Gənclərin Vətən müharibəsindən sonra zəfər ruhunda formalaşması istiqamətində silsilə tədbirlər həyata keçirən Azərbaycan Gənc Müəllimlər Assosiasiyası İRƏLİ İctimai Birliyi ilə birgə “Zəfər Forumu: Tarix Yazan Müəllim” layihəsini həyata keçirib.
8 Noyabr – Zəfər Gününə həsr olunmuş forumda bir sıra dövlət və hökumət rəsmiləri, jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri iştirak ediblər.
Forumun gedişatı zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Muxtar Məmmədov, Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Faiq Məmmədov, Milli Məclisin deputatı Müşfiq Cəfərov, İRƏLİ İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxışlar etdilər.
Həmçinin, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə çıxışı zamanı AGMA-nın fəaliyyəti boyu gənc müəllimlər üçün davamlı öyrənmə imkanları yaradılmasında, müsbət gənc müəllim imicinin formalaşmasında, həmçinin bu imicin təbliğ olunmasında töhfələr verdiyini qeyd etmişdir. Məhz forum müddətində təqdim olunan videoçarx da bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə dəstək məqsədi daşıyır.