Profil

Axtarış

Şagirdləri həvəsləndirmə metordları: müəllimlər və valideynlər üçün strategiyalar

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN GƏNC MÜƏLLİMLƏR ASSOSİASİYASI

 

Müəllif: İsmayılova Nəzrin Faiq qızı
N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin İngilis dili müəllimi


 



Şagirdləri həvəsləndirmə metodları: müəllimlər və valideynlər üçün strategiyalar


 

Layihə rəhbəri: Rüfət Əsədzadə

Supervayzer: Əminət Diqanayeva

E-mail: [email protected]

  


Xülasə  
 
Şagird motivasiyası və valideyn-müəllim münasibətləri təhsilin inkişafının əsaslı amillərindən biridir. Məktəb və valideynlərin işgüzar əlaqələrindəki problemlər, pedaqoji və psixoloji əməkdaşlığındakı çətinliklər və bunun şagird motivasiyasına birbaşa təsiri müasir cəmiyyətdə aktuallıq kəsb edir. Araşdırmalar əsasında şagird motivasiyasının artırılması yolları, şagirdlərdə ruh düşkünlüyünə səbəb olan faktorlar və bu yolda valideyn-müəllim əməkdaşlığının rolu və nəticələri ümumiləşdirilmişdir. Məqalədə tədrisin orta mərhələsində təhsil alan şagirdlərdə daxili və xarici motivin təlim prosesinə təsiri, şagirdləri həvəsdən sala biləcək və onların akademik nailiyyətlərinə təsir göstərə biləcək faktorlar və müəllim-valideyn-şagird münasibətlərinin düzgün formalaşdırılması çərçivəsində görüləcək işlər təsnif olunmuşdur. Məqalədə eyni zamanda tanınmış dünya pedaqoqlarının problemə münasibəti və beynəlxalq təcrübələrdən istinadlar öz əksini tapmışdır. Tədqiqat metodu olaraq ədəbiyyat analizindən istifadə olunmuşdur. Məqalə şagirdlərin özünəinamının formalaşmasında məktəb və valideyn əməkdaşlığının elmi-pedaqoji təhlili baxımından aktuallıq daşıyır. Məqalə gənc tədqiqatçılar, müəllimlər, valideynlər və şagirdlər tərəfindən maraqla qarşılanaraq təlim prosesi zamanı qarşılaşdıqları motivasiya problemlərinin həllində istifadə oluna bilər.
 
Açar sözlər: müəllim,şagird,motivasiya,metod,valideyn
 
 
 
Giriş
 
 
Mövzunun aktuallığı:Sürətlə qloballaşan dünyadakı dinamik inkişafla yalnız keyfiyyətli təhsilə nail olan cəmiyyətlər ayaqlaşa bilər. A.Mehrabov pedaqoji təhsilin keyfiyyəti və onun idarə olunmasında müasir yanaşmalardan istifadənin əsas istiqamətlərini araşdıraraq yazır: “Tədris prosesinin əsas keyfiyyət parametrləri bilik, bacarıq və vərdişlərin səviyyəsi, təhsilalanların fərdi inkişaf dinamikası, müəllimin səriştəliliyi və təhsil prosesində baş verən digər effektiv elementlərin nəzərə alınması kimi müəyyən edilməlidir”. Müşahidələr göstərir ki, öz işində keyfiyyət axtaran müəllim tələbənin ehtiyaclarını və istəklərini müəyyənləşdirməlidir. Hüseynzadə pedaqoji mənbələrdə, metodik kitablarda təhsilin keyfiyyəti əsas üç amillə ölçüldüyünü qeyd edir: “Kim öyrədir, nə öyrədir, necə öyrədir”. Əliyeva aparılan tədqiqatlara və pedaqoji müşahidələrə əsasən qeyd edir ki,təhsilin keyfiyyətinə aşağıdakı amillər ciddi təsir göstərir: 
• Müəllimin səriştəliliyi və peşəkarlığı;
• Səmərəli tədris metodları və yeni pedaqoji texnologiyalar;
• Təhsilin məzmunu;
• Əlverişli tədris mühiti;
• Müasir idarəetmə mexanizmi;
• Məktəbin maddi-texniki bazası;
• Məktəb və ailənin qarşılıqlı əlaqəsi və birgə fəaliyyəti;
• Sinifdənxaric və məktəbdənkənar tədbirlərin səmərəli təşkili;
• Şagirdlər üçün əlverişli pedaqoji mühitin yaradılması;
•Pedaqoji prosesdə şagirdlərin motivasiyası və stimullaşdırılması. 
Göstərilən amillərdən son üçü bilavasitə şagirdin yaxşı oxumasına, keyfiyyətli təhsil qazanmasına stimul verən amillər hesab olunsa da, digər amillər də bu və ya digər şəkildə stimullaşdırmaya və ümumiyyətlə təhsilin keyfiyyətinə qüvvətli təsir göstərir.

Müəllimin şəxsiyyəti, səriştəsi və peşəkarlığı, tədris prosesinin səmərəliliyinə, təhsilin keyfiyyətinə, şagirdlərin təhsilə motivasiyasına və stimullaşdırılmasına dərindən təsir edir. İstifadə edilən texnologiyalardan asılı olmayaraq, müəllim tədris prosesinin əsas faktoru və rəhbəri kimi rol oynayır. Səriştəli bir müəllim öz işinə olan məsuliyyətini başa düşür və öz şagirdlərinin təhsilə olan marağını artırır. Müəllimin pozitiv münasibəti, şagirdlərin öz potensiallarını açmaq və özünə inamını artırmaq üçün təşviq edici bir mühit yaratmağa yardım edir. Bütün bu faktorlar bir araya gəldikdə, müəllimin şəxsiyyəti, səriştəsi və peşəkarlığı təhsil prosesinin səmərəliliyini ciddi şəkildə təsir edərək təhsilin keyfiyyətini yüksəltməklə bərabər, şagirdlərin potensiallarını tam istifadə etmələrini təmin edir. 


Müəllim-tələbə əlaqələrinin yaradıcı bir sahədə birləşməsi, sosial əlaqələrə çevrilərək maraqlı diskussiyalar, müzakirələr kontekstində formalaşması keyfiyyətin əldə olunmasında psixoloji cəhətləri müsbət istiqamətdə reallaşdırır. Bu məqsədlə OECD(2005) müəllim-tələbə münasibətlərini aşağıdakı qaydada qurmaq təklif edir:


 • uğurlu təlim nəticələrinin əldə edilməsində tələbələrin təkliflərini dinləmək;


 • tələbələrin bütün ehtiyaclarını (texnoloji, didaktik, metodik) təyin etmək;


 • tələbə nailiyyətlərinin qiymətləndirilməsini və davamlı inkişaf strategiyalarını müəyyənləşdirmək;


 • tələbələrlə dərsdənkənar tədbirlər, layihələr təşkil etmək və onların şəxsi inkişafına nail olmaq;


 • sosial şəbəkələrdə müəllim-tələbə ünsiyyətini təşkil etmək; • tələbələri yeni biliklərə və yaradıcı işlərə həvəsləndirmək; 


• tələbələrin fərdi işlərinə və təqdimatlarına yazılı rəylər vermək. 


Ümumtəhsil məktəblərində şagirdlər akademik uğurlarına,təhsildə, yaradıcılıq yarışlarında, idmanda iştirakına və qələbələrinə, həmçinin təhsilalanların ictimai faydalı fəaliyyətinə, əla təhsilə, olimpiada, müsabiqə və yarışlardakı nailiyyətlərinə görə müxtəlif stimullaşdırıcı mükafatlar ala bilirlər. Bu mükafatlar  elm və bilik qazanmaq üçün müsbət motivasiya yaradır, qüvvətli stimullaşdırıcı təsir göstərir.(Əliyeva S,2022)


Mövzunun öyrənilmə səviyyəsi:
Şagirdlərin həvəsləndirilməsi ayrılıqda mövzu olaraq müxtəlif araşırmaçıların tədqiqat mövzusu olsa da, müəllim və valideyn münasibətləri kontextində şagirdlərin motivasiyası tədqiqat predmeti olaraq araşdırmaçıların diqqətində olmamışdır.

Tədqiqatın məqsədi:Mövzunun araşdırılmasında əsas məqsəd şagird motivasiyasının artırılması yolları, daxili və xarici motivlərin təlim prosesinə təsiri, xüsusilə tədrisin orta mərhələsində təhsil alan şagirdlərdə rast gəlinən ruh düşkünlüyünün səbəbləri, bu həvəssizliyin şagirdlərin akademik nailiyyətlərinə olan təsiri və müəllim-valideyn əməkdaşlığının düzgün qurulması yollarını müəyyənləşdirməkdən ibarətdir. 

Tədqiqatın predmeti
:Tədqiqatın predmenti müəllim və valideynlər üçün qarşılıqlı əməkdaşlıq şəraitində şaagirdlərin motivasiyalarının yüksəldilməsinə xidmət edən amilləri müəyyənləşdirib tövsiyələr verməkdən ibarətdir.


Tədqiqatın obyekti:
Tədqiqatın əsas obyekti orta məktəb şagirdləridir.

Tədqiqatın elmi və nəzəri əsasları: Tədqiqatın elmi-nəzəri əsasını pedaqoji araşdırmaçı və müəlliflərin elmi-nəzəri tədqiqatları təşkil edir.
 

Problemin elmi yeniliyi:
Məktəb və valideyn əməkdaşlığının düzgün qurulmasının şagirdlərin stimullaşdırılmasına və akademik nəticələrinə təsiri kimi əldə olunan nəticələr məqalənin elmi yeniliyini xarakterizə edir. Müəllim-şagird arasında qarşılıqlı fəaliyyətin yaranması həm də ənənəvi olaraq məktəblə valideyn arasında əlaqələrin yeni məzmunda qurulmasına şərait yaradır. Belə əlaqələrin tədrisin orta mərhələsində təhsil alan şagirdlərinin valideynləri ilə yaradılması xüsusilə vacibdir. 

 

Problemin praktik əhəmiyyəti:
Məqalədən gənc tədqiqatçılar, şagirdlərindəki ruh düşkünlüyünü aradan qaldırmağa çalışan müəllimlər, övladlarının göstərdiyi zəif nəticələri onların motivasiyası ilə əlaqələndirən valideynlər və məqalədəki strategiyalardan istifadə etməklə daha yüksək akademik göstəricilər əldə etmək istəyən şagirdlər faydalana bilər.

Məqalədə cavabları axtarılan suallar:

1.Şagirdlərdə daxili və xarici motivin təlim prosesinə hansı formada təsir edir?

2.Tədrisin orta mərhələsində şagirdlərdə ruh düşkünlüyünə səbəb olan faktorlar hansılardır?

3.Müəllim və valideyn əməkdaşlığının şagird motivasiyasında rolu nədən ibarətdir?

 

Şagirdlərdə daxili və xarici motivin təlim prosesinə təsiri

Şagirdlərin məktəbdə öyrənmə motivasiyası bu gün Awan, R, Noureen, G., Naz, A. kimi təhsil işçiləri üçün böyük narahatlıq doğuran bir mövzudur və şagirdləri məktəbdə yüksək səviyyədə  motivasiya etmək bu əsrin ən böyük vəzifələrindən biridir. Muola motivasiyanın akademik müvəffəqiyyətə səbəb olan amillərdən biri olduğunu qeyd edir; valideynlər və müəllimlər akademik motivasiyanın erkən yaşda təşviq edilməsinin vacibliyini anlamağa çalışmalıdırlar. Çoxsaylı tədqiqatlar göstərir ki, uşaqlıqdan yeniyetməliyə qədər müxtəlif yaş dövrlərində daha yüksək daxili akademik motivasiyaya malik insanlar məktəbdə daha səriştəli idilər ki, bu da əhəmiyyətli dərəcədə böyük akademik nailiyyətlərə, akademik səriştələrinin daha müsbət qəbul edilməsinə, daha aşağı akademik narahatlığa və daha az xarici motivasiyaya dəlalət edir. (Gottfried, A.W., Gottfried, Cook, & Morris, 2005).

Motivasiya insanların təziq və məhdudiyyətlər olmadan hazır,təsirli və aktiv olmaqlarını təmin edir (Vatansever-Bayraktar, 2015). İnsanların ehtiyacları, istəkləri və gözləntiləri dəyişir, lakin fərdlərin motivasiyasını artırmaq qabiliyyəti onların ehtiyaclarını, istəklərini və gözləntilərini ödəməklə yaranır (Karakaya & Ay, 2007).

Akademik motivasiya təhsildə vacib bir anlayışdır, çünki yüksək akademik nəticələrə səbəb olur. Vallerand, Deci və Ryan kimi tədqiqatçıların fikrincə, motivasiya anlayışı daha çox şaxəli, qeyri-idrak psixososial quruluşa malikdir. Akademik motivasiya isə yaradıcı düşünmə və öyrənmə bacarıqlarını əhatə edən, eyni zamanda  şagirdlərdən məktəb məmnuniyyəti, məktəbə getmək və ev tapşırıqlarını yerinə yetirmək üçün səbəblər yaradan daha spesifik bir anlayışdır. Onların effektivliyi idrak, davranış və təsirli öyrənmə faktorları ilə əlaqələndirilir. Akademik motivasiya tələbələrin akademik mövzulara olan əzmkarlığının, səylərinin, istəklərinin gücünü təyin edən və tələbə performansına təsir edən vacib bir anlayışdır. Akademik motivasiya akademik iş üçün lazım olan enerji istehsalı kimi müəyyən edilir(Bozanoglu, 2004). Başqa bir tərifə görə, akademik motivasiya məktəbə davamiyyəti və məktəb dərəcəsinə təsir edən bir amil kimi müəyyən edilə bilər(Clark ve Schroth, 2010).

Təhsildə performansın göstəricisi şagirdlərin tədris ili ərzində imtahanlarda əldə etdikləri nəticələrin qiymətlərə bölünməsidir.Akademik performansa təsir edən müxtəlif zehni, affektiv və ekoloji amillər vardır. (Nartgün ve Çakır, 2014). Belə amillərdən biri də akademik motivasiyadır. Akademik nailiyyət və akademik motivasiya arasındakı əlaqə bir çox tədqiqatın mövzusu olmuşdur. Yüksək motivasiyalı insanlar imtahan hazırlığı, layihələrin icrası, tapşırıqların hazırlanması və oxu tapşırıqlarının icrası kimi akademik həyatları boyunca onlara həvalə edilmiş vəzifələri yerinə yetirməkdə daha çox uğur qazana bilirlər. Bu tip insanlar dərsdə tam iştirak edirlər, sual verməkdən çəkinmirlər, əldə etdikləri bilikləri təkrarlayır və əvvəllər məlum olan biliklərlə əlaqələndirirlər. Motivasiyalı insanlar çətinliklərlə qarşılaşdıqda təslim olmurlar, əksinə daha çox səy göstərirlər. Həm də müstəqil olaraq yerinə yetirmələri istənilməyən tapşırıqları əldə edirlər, boş vaxtlarında onları maraqlandıran mövzularda kitablar oxuyurlar, problemləri və tapmacaları həll edirlər. Akademik mənada motivasiya olmadıqda, çətinliklər qarşısında dərhal təslim olmaq, səbirsizlik, əzmkarlığın olmaması və görülən işdən zövq almamaq kimi qeyri-adekvat akademik davranışlar yarana bilər(Ergül,2005). 

Həqiqətən, motivasiya səviyyəsi təhsil tədbirlərinin planlaşdırılmasında və effektivliyində həlledici rol oynayır. Tələbələrin motivasiyası onların öyrənmə prosesində iştirakına, səylərinə və əzmkarlığına əhəmiyyətli dərəcədə təsir göstərir. İnsanlar motivasiya edildikdə, fəal iştirak etmək, bilik axtarmaq və daha yaxşı öyrənmə nəticələrinə nail olmaq ehtimalı daha yüksəkdir. (Ergin & Karataş, 2018).

Benabou və Tirole(2003)tərəfindən şagirdlərdə motivasiyanın iki əsas forması olduğu qənaətinə gəlinmişdir: Daxili və xarici  motivasiya . Hər ikisi şagirdin öyrənmə prosesinə müəyyən dərəcədə təsir göstərir. Bir çox mənbələrdə motivasiyanın bu növləri belə ümümiləşdirilir:

●      Daxili motivasiya şagirdin özünün məqsədlərinə, maraq və keyfiyyətli çalışma arzusuna təkan verən motivasiya növüdür. Daxili motivasiya ilə şagird özünün həyəcanlandırır, özünəməxsus hədəflər qoyur və öz inkişafına məsuliyyət hissi ilə yanaşır. Daxili motivasiyaya sahib olan şagirdlər öyrənmə prosesində öz səyinə, iradəsinə və maraqlarına əsaslanaraq çalışırlar. Onlar müsbət hədəflərə sahib olaraq öz potensiallarından tam istifadə edir və uğur qazanmaqdan zövq alırlar. 
●      Xarici motivasiya şagirdləri həvəsləndirmək üçün məzmun və mükafat sistemlərindən istifadə edən motivasiya növüdür. Bu motivasiya növündə şagirdlər bir səbəbdən və ya mükafatdan dolayı öyrənmə prosesinə yönəlirlər. Məsələn, yüksək qiymətləndirmələr, mükafatlar, şəxsi təqdimatlar,yarışmalar və s. Şagirdlərin öyrənmə marağı və motivasiyasını artırmaq üçün istifadə oluna bilər. Xarici motivasiya sosial mühitin, qrup işi və müəllim şəxsiyyətinin təsiri ilə də bağlı ola bilər. Müəllim dəstəyi və digər şagirdlərlə əlaqə yaratmaq da bu motivasiyaya təkan verə bilər. Benab və Tirola görə, xarici motivasiya səy və performansı təşviq edir və mükafatlar istənilən davranışın müsbət möhkəmləndirilməsi rolunu oynayır. Xarici motivasiya ümumiyyətlə dərhal nəticələr verir və daxili motivasiya ilə müqayisədə daha az səy tələb edir(Ryan & Deci, 2000). Beləliklə, sinifdəki müəllimlərin yeganə məqsədi şagirdləri öyrənməyə təşviq etmək və öyrəndikləri ilə maraqlanmaq olmalıdır. Motivasiya akademik öyrənmə və nailiyyətlər üçün son dərəcə vacib amildir (Elliot & Dveck, 2005). 
Ümumiyyətlə tədrisin orta mərhələsi şagirdlər üçün motivasiya baxımından zəngin bir dövrdür.  Bu dövrdə şagirdlərin öz maraqları, məqsədləri, sosial dəstək və müəllim təsiri motivasiyanın inkişafına təsir göstərir. Öz imkan və inkişafına fokuslanan şagirdlər, daha həvəsli və məqsədli bir şəkildə  öyrənməyə davam edəcəklər. Müəllim kimi bizim əsas məqsədimiz şagirdlərin həm daxili, həm də xarici motivasiya faktorlarını bir araya gətirərək müsbət bir öyrənmə mühitində motivasiyalarını təmin etməkdir. Bu, onların öz potensiallarını maksimum səviyyədə istifadə etmələrinə kömək edəcək və daha yüksək performans göstərmələrinə imkan yaradacaqdır.
 
 
 
Tədrisin orta mərhələsində şagirdlərdə ruh düşkünlüyünə səbəb olan faktorlar

Motivasiya anlayışı həm müəllimlər, həm də təhsildə uğur və ya uğursuzluğun səbəbini dərk edən tələbələr üçün vacib olan bir anlayışdır. (Uyulgan and Akkuzu, 2014).

Aşağı akademik müvəffəqiyyət problemi müasir təhsillə üzləşən ən böyük problemlərdən biridir. Bununla birlikdə, bir çox valideyn, övladlarının zəif performansından şikayətlənir və həqiqətdən xəbərsizdirlər. Bəzi valideynlər uşaqlarını işlərində çalışqan olmağa təşviq etmək üçün fiziki cəza kimi təsirsiz və faydasız metodlardan istifadə edə bilərlər. Təəssüf ki, bu məcburetmə üsulları övladlarının akademik göstəricilərinin yaxşılaşmasına deyil, əksinə arzuolunmaz hallara səbəb ola bilər. Akademik uğursuzluq anlayışı səhv etmək qorxusu ucbatından  cəhdlərin dayandırılması kimi müəyyən edilə bilər, ancaq bir məqsədə çatmaq cəhdi, gözləniləndən daha az olsa da, uğurlu hesab edilə bilər(Samer M. Al-Zoubi, Mohammad A. Bani Younes 2015 p; 2263).

Akademik uğursuzluğun bir çox səbəbi var:

1) Aydın planın olmaması.

Uğur birdən və ya təsadüfən gəlmir.  Prinsipcə, hər hansı bir işə başlamazdan əvvəl müəyyən bir müddət ərzində göstərilən hədəflərə çatmaq və onları həyata keçirmək üçün izləniləcək ən yaxşı strategiya müvəffəqiyyət planları kimi planlar hazırlanmaqdır. Planlaşdırma əslində o qədər də çətin bir iş deyil; sadəcə vaxt və fədakarlıq tələb edir. Planınızı istənilən vaxt dəyişdirə və inkişaf etdirə bilərsiniz. Çünki hər hansı bir planın əsas prinsipi onun tənzimlənməsidir və həyata keçirilməsinin istənilən mərhələsində elastikdir. Məqsədiniz böyük və ya kiçik olsun, ancaq bir plan olmadan buna nail olmayacaqsınız. Beləliklə, iş xəritəsi (plan)olduqda məqsədləriniz fikir olaraq qalmayacaq və reallaşacaq. Bəzi şagirdlər eyni işi plan olmadan etməyə meyllidirlər, buna görə də həmişə mənfi nəticələr əldə edirlər. Ancaq çevik bir planla, uğurlarını təmin etmək və uğursuzluqlardan uzaq olmaq üçün fikirlərini inkişaf etdirə bilərlər.

2) Tibbi və psixoloji səbəblər:

Akademik müvəffəqiyyətsizliyə gəldikdə, tibbi və psixoloji səbəblərlə əlaqəli bir çox səbəb var, məsələn:

A. Şiddətli depresiv xəstəlik: tez-tez bir xəstəlik olaraq depressiya imtahan uğursuzluğundan qaynaqlanır lakin daha tez-tez depressiya tez-tez imtahan dövründən əvvəl olur. Depressiya konsentrasiyada bacarıqsızlığa və zəifliyə səbəb ola bilər.

B.Unutqanlığa və konsentrasiyanın zəifliyinə səbəb ola biləcək ümumiləşdirilmiş narahatlıq pozğunluğu.

C. İmtahan fobiyası: bu, güclü bir imtahan qorxusu və zəifləyən bir uğursuzluq gözləməsidir. 

D. Obsesif-kompulsif pozğunluq: tələbələrin başındakı üstünlük təşkil edən fikirlər və başqa bir şey haqqında dayanmadan düşünmək onlara mane olur. Bununla birlikdə, onları aşa bilmirlər, bu da ciddi xəstəliklərə səbəb olur və onların performansına  təsir göstərir .

E. Diqqət pozğunluğu: bu, müəyyən  vaxt ərzində diqqəti bir şeyə yönəltmək qabiliyyətinin olmamasıdır. Bu hiperaktivlik pozğunluğu ilə əlaqələndirilir.

F. öyrənmə əlilliyi və biliklərin yavaş mənimsənilməsi: bu, qeyri-kafi qabiliyyətə səbəb olan funksional beyin çatışmazlığıdır aşağı IQ və ya oxu çətinliyi (disleksiya) və ya yazı çətinliyi (Disqrafiya)halları kimi yeni biliklər əldə etmək və ya riyaziyyatla bağlı çətinliklər (diskalkuliya) və bunlar xüsusi olaraq araşdırılır.  

Tələbə ilə əlaqəli səbəblər:

1. Həvəsin zəifliyi, təcrübənin olmaması,nəticə əldə etməyə tələsmək, qabiliyyət çatışmazlığı, uğursuzluq qorxusu və özünə şübhə akademik uğursuzluğa səbəb olur. Beləliklə, akademik uğursuzluq, kimsə özünü zəiflik üzündən müvəffəq ola bilməyəcəyinə inandırdıqda ortaya çıxır. Məqsədlər həm də şagird üçün aydın, konkret və real olmalıdır. Bu tələbin yerinə yetirilməməsi bu hədəflərə çatmamaqla nəticələnəcəkdir.(Samer M. Al-Zoubi, Mohammad A. Bani Younes 2015 səh; 2263-2264)

Zəif tələbə performansına səbəb olan başqa bir daxili amil daxili motivasiyanın olmamasıdır. Carnegie Mellon Universiteti (2019) şagirdlərin öyrənərkən daha az motivasiya olmalarının səbəblərini səylərinin performanslarını yaxşılaşdıracağına inanmamaları və diqqətlərini daha çox cəlb edən digər prioritetlərə sahib olmaları olduğunu iddia edir. Wright (2011), tapşırıqları yerinə yetirə bilməmək hissinin, daha az öyrənmə inamının və müəllimlərlə qeyri-kafi münasibətlərin ələbələrin motivasiyasının aşağı olmasına səbəb olduğunu iddia edir. Sasson izah edir ki, motivasiyanın olmaması işi yerinə yetirərkən kifayət qədər ehtiras və həvəsin olmaması deməkdir. 

Şagirdlər sinifdə nə öyrəndiklərini başa düşmədikləri üçün motivasiyasız hiss edirlər (Barse, 2015). Altun və Yazıcı (2010),şagirdlərin inam səviyyəsinin az olması, sinifdə yerinə yetirilməmiş gözləntilər, ailə dəstəyinin qiymətləndirilməməsi və ya olmaması və yüksək təzyiqin şagirdlərin öyrənmə motivasiyasının azalmasına və zəif performansa səbəb olduğunu iddia edir. Huittə(2005) görə, şagirdlərin motivasiyasız olmasının səbəbləri müəllimin dərsi aydın şəkildə aparmaması, özünə inamının aşağı olması, öyrənmə zamanı narazılığı və şagirdlərin şəxsi problemləridir.

 

2. Valideyn və təhsil səbəbləri:

İmtahanlarda daha yüksək qiymət almaq üçün tələbəyə həddindən artıq təzyiq qorxu hissi yarada bilər. Beləliklə şagird  valideynlərin tələb etdiyi kimi yüksək qiymətlər ala bilməyəcək və bu uğursuzluqla nəticələnəcək. Üstəlik, ailələrdəki qeyri-sabit vəziyyət şagirdləri gərginlik, qarışıqlıq və konsentrasiyanın olmaması vəziyyətində yaşamağa məcbur edir, bu da akademik performansa mənfi təsir göstərəcəkdir.

3. İmtahandan əvvəl narahatlıq:

Bu, şagirdin imtahan zamanı qarşılaşdığı və uğursuzluq qorxusundan yaranan hisslər və emosional vəziyyətdir. İmtahanda özünüz və ya başqaları üçün qənaətbəxş nəticə əldə etməmək qorxusu diqqət, konsentrasiya, düşünmə və xatırlama kimi zehni proseslərə təsir edir. 

4.  Uğur üçün motivasiyanın olmaması:

Əksər insanlar həyatlarının bir nöqtəsində və ya bir mərhələsində uğursuz ola bilsələr də, uğursuzluqdan öyrənir və onunla necə davranacağını bilirlər. Ancaq hər kəs onun niyə olduğunu öyrənə bilsəydi mütləq uğur qazanacaq. Xülasə etmək üçün bu amillərin müəllimlərə aid olduğunu söyləmək olar. ,Şagirdlər, valideynlər və məktəb mühiti ilk növbədə aşağı akademik performansdan məsuldurlar. Məsələn, müəllimin dərsə davamsızlığı və gecikməsi tədris proqramının natamamlığına səbəb olacaq və motivasiyaya da təsir edəcəkdir, tələbələrin həvəs, çalışqanlığı və öyrənməyə can atması ləngiyəcəkdir.(Samer M. Al-Zoubi, Mohammad A. Bani Younes 2015 səh; 2263-2264)

Barakat və Harzalla (2010) tərəfindən Tulkarem məktəblərində riyaziyyat fənnindən aparılan bir araşdırma,  aşağı akademik performansın səbəblərini üzə çıxardı:

a. sağlamlıq problemləri şagirdlərin riyaziyyat performansına təsir göstərir

b. davranış problemləri şagirdlərin riyaziyyat performansına təsir göstərir.

c.müstəqil öyrənmək istəyinin olmaması şagirdlərin riyaziyyatda zəif performansına səbəb ola bilər.

d. məktəbə aid olma hissi olmaması öyrənməyə laqeydlik hissi yarada bilər.

e.müəllimlərin müasir pedaqoji və psixoloji nəzəriyyələr haqqında lazımi biliklərin olmaması aşağı şagird performansına səbəb ola bilər .

 

Müəllim və valideyn əməkdaşlığının şagird motivasiyasında rolu

Vlodkovski və Jaynes(1990)  məktəb mühitindən kənarda motivasiyanı təsir edən amilləri də nəzərdən keçiriblər. Onlar fərdin öyrənmə motivasiyasına təsir edən dörd əsas amili təmsil edir: mədəniyyət, məktəb, uşaq bir şəxsiyyət və ailə kimi. Vlodkovski və Janes (1990) müəllimlər və valideynlər arasında müsbət münasibətlərin aşağıdakı üstünlüklərini sadalayırlar: qarşılıqlı etimadın yaradılması; uşağın maraqlarını ən yaxşı şəkildə təmin etmək üçün ümumi məqsəd; açıq ünsiyyət üçün bir vasitə yaratmaq; əməkdaşlıq münasibətlərini və problemlərin həllini aydınlaşdırmaq üçün yollar axtarmaq.

Valideynlərin tədris prosesində iştirakını artırmaq üçün nə etmək olar? Pape (1999) müəllimlər üçün bu məqsədə çatmaq üçün dörd strategiya təklif edir. Bunlara valideynlərlə görüşmək, məktəblərdə valideynlər üçün əlverişli şərait yaratmaq,valideynlərin dillərini öyrənmək və valideynləri məktəb qərarlarına cəlb etmək daxildir. Evdə ziyarətlər valideynlərin etibarını artırmaq üçün əla bir yol kimi izah olunur. Məktəblər mehriban işçilərin köməyi ilə valideynlərə əlverişli mühit yaratmaq üçün addımlar ata bilər.

Məktəb mühitində davamlı həvəsləndirmə və stimullaşdırıcı tədbirlər, təhsilalanların motivasiya səviyyəsini artırmaq, məsuliyyətli münasibət göstərmək və təlim prosesini daha maraqlı hələ gətirmək məqsədilə təşkil edilir. Bu tədbirlər, şagirdlərə əlverişli şərait yaratmaq və onların məhsuldarlığını artırmaq  üçün vacibdir.

Təhsilalanlara təqdim edilən mükafatlar onların bilik və bacarıqlarına, əldə etdikləri nailiyyətlərə görə seçilir. Fəxri diplomlar, təşəkkürnamələr, qızıl və ya gümüş medallar, qiymətli hədiyyələr, təltiflər, təqaüdlər, fərqlənmə attestatları və digər rəğbətləndirici vasitələr kimi müxtəlif mükafatlat təqdim edilir. Bu mükafatlar şagirdlərin işlərinə görə təşəkkür etmək və onları öz potensiallarını reallaşdırmağa təşviq etmək üçün əhəmiyyətli rol oynayır. Həmçinin, məktəblərdə fənn olimpiadaları, müsabiqə və yarışların təşkil edilməsi də motivasiya və stimullaşdırıcı tədbirlərə misal olaraq verilə bilər. Bu tədbirlər, şagirdlərə daha yüksək səviyyədə tələbələr arasında öz bacarıqlarını göstərmə imkanı verir və onları daha çox çalışmağa həvəsləndirir. Olimpiadalar və yarışlar vasitəsilə şagirdlər arasında dostluq, işbirliyi və yarışma məntiqi formalaşır, bu da onların öyrənmə prosesində daha ciddi münasibət göstərməsinə və öz potensiallarını maksimum səviyyədə göstərməsinə kömək edir. Bütün bu stimullaşdırıcı tədbirlər, təhsilalanların məktəb mühitində daha həvəslənərək, daha möhkəm bir təlim prosesi yaşamalarına yardım edir. Şagirdlər motivasiyalarını artıraraq öz potensiallarını maksimum səviyyədə istifadə edə bilərlər və öyrənmə prosesində daha məsuliyyətli münasibət göstərirlər. Əliyevaya görə bütün bunlar təhsil alanlarının daha yaxşı nəticələr əldə etmələrinə və öz potensiallarını daha yüksək səviyyədə reallaşdırmağa kömək edir.

Bunlarla bərabər, şagirdlərin nailiyyətlərini, uğurlarını məktəb rəhbərliyinin və ya sinif rəhbərlərinin onların valideynlərinə məktub vasitəsilə çatdırması, məktəb mətbuatında, məktəbin veb saytında bu barədə xəbərlərin yayılması, habelə şagirdin ailəsinə və valideynlərinin iş yerinə rəğbətləndirici məktubların yazılması, onların uğur qazanmasında rolu olan müəllimlərə də təşəkkür elan edilməsi stimullaşdırıcı tədbirlərdən hesab oluna bilər (Əliyeva S.    2022).

 Valideyn-müəllim əməkdaşlığı, təhsil alanlarının uğur qazanmasında ən güclü faktorlardan biridir. Bu əməkdaşlıq məktəbdə ən yaxşı nəticələrin alınmasına və tələbələrin potensiallarını maksimum səviyyədə istifadə etməsinə kömək edir. Anonim sorğular isə valideynlər və müəllimlər üçün məktəbdəki valideyn-müəllim əməkdaşlığının hazırkı vəziyyətini qiymətləndirmək üçün ən yaxşı yollarından biridir. Anonim sorğular, valideynlərin tələbənin davranışlarına dair müəllim qavrayışlarını, müəllimlərin məktəb və ailə ilə bağlı qavrayışlarını öyrənmək üçün effektivdir. Bu sorğular, tələbələrin tədris prosesindəki davranışlarını, təlim məqsədlərinə uyğun olaraq icra etmələrini və mövcud problemləri müəyyən etmək üçün valideynlərin müəllimlərlə rəftarından istifadə edir. Buna əsasən, valideynlər və müəllimlər, valideyn-müəllim əməkdaşlığının mövcud vəziyyətini qiymətləndirərək, tələbələrin daha yüksək səviyyədə uğur qazanmaq üçün dəstəkləyici bir mühit yarada bilərlər. Valideyn-müəllim əməkdaşlığının uğurlu olması üçün ən əsas məsələ, bir komanda kimi işləməkdir. Valideynlər və müəllimlər bir-birilərlə effektiv bir əməkdaşlıq qurmaq üçün birgə çalışmalıdır. Bu, tələbələrin məktəbdə uğur qazanmaq üçün daha böyük şanslarının olduğu ən güclü vasitədir. Valideynlər və müəllimlər əməkdaşlığın dəyərini daha da artırdıqca, bütün tələbələrin uğur qazanma potensialını dəstəkləyən bir mühit yarada bilərlər. Bu əməkdaşlıq, tələbələrin məktəbdə daha yaxşı nəticələr əldə etmələrinə və potensiallarını maksimum səviyyədə reallaşdırmağa yardım edən bir mühit yaratmağa kömək edir.(Pape, B. ;1999)

Professor Müseyib İlyasov bu barədə yazır:“Müşahidələr və həyati faktlar göstərir ki, şagirdlərin, xüsusilə ehtiyacı olan şagirdlərin müəllimlər, valideynlər və sinif rəhbərləri tərəfindən dəstəklənməsi, onlara pedaqoji dəstək verilməsi pedaqoji prosesdə həmişə öz müsbət nəticəsini göstərir” (İlyasov, 2018).

 

Nəticə

Ailə və məktəbin təhsildə birgə fəaliyyəti təhsilin məqsədlərini, formalarını və metodlarını əlaqələndirmək üçün birgə təşkil olunan fəaliyyətdir. Bu cür qarşılıqlı fəaliyyət təhsilalanda fərdi inkişafı, öyrənmə motivasiyasını, fiziki və psixi sağlamlığı, sosial uyğunlaşma üçün şəraitin yaradılmasını və qorunmasını təmin edir.


Məqalədə məktəb və valideyn əməkdaşlığının düzgün qurulmasının şagirdlərin stimullaşdırılmasına və akademik nəticələrinə birbaşa təsiri müəyyən olunmuşdur.  Müəllim-şagird arasında qarşılıqlı fəaliyyətin yaranması həm də ənənəvi olaraq məktəblə valideyn arasında əlaqələrin yeni məzmunda qurulmasına şərait yaradır. Belə əlaqələrin tədrisin orta mərhələsində təhsil alan şagirdlərinin valideynləri ilə yaradılması xüsusilə vacibdir. 


Beləliklə, şagird fəaliyyətinin stimullaşdırılması, onların təhsilə, bilik qazanmağa motivasiya edilməsi, məktəbdə intellektual mühitin yaradılması və eyni zamanda valideynlərlə düzgün əməkdaşlıq apararaq onların da bu prosesdə yaxından iştirakını təmin etmək ümumtəhsil müəssisəsinin əsas fəaliyyət sahələrindən biri olmalıdır. Məqalədəki strategiyalardan istifadə etməklə müəllimlər və valideynlər şagirdlərin daxili motivasiyasını daha da artıraraq onların dərsə olan maraqlarını təmin edə və akademik nailiyyətlərinə birbaşa təsir göstərə bilər.



Ədəbiyyat siyahısı:

1.    Əliyeva S. (2022). Pedaqoji prosesdə stimullaşdırmanın təhsilin keyfiyyətinə təsiri. Azərbaycan məktəbi. № 3(700), səh. 103–108
2.    Hüseynzadə, R.L. (2013). Məktəbdə pedaqoji prosesin təşkili. Bakı: Aktiv, 240 s
3.    İlyasov, M.İ. (2018). Müəllim peşəkarlığı və pedaqoji səriştəliliyin müasir problemləri. Bakı: Elm və təhsil, 208 s.
4.    Mehrabov, A. (2014). Pedaqoji təhsilin keyfiyyəti və onun idarə olunmasında müasir yanaşmalardan istifadənin əsas istiqamətləri. “Azərbaycan məktəbi”, №4.
5.    Altun, F., & Yazıcı, H. (2010). Öğrencilerin okul motivasyonunu yordayan bazı değişkenler. An oral presentation of International Conference on New Trends in Education and Their Implications, Antalya.
6.    Bozanoğlu, İ. (2004). Akademik Güdülenme Ölçeği: Geliştirmesi, Geçerliği, Güvenirliği, Ankara Üniversitesi Eğitim Bilimleri Fakültesi Dergisi, 37:2, 83-98

7.    Ergin, A., & Karataş, H. (2018). Üniversite Öğrencilerinin Başarı Odaklı Motivasyon Düzeyleri. Hacettepe Üniversitesi Eğitim Fakültesi Dergisi, 33(4), 868-887.
8.    Ergül, E. F. (2005). Motivasyon ve motivasyon teknikleri. Electronic Journal of Social Sciences, 4(14), 67-79.
9.    Karakaya, A., & Ay, F. A. (2007). Factors affecting the motivation of employees: A study for health employees. Journal of Celal Bayar University Institute of Social Sciences 31(1), 55-67.
10.  Nartgün, Ş. & Çakır, M. (2014). Lise öğrencilerinin akademik başarılarının akademik güdülenme ve akademik erteleme eğilimleri açısından incelenmesi. Eğitim ve Öğretim Araştırmaları Dergisi, 3(3), 379-391.
11.Vatansever Bayraktar, H. (2015). Student motivation in classroom management and factors that affect motivation. Turkish Studies, 10(3), 1079-1100. doi: http://dx.doi.org/10.7827/ TurkishStudies.7788
12. Awan, R, Noureen, G., Naz, A. (2011). A Study of Relationship between Achievement Motivation, Self concept and Achievement in English and Mathematics at Secondary level. International Education Studies, 4(3), 72–78.
13. Benabou, R., & Tirole, J. (2003). Intrinsic and extrinsic motivation. Review of Economic Studies, 70, 489-520.
14. Barakat, Z & Harz Allah, H. (2010). The Reasons for the Low Level of Academic Achievement in Mathematics at Elementary Level at Tulkarem schools. Al Queds Open University.
15. Barse, M. (2015, August 16). Schools to blame for unmotivated students. Accessed from https://sciencenordic.com/children-and-adolescents-denmark-learning/schools-to-blame-for-unmotivated-students/1421116.
16. Clark, M. H. ve Schroth, C. A. (2010). Examining Relationships Between Academic Motivation and Personality Among College Students, Learning and Individual Differences 20, 19–24. 
17. Carnegie Mellon University. (2019, November 30). Students lack interest or motivation. Accessed from https://www.cmu.edu/teaching/solveproblem/strat-lackmotivation/index.html
18. Deci, E.L. and R.M. Ryan, 2000b. Intrinsic and extrinsic motivations: Classic definitions and new directions. Contemporary Educational Psychology, 25(1): 54-67.
19. Elliott, A.J., & Dweck, C.S. (2005). Handbook of competence and motivation. New York: Guilford Press.
20. Gottfried, A.W., Gottfried, A.E., Cook, C., & Morris, P. (2005). Educational characteristics of adolescents with gifted academic intrinsic motivation: A longitudinal study from school entry through early adulthood. Gifted Child Quarterly, 49, 172-186
21. Huitt, W. (2005). Reasons for lack of motivation. Educational Psychology Interactive, 1. 
22. Muola, J. M. (2010). A Study of the Relationship between Academic Achievement Motivation and Home Environment among Standard Eight Pupils. Educational Research and Reviews, 5(5), 213-217.
23. OECD. (2005). Teachers Matter: Attracting, Developing and Retaining Effective Teachers. Paris: OECD Publishing
24. Pape, B. (1999). Involving Parents Lets Students and Teachers Win. Education Digest, 64(6), 47-51.
25. Ryan, R.M., & Deci, E.L. (2000). When rewards compete with nature: The understanding of intrinsic motivation and self reulation.pp14-54
26. Sasson, R. (2019, November 18). Lack of motivation and enthusiasm. Accessed from https://www.successconsciousness.com/lack-motivation-enthusiasm.htm.
27. Samer M. Al-Zoubi, Jordan Mohammad A. Bani Younes,, Ajloun National University, Jordan Theory and Practice in Language Studies, Vol. 5, No. 11, pp. 2262-2268, November 2015
28. Uyulgan, M.A. and N. Akkuzu, 2014. A look at the academic intrinsic motivations of prospective teachers. Educational Sciences in Theory and Practice, 14(1): 7-32.
29. Vallerand, R.J., L.G. Pelletier, M.R. Blais, N.M. Briere, C. Senecal and E.F. Vallieres, 1992. The academic motivation scale: A measure of intrinsic, extrinsic, and amotivation in education. Educational and Psychological Measurement, 52(4).
30. Vallerand, R.J., L.G. Pelletier and R. Koestner, 2008. Reflections on self-determination theory. Canadian Psychology, 49(3): 257-262.
31. Wright, J. (2011). Six reasons why students are unmotivated (and what teachers can do). Intervention Central, 1-26.
32. Wlodkowski, R. & Jaynes, J. H. (1990). Eager to Learn: Helping Children Become Motivated and Love Learning. San Francisco: Jossey-Bass Publishers.
 
 
 
 
 

 

 

 

 

 

 

 

 

 

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
“Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” adlı konfrans keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının AzEdu Azərbaycan Təhsil Portalı ilə birgə təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Naxçıvan şəhərində “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” adlı konfrans keçirilib.

Konfrans 21 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Gimnaziyada təşkil edilib.

Konfransın məqsədi təcrübə və yenilik arasındakı tarazlığı təşviq etməkdir. Bu gün gənclərin təcrübəli insanların biliklərindən bəhrələnərək yenilikçi texnologiyaların və ideyaların tətbiqində daha böyük nailiyyətlər əldə etməsi əsas inkişaf istiqamətlərindən biri kimi dəyərləndirilir. Eyni zamanda, təcrübəli şəxslərin də gənclərin enerjisindən və yenilikçi baxışlarından ilhamlanaraq öz biliklərini yeni dövrün tələblərinə uyğun inkişaf etdirmələri üçün şərait yaradılması vacibdir. Bu yanaşma pedaqoji həmrəyliyin möhkəmləndirilməsi və müasir təhsil metodlarının daha geniş tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbir təntənəli şəkildə başlayıb. Belə ki, yüksək vəzifəli şəxslər – Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa konfransda iştirak edən öz müəllimlərinə yaxınlaşaraq onlara hörmət əlaməti olaraq gül dəstələri təqdim edərək, salamlayıblar.

Konfransın rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Açılış nitqini Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov söyləyib. Nazir çıxışında təhsil sahəsindəki həmrəyliyin önəmindən danışıb.

Tədbirin digər iştirakçıları Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova və AzEdu.az təhsil portalının rəhbəri Tünzalə Abbasova nitqləri ilə çıxış ediblər.

Çıxışlarda müəllim peşəsinin cəmiyyətin inkişafındakı rolu və müasir tədris yanaşmalarının tətbiqinin əhəmiyyəti müzakirə edilib.

Naxçıvanda təşkil edilən tədbirdə rəsmi hissə başa çatdıqdan sonra Heydər Əliyev adına tam orta məktəbin və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin şagirdləri tərəfindən hazırlanan bədii proqram təqdim edilib.

Tədbir Heydər Əliyev adına tam orta məktəbin şagirdləri Amil Mahmudov, Musa Babazadə və Uğur İsmayılovun “Dağların başı qışda qar olar” mahnısının ifası ilə başlayıb. İfa zamanı onlara “Xarı bülbül” ansamblı müşayiət edib. Ardınca Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin nağara dərnəyinin üzvləri “Azərbaycan ritmi” musiqisini təqdim ediblər.

Proqram IX b sinif şagirdi və “Xarı bülbül” ansamblının solisti Uğur İsmayılovun məktəb yoldaşları ilə birlikdə səsləndirdiyi “Bayatı-Şiraz” muğamı və rəngi ilə davam edib. Bədii hissə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəqs dərnəyinin təqdim etdiyi “Cəngi rəqsi” ilə yekunlaşıb.

Konfransın əsas hissəsində müəllimlərin iştirakı ilə panel müzakirələri keçirilib. 

Moderator Pərvinə Qədimovanın rəhbərliyi ilə təşkil olunan müzakirələrdə bir sıra önəmli mövzulara toxunulub.

Çıxışın birinci hissəsində Rüstəmova Məlahət Oruc qızı – “Şagirdlərin dərsə cəlb edilməsi metodları”mövzusunda geniş müzakirə aparıb.

İkinci çıxışda Tarverdiyeva Gülxara Budaq qızı – “Sinfin idarə edilməsi modelləri” haqqında məruzə ilə çıxış edib.

Sonuncu çıxışda isə Məmmədova Rəxşəndə Mahmud qızı – “Zəif təhsil nəticəsi olan şagirdlərin göstəricilərinin yaxşılaşdırılması” mövzusundan danışıb.

Panel müzakirələri iştirakçılar arasında təcrübə və fikir mübadiləsi üçün geniş imkan yaradıb. Müəllimlərlə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa arasında keçirilən interaktiv sual-cavab sessiyası olub. Təhsil işçiləri özlərini maraqlandıran suallarla çıxış edib, müasir təhsil sisteminin inkişafı, təcrübənin tətbiqi və qanunvericilikdəki yeniliklər barədə deputatdan cavablar alıblar.

Tədbir mükafatlandırma və kollektiv xatirə fotosu ilə yekunlaşıb.

22.12.2024

badge-icon
AGMA-nın təqdimatı keçirilib
Sabunçu rayonu Rixard Zorge adına 90 nömrəli tam orta məktəbdə koordinatorlarımız Elnurə İsmayılova və Ruhanə Yaqubova tərəfindən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təqdimatı və "Təhsilverənlərin etik davranış Qaydaları və ünsiyyətin rolu", "Müasir dərsin quruluşu" mövzularında təlim keçirilib.

09.12.2024

badge-icon
“Yaşıl gələcək üçün beynəlxalq təcrübə mübadiləsi” proqramının ikinci günü
“Yaşıl gələcək üçün beynəlxalq təcrübə mübadiləsi” proqramının ikinci gününü geridə qoyduq. 
Proqram “Davamlı təhsil üçün regional əməkdaşlıqlar” mövzusu ətrafında təlimlər, vörkşoplar, qrup işləri və təqdimatlar formatında olub. 

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, AGMA-nın təşkilatçılığı, Türkiyənin Bursa Azərbaycan Həmrəylik və İnnovasiya Dərnəyinin, Gürcüstanın Gənclərin İnkişaf Mərkəzinin, Moldovanın Millenium Təlim və İnkişaf İnstitutunun tərəfaşlığı ilə keçirilir.

08.12.2024

badge-icon
“Yaşıl Gələcək üçün Beynəlxalq Təcrübə Mübadiləsi” proqramının ilk günü
“Yaşıl Gələcək üçün Beynəlxalq Təcrübə Mübadiləsi” proqramının ilk günündən olan görüntüləri təqdim edirik. 
Qeyd edək ki, Türkiyə, Moldova, Gürcüstan və Azərbaycandan olan gənc müəllim və tələbələrin iştirakı keçirilən layihənin ilk günü Göygöl Milli Parkına İnfotur təşkil edilib. İnfotur zamanı iştirakçılara bələdçi tərəfindən Milli Parkın ekoloji-mədəni elementlərindən bəhs edilib.

Daha sonra Göygöl Gənclər Evində iştirakçıların bir-birilərin daha yaxşı tanımaları üçün şəbəkələşmə fəaliyyətləri baş tutub. “Understanding Green Education” mövzusunda təlim keçirilib, iştirakçılarla yaşıl təhsilin prinsipləri və əhəmiyyəti, yaşıl təhsili siniflərdə tətbiq etməyin effektiv yolları kimi məsələlər müzakirə edilib. Sonda isə Regionda olan ortaq ekoloji problemlərlə bağlı qrup müzakirəsi baş tutub.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, AGMA-nın təşkilatçılığı, Türkiyənin Bursa Azərbaycan Həmrəylik və İnnovasiya Dərnəyinin, Gürcüstanın Gənclərin İnkişaf Mərkəzinin, Moldovanın Millenium Təlim və İnkişaf İnstitutunun tərəfdaşlığı ilə keçirilir. 

07.12.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun