq, fikir mübadiləsi apardıq və əməkdaşlığımızı daha da möhkəmləndirdik.
Əmək və fədakarlıqları üçün bütün media nümayəndələrinə təşəkkür edirik.

19.07.2025

badge-icon
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə AGMA arasında əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə AGMA arasında əməkdaşlıq imkanları müzakirə olunub
 
Bu gün Mədəniyyət Nazirliyinin müşaviri Cəsarət Valehov ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova arasında görüş keçirilib. Görüşdə tərəflər mədəniyyətin təbliği, müəllimlərin bu sahədə rolu və gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparıblar.

Cəsarət Valehov çıxışında ölkədə mədəni dəyərlərin inkişafında müəllimlərin oynadığı rolu yüksək qiymətləndirib və bu istiqamətdə nazirliyin gənclərlə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb.

AGMA sədri Pərvinə Qədimova isə təşkilatın bölgələrdə apardığı fəaliyyətlər, müəllimlərin maarifləndirilməsi və mədəni tədbirlərə töhfələri barədə məlumat verib. O, gələcəkdə mədəniyyət və təhsil sahələrinin vəhdətində yeni layihələrin reallaşdırılmasının vacibliyini qeyd edib.

Görüş zamanı qarşılıqlı əməkdaşlıq üçün təkliflər irəli sürülüb, birgə tədbirlərin keçirilməsi və regional mədəni layihələrdə əməkdaşlığın genişləndirilməsi qərara alınıb.

Bu təşəbbüs, cəmiyyətin inkişafında, milli-mədəni kimliklərinin formalaşmasında mühüm rol oynayacaq və ölkənin mədəni inkişafına töhfə verəcəkdir.

16.07.2025

badge-icon
"Təhsil sisteminde uşaq müdafiəsi və təhlükəsizliyi" mövzusunda seminar təşkil edilib.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasınin təşkilatçılığı ilə 216 nomreli tam orta məktəbdə "Təhsil sisteminde uşaq müdafiəsi və təhlükəsizliyi" mövzusunda ibtidai sinif müəllimi birliyinin koordinatoru Günel Quliyeva tərəfindən seminar təşkil edilib.

Qeyd edək ki, seminarın keçirilməsinde məqsəd təhlükəsiz mühit anlayışı, uşaq hüquqlarının müdafiəsi və müəllimlərin təcrübəsinə əsasən fikir mübadiləsi, muzakilerin aparılaraq, onları sözügeden mövzuda melumatliligini artırmaqdan ibarət olub.

09.07.2025

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun