Profil

Axtarış

Fərq Yaradan Gənc Müəllim-2023

Mən Vəliyev Heyrət Şehri oğlu.  2010-cu ildən Gədəbəy rayon Habil Allahyarov adına Soyuqbulaq kənd tam orta məktəbində coğrafiya müəllimi kimi işləyirəm. 2021-ci ildən tədris işləri üzrə direktor müavini, 2022-ci ildən Direktor işləyirəm. Aşağıdakı sizinlə fəaliyyət müddətimdəki uğurlarımı paylaşıram:
 
·       Gədəbəy rayonunda 2013-cü ildə  "İlin Ən Yaxşı Coğrafiya müəllim" müsabiqəsinin qalibi;
·       2015-ci ildə Elektorn Təhsil Respublika Müsabiqəsinin Nominantı;
·       2015-ci ildə İlin Müəllimi Müsabiqəsinin finalçısı;
·       2016-ci ildə Gədəbəy rayon Gənclər və İdman idarəsi tərəfindən "İlin Ən Fəal Gənci" mükafatı; 
·       2016-ci ildə ATİAHİ-nin Gədəbəy rayon komitəsi tərəfindən "İlin Ən Fəal Gənc Müəllimi" mükafatı;
·       2018-ci ildə ATİAHİ-nin Respublika komitəsi tərəfindən "İlin Peşəkar Gənci" müsabiqəsinin qalibi;
·       2020-ci ildə IV Qrant müsabiqəsinin qalibi;
·       5 Benəlxalq Konfrans və Seminar iştirakçısı, 9 Respublika seminar, konfrans və təlim iştirakçısı;
·       2013-cü ildə Kurikulum təlimçisi.
 
“İlk olaraq şagirdlərimdə özgüvən formalaşdırdım, inandırdım ki, onların hər biri istedadlı və fərqli  şagirdlərdir.  Nəticədə, bir çox şagirdlərim ali məktəblərə, akademiyalara daxil oldular və olmağa davam edəcəklər. Rəhbər kimi özgüvəni və inamı həm şagirdlərimdə, həm müəllimlərimdə formalaşdırdım. Nəticədə, “imkansızdır, bacarmazsınız” deyiləni Respublika Fənn Olimpiadasından medal əldə etdik, həm də heç bir repetitor hazırlığı olmadan. Məktəbimizin tarixində ilk Fərqlənmə atestatını əldə etdik. Artıq mənim şagirdlərim və müəllimlərim Fərq yaradırlar. Mən də Fərq yaradan kollektivin Fərq yaradan rəhbəri kimi bu müsabiqəyə qoşuldum və "Fərq Yaradan Gənc Müəllim Müsabiqəsi"nin qalibi olacağıma inanıram.

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
“Qeyri-formal təhsildə təlimçinin əl kitabı” təqdimatı uğurla baş tutdu!
 Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən kitab təqdimatı tədbirində iştirakçılar qeyri-formal təhsil sahəsində yeni imkanlar, metodik yanaşmalar və təcrübə mübadiləsi barədə müzakirələr aparıblar.

Bu dəyərli vəsait təlimçilərə və müəllimlərə öz fəaliyyətlərini daha sistemli və effektiv qurmaqda kömək edəcək. Tədbirdə iştirak edən hər kəsə təşəkkür edirik!

13.10.2025

badge-icon
"Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası" mövzusunda forum keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə “Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası Forumu” uğurla baş tutdu.

Tədbirin əsas məqsədi gənc müəllimlər arasında milli-mənəvi dəyərləri möhkəmləndirmək, müstəqillik və suverenliyin qorunmasında müəllimin rolunu vurğulamaq, eləcə də təhsil işçilərinin bu istiqamətdəki missiyasını müzakirə etməkdən ibarətdir.

Forum 11 oktyabr 2025-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Açılış nitqi ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək, təhsilin ölkənin ideoloji və milli dayaqlarından biri kimi əhəmiyyətini vurğulayıb. O, müəllimlərin gənc nəslin vətənə, dövlətə sədaqət ruhunda formalaşmasında xüsusi rol oynadığını qeyd edib.

Forumda Milli Məclisin deputatı Naqif Həmzəyev təhsilin dövlət siyasətində prioritet istiqamət olduğunu bildirərək, gənc müəllimlərin bu missiyada fəal iştirakının önəmini vurğulayıb.

Forumun irəliləyən dəqiqələrində  “Müstəqillik və Suverenliyin Qorunmasında Müəllimin Missiyası” adlı panel müzakirəsi keçirilib. Panelə Pərvinə Qədimova moderatorluq edib. Müzakirədə tarix müəllimləri və dərsliklərin həmmüəllifləri Hafiz Cabbarov və Ramil Tanrıverdi çıxış edərək, müəllimlərin milli dəyərlərin ötürülməsində rolu və təhsildə ideoloji yanaşmalar barədə fikirlərini bölüşüblər.

Tədbirin növbəti hissəsində Azərbaycan Respublikasının Təhsil İnstitutu-nun MDM Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Balayeva “Uşaq müdafiəsi və təhlükəsizliyi” mövzusunda çıxış edib. O, məktəb mühitində uşaqların fiziki və psixoloji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Forumun sonunda iştirakçılarla xatirə fotosu çəkilib.

11.10.2025

badge-icon
Adaptasiya Proqramının IV mövzusu – “Diferensiallaşdırılmış təlim və inklüziv təhsil"
Yeni işə qəbul olunmuş müəllimlər üçün Adaptasiya Proqramının IV mövzusu – “Diferensiallaşdırılmış təlim və inklüziv təhsil” olacaq.

Bu dəfəki müzakirədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova və Azərbaycan Respublikasının Təhsil İnstitutu, Təhsil Texnologiyaları Mərkəzinin psixoloqu Aydan Səfərli və moderator qismində Gəncə şəhəri 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səltənət Qurbanovadır.

Qeyd edək ki, Adaptasiya Proqramının məqsədi yeni işə qəbul olunmuş gənc müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.
Tarix: 10 oktyabr
Saat: 19:00
Məkan: AGMA-nın rəsmi Facebook səhifəsində canlı yayım (onlayn vebinar)

Gənc müəllimlər üçün nəzərdə tutulan bu faydalı müzakirəni qaçırmayın!

08.10.2025

badge-icon
Adaptasiya Proqramının III mövzusu – “Sinfin səmərəli idarə olunması”
 Yeni işə qəbul olunmuş müəllimlər üçün Adaptasiya Proqramının III mövzusu – “Sinfin səmərəli idarə olunması” olacaq.

Bu dəfəki müzakirənin qonaqları Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova, Azərbaycan Respublikası Təhsil İnstitutunun baş metodisləri Fatimə Əliyeva, Esmira Tahirova və moderator qismində Gəncə şəhəri 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səltənət Qurbanovadır.

Qeyd edək ki, Adaptasiya Proqramının məqsədi yeni işə qəbul olunmuş gənc müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.

Tarix: 3 oktyabr
Saat: 19:00

Məkan: AGMA-nın rəsmi Facebook səhifəsində canlı yayım (onlayn vebinar)

Gənc müəllimlərin inkişafına töhfə verəcək bu faydalı müzakirəni qaçırmayın!

02.10.2025

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun