300-ə yaxın müəllimin iştirakı ilə keçirilən konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra tədbirin rəsmi hissəsinə start verilib. Beləki, ilk olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev çıxış edərək gənc müəllimlərimizin bu cür vacib mövzuda maarifləndirilmələsinin olduqca məqsədə uyğun və vacib olduğunu vurğulayıb. Daha sonra Milli Məclisin deputatları, həmçinin Məclisin Elm və Təhsil komitəsinin üzvləri Tamam Cəfərova, Müşfiq Məmmədli və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Səkinə Həsənova da çıxış edərək öz fikirlərini gənc müəllimlərlə bölüşərək, bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.
Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra Elm və Təhsil Nazirliyinin eskperti Turab Əhmədov, Azərbaycan Skautlar Assosiasiyasının nümayəndəsi Ülvi Məmmədov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Səkinə Həsənova və AGMA-nın layihələr üzrə meneceri Ramilə El-oğlu tərəfindən 4 müxtəlif otaqda aidiyyatı mövzu üzrə təlimlər keçirilib və bununla da konfrans işini yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi gənc müəllimləri bir araya toplayaraq onları ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, müəllimlər vasitəsilə şagirdlərə bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək, həmçinin təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı kimi mövzuları müzakirə etməkdən ibarət olub.
Müəllim və tələbələr üçün görüş keçirilib..
06.01.2025
Sizi 31 Dekabr − Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirik!.
31.12.2024
Azərbaycanda Gənc Müəllimlərin 73%-lik Uğur Nəticəsi!.
28.12.2024
“Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” adlı konfrans keçirilib.
22.12.2024
AGMA-nın təqdimatı keçirilib.
09.12.2024
“Yaşıl gələcək üçün beynəlxalq təcrübə mübadiləsi” proqramının ikinci günü.
08.12.2024
“Yaşıl Gələcək üçün Beynəlxalq Təcrübə Mübadiləsi” proqramının ilk günü.
07.12.2024
"Müasir müəllim modeli: rəqəmsal dünyanın gənc müəllimləri" layihəsinin sonuncu davamlılıq təlimi.
06.12.2024