Profil

Axtarış

Layihə əsaslı öyrənmənin tədris prosesində tətbiqi

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN GƏNC MÜƏLLİMLƏR ASSOSİASİYASI

 


Müəllif: Əkbərova Günay Zabil qızı
Zəngilan rayon 33 nömrəli tam orta məktəbin İngilis dili müəllimi

 

 


Layihə əsaslı öyrənmənin tədris prosesində tətbiqi

 


Layihə rəhbəri: Rüfət Əsədzadə

Supervayzer: Əminət Diqanayeva

E-mail: [email protected]

 

 

 
Xülasə. Şagirdlərin maraq göstərmədiyi, onların diqqətlərini çəkməyən dərs prosesi nə qədər akademik səviyyədə təşkil edilsə də, şagirdin bilik və bacarıq qazanması üçün əlverişli deyil. Ona görə də, tədris prosesini effektli təşkil etmək üçün şagirdlərin maraqı, onların mənafe və istəkləri nəzərə alınmalıdır. Məhz belə tədris modellərindən biri də “Layihə əsaslı öyrənmə” təlim modelidir. Bu modelin tətbiqi zamanı seçilən mövzular həyatdan götürülür, real problemi əks etdirir və bu da şagirdlərin layihəni maraqla işləməsinə səbəb olur. Həmçinin “Layihə əsaslı öyrənmə” təlim modelində şagird layihə üzərində işləyərkən əməkdaşlıq, komanda şəklində işləmək, lazımı anda qərar verə bilmə və s. bacarıqlara yiyələnirlər. 
Açar sözlər: layihə, təlimin modelləri, şagirdyönümlü yanaşma, müəllimmərkəzli yanaşma, layihə əsaslı öyrənmə, PBL
 
Giriş
 
Mövzunun aktuallığı. Tədris prosesində iştirak edən şagirdlər müxtəlif öyrənmə tiplərinə malik olduğu üçün, prosesi təşkil edən zaman diferensiallıq nəzərə alınmalıdır. Tədris prosesi nə qədər dinamik olarsa, şagirdləri dərsə cəlb etməyə yönələrsə, o qədər effektiv olar. Ona görə də, tədris prosesinin təşkili zamanı şagirdyönümlü təlimə diqqət yetirmək lazımdır. Müasir dövrdə artıq şagirdlər passiv dinləyici mövqeyində qalmağı sevmir, əksinə olaraq, dərs prosesinin mərkəzində dayanmaq, tədqiqat vasitəsi ilə bilik, bacarığa yiyələnmək daha effektli  olur. Tədqiqat vasitəsi bilik, bacarıq əldə etməyə yönələn təlim modellərindən biri də Layihə əsaslı öyrənmə təlim modelidir. 
 
Mövzunun öyrənilmə səviyyəsi: Şagirdlərin dərsə cəlb olunması ayrılıqda mövzu olaraq müxtəlif tədqiqatçıların toxunduğu mövzusu olsa da, Layihə üzərində öyrənmə metodu ayrılıqda tədqiqat predmeti olaraq tədqiqatçıların diqqətində olmamışdır.
 
Tədqiqatın məqsədi: Mövzunun araşdırılmasında əsas məqsəd şagirdlərin müxtəlifliyini nəzərə alaraq dərsi onların marağına uyğun  təşkil etməyin və onların motivasiyasının artırılması yollarını müəyyənləşdirməkdən ibarətdir.
 
Tədqiqatın predmeti: Tədqiqatın predmenti şagirdlərin passiv formada deyil, tədqiqat aparmaq vasitəsi ilə bilik bacarıq əldə etməyin yollarını üzə çıxarmaqdan ibarətdir.
 
Tədqiqatın obyekti:  Tədqiqatın əsas obyekti orta məktəb şagirdləridir.
 
Tədqiqatın elmi və nəzəri əsasları: Tədqiqatın elmi-nəzəri əsasını pedaqoji tədqiqatçıların və müəlliflərin elmi-nəzəri tədqiqatları təşkil edir.
 
Problemin elmi yeniliyi: Tədris prosesi zamanı şagirdlərin layihə üzərində tədqiqat apararaq bilik, bacarıq əldə etməsi məqalənin elmi yeniliyini xarakterizə edir. Layihə üzərində tədqiqat apararmaq müəllim-şagird arasında qarşılıqlı fəaliyyətin yaranmasına şərait yaradır. 
 
Problemin praktik əhəmiyyəti: Məqalədən gənc tədqiqatçılar, dərslərini effektli şəkildə qurmağa çalışan müəllimlər faydalana bilər.
 
Məqalədə cavabları axtarılan suallar: 

1) Təlimin təşkilinə təsir edən hansı amillər mövcuddur?

2) Layihə əsaslı öyrənmə  modeli şagirdlərə nə qazandırır?

 


Layihə əsaslı öyrənmənin tədris prosesində tətbiqi

Təlimin təşkilinin effektiv olması üçün bir neçə amil vardır ki, bunlardan ən vacibi müəllimin tədris prosesinə yanaşmasıdır. Tədris prosesində iki əsas yanaşma mövcuddur:
 1. Müəllimyönümlü (müəllimmərkəzli) yanaşma
2. Şagirdyönümlü (şagirdmərkəzli) yanaşma (Taim-Maksimum 2022)
Müəllimyönümlü modeldə şagirdlər passiv şəkildə informasiyanı qəbul edirlər. Yəni müəllim informasiyanı verir, şagirdlər isə dinləyici mövqedə olurlar. Müəllim tədris prosesinin mərkəzində dayanır,  aparıcı qüvvə olur. Müəllimyönümlü modeldə şagirdlərin bir-birini qiymətləndirməsinə və ya özünü qiymətləndirməyə üstünlük verilmir. Qiymətləndirmə yalnız müəllim tərəfindən aparılır. Belə ki, müəllimin qiymətləndirməsi şagirdi izləməyə yox,  yalnız şagird nailiyyətinin ölçülməsinə xidmət edir. Bundan əlavə tədris prosesi şagirdlərin idraki səviyyəsinə yox, müəllimin təfəkkürünə əsaslanır. Yəni tədris prosesində müəllim aparıcı mövqedə olur. Bu model şagirdlərdə fikirlərini sərbəst ifadə edə bilmək, müzakirələrdə aktiv iştirak etmək, müstəqil öyrənmə bacarıqlarını inkişaf etdirmir.
Şagirdyönümlü yanaşmada isə müəllimyönümlü yanaşmanın əksinə olaraq:
Şagirdlər aktiv dinləyicidirlər, yəni istədikləri anda müəllimə sual verə bilərlər. Şagirdlər tədris prosesinin aparıcı qüvvəsidirlər. İnformasiyanın öyrənilməsi müəllimin təfəkkürünə, hazırlıq səviyyəsinə yox, şagirdlərin fəaliyyətinə, bilik və bacarıq səviyyəsinə  əsasən müəyyənləşdirilir. Bu modeldə qiymətləndirmə yalnız şagird nailiyyətinin səviyyəsini ölçməyə yox, şagirdin inkişafını izləmək məqsədi ilə aparılır.  Belə ki, qiymət yalnız müəllim tərəfindən verilmir. Özünüqiymətləndirmə və qarşılıqlı qiymətləndirməyə önəm verilir.
Gördüyümüz kimi hər iki növün müsbət tərəfləri ilə yanaşı çatışmayan cəhətləri də mövcuddur. Ona görə də müəllim hər iki yanaşmadan dərs prosesi zamanı məqsədyönlü şəkildə istifadə etməlidir. Hətta yeri gəldikdə hər ikisini sintez də edə bilər.
Müəllimyönümlü (müəllimmərkəzli) təlim modelinin tətbiqi həm fiziki, həm də idraki cəhətdən aktiv olan şagirdlərin dərsə cəlbolunmasını çətinləşdirir. Bu şagirdlərin də dərsə cəlbolunmaları üçün müxtəlif modellərdən istifadə etmək lazımdır. Bunlardan biri də “Layihə əsaslı öyrənmə” modelidir. Layihə əsaslı öyrənmə şagirdlərin tədqiqat aparmaq vasitəsi ilə bilik, bacarıq əldə etdiyi təlim modelidir.
Layihə əsaslı öyrənmə modelində şagirdlər mövcud bilik və bacarıqlarını tətbiq etməklə yanaşı tədris boyu yeni bilik və bacarıqlar da əldə edirlər. Həmçinin bu model şagirdlərdə XXI əsr bacarıqlarını - tənqidi düşüncə, yaradıcılıq, əməkdaşlıq, ünsiyyət bacarıqları və s. formalaşdırır. Bu modeldə layihələrin hazırlanması uzun müddəti (bir neçə dərsi və ya bir yarım ili) əhatə edə bilər. Layihə əsaslı öyrənmə fənlərarası inteqrasiyanı özündə əks etdirən modeldir. (3)
Layihə həm də qiymətləndirmə vasitəsi kimi də istifadə oluna bilər. Bu model əzbərçiliyə yox, tətbiqə yönələn bir modeldir. Burada məqsəd şagirdlərin bilik və faktları yalnız məlumat  kimi yadda saxlamaqdan daha çox öyrəndiklərini lazımı məqamda istifadə edə bilmələrini təmin etməkdir. Layihə işi, adətən, komanda şəklində aparılır, proses zamanı informasiya toplamaq və emal etmək üzərində iş gedir, araşdırmalar aparılır və s. Bununla da şagirdin tənqidi təfəkkür, problem həlletmə, ünsiyyət və əməkdaşlıq və s. bacarıqları formalaşır.
Layihə əsası öyrənmə modelinin özünəməxsus xüsususiyyətləri mövcuddur:
● Mövzu seçilərkən şagirdlərin bilik, bacarıq və yaş səviyyəsi nəzərə alınmalıdır. Belə ki, şagirdlərin səviyyəsi nəzərə alınmadıqda seçilən mövzu şagirdlərin maraqlarına uyğun olmur və belə olduqda da layihə üzrə iş istənilən nəticəni vermir.
● Layihə üzrə iş zamanı şagirdlər tədqiqat aparmalıdırlar. Tədqiqat  aparılarkən şagirdlərin təhliletmə, araşdırma dəyərləndirmə bacarıqları formalaşır.
● Real həyati problemlərin həlli şagirdlərin marağına səbəb olur. Ona görə də, layihənin mövzusu real həyatdan götürülməlidir ki, şagirdlər ona maraqla yanaşsınlar və lazım olan bilik, bacarığa yiyələnsinlər. 
● Layihə iştirakçıları prosesin gedişatını müntəzəm olaraq nəzarətdə saxlayır, bir-birlərinin işlərini konstruktiv formada dəyərləndirilər. Bu dəyərləndirmə layihə işinin inkişafı və yüksək nəticlənməsi üçün vacib amillərdəndir.
● Proses zamanı şagirdlər və müəllimlər daimi əməkdaşlıq halında olmalıdırlar və müntəzəm olaraq layihənin səmərəliliyi, qarşılaşdıqları çətinliklər, onları necə həll edəcəkləri ilə bağlı müzakirələr aparmalıdırlar.
● Layihə iştirakçıları öz layihələrinn təqdimatında vizuallığa xüsusi diqqət yetirməlidirlər, öz layihələrini, qrafiklərlə, diaqram və təsvirlər formasında elektron şəkildə təqim etməlidirlər.  
● Mövzunun plagiatlılığı mütləq yoxlanılmalıdır. Əgər işlənmiş mövzuya müraciət edilibsə ona yeni yanaşma nümayiş etdirmək mütləqdir. 
Layihə əsaslı öyrənmənin tətbiq edərkən yönəldici suallar vasitəsi ilə şagirdlər layihə üzərində işləmək üçün müxtəlif resurslara yönəldilir, araşdırmalar aparılır, ortaya qoyulan real, həyati problemə həll yolu tapılaraq təqdimat edilir. Təqdimat edərkən vizuallığa diqqət etmək lazımdır. (John Larmer 2015)
Layihələri hazırlayarkən şagirdlər bir neçə mərhələdən keçirlər:
● Şagirdlərə mövzunu müəyyənləşdirmək üçün zaman verilir. Şagirdlər mövzu seçərkən diqqət etməlidirlər ki, mövzu həyatdan götürülsün və müəyyən bir problemi özündə ehtiva etsin. İnsan özünə maraqlı olan işlə məşğul olmağı sevdiyindən, müəllimlər şagirdləri mövzu  seçərkən hər hansısa mövzuya məcbur etməməlidirlər. Müəllim, sadəcə, yönəldici, fasilitator mövqeyində çıxış etməlidir.
● Mövzunun adının müəyyənləşdirildiyi vaxtdan layihə başa çatanadək müəllim daima yönəldici mövqedə olmalıdır, iş zamanı şagirdlərin qarşılaşdığı çətinlikləri aradan qaldırmaqda kömək etməlidir. Həmçinin şagirdlə layihə boyu mütəmadi olaraq əməkdaşlıq edilməlidir. Layihənin hazırlanması zamanı yalnız bir müəllimlə deyil, bir neçə müəllimlə, hətta mövzudan asılı olaraq bir neçə peşə sahibləri ilə də əməkdaşlıq etmək mümkündür.
● Şagirdlərdə əməkdaşlıq, liderlik bacarıqlarının formalaşması üçün şagirdlər komanda işinə cəlb edilməlidirlər. 
● Layihənin uğurlu olub olmadığını müəyyən etmək üçün təqdimatdan əvvəl sınaqdan keçirmək lazımdır ki, mövcud olan və yarana biləcək problemləri aradan qaldırmaq mümkün olsun.
● Yuxarıda da bildirmişdik ki, layihələrin təqdimatı zamanı vizuallığa xüsusi önəm verilir. Bunun üçün də İKT bacarıqlarına sahib olmaq mütləqdir ki, hazırlanan layihəni elektron şəkildə təqdim etmək mümkün olsun.
 
Nəticə
Tədris prosesində aktiv şagirdləri nəzərə alaraq Layihə əsaslı öyrənmə metodundan istifadə etmək onlar üçün də bu prosesi maraqlı və effektiv edir. Çünki Layihə əsaslı öyrənmə metodunda şagirdlər tədqiqat aparaq bilik, bacarığa yiyələndikləri üçün əldə etdikləri daha yaxşı mənimsənilir. 
Unutmaq lazım deyil ki, tədris prosesində layihələrin hazırlanması ilə layihə əsaslı öyrənmə eyni deyil. Tədris zamanı layihələrin reallaşdırılması şagirdlərdə bilik və bacarıqlar formalaşdırılandan sonra tətbiqetmə məqsədi ilə verilir. Layihə əsaslı öyrənmədə layihəni reallaşdırarkən qarşıya qoyulan bilik və bacarığa yiyələnilir. 
 
Bioqrafiya
Mən Əkbərova Günay Zabil qızı 2006-2010-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində İngilis dili müəllimliyi ixtisasını Fərqlənmə diplomu ilə bitirmişəm.
Sumqayıt Dövlət Universitetini 2011-2016-cı illərdə Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını Təşəkkürnamə ilə bitirmişəm.
Sumqayıt Dövlət Universitetində 2017-2019 Magistratura səviyyəsində Ədəbiyatşünaslıq ixtisası üzrə təhsil almışam.
Bakı Dövlət Universitetində 2020-ci ildən Doktorantura təhsili alıram.
İş haqqında məlumat: 
Zəngilan Rayon 4 saylı Tam orta məktəbi, 4il İngilis dili müəllimi
Azərbaycan Respublikası Təhsil Nazirliyi və XXI əsr Beynəlxalq  Təhsil və İnnovasiya  Mərkəzi MMC 4 il Kurikulum təlimçisi
Zəngilan Rayon 33 saylı tam orta məktəbi     2015-bugünədək İngilis dili və Azərbaycan dili və ədəbiyyat muəllimi
“TG Academy” tədris mərkəzi 2018-bugünədək Direktor
 Dövlət İmtahan Mərkəzi 2018- ci ildən İngilis dili üzrə marker müəllim
British Counsil  Learning Hub Coordinator (Təlim və Resurs mərkəzinin    koordinatoru), 
TAG Facilitator (Müəllimlərin Fəaliyyət Qrupunun Fasilitatoru) 2019-bugünədə Kordinator,
Müəllimlərin Fəaliyyət Qrupunun Fasilitatoru
“Azərbaycan Gənc Müəllimlər Assosiasiyası” 2022- bugünədək Regional kordinator
“Gənc Xarici dil müəllimləri” birliyi 2022-ci ildən bugünədək  Sədr
 
Müəllifi olduğu vəsaitlər
Lüğət. English. Müəllimlər və buraxılış imtahanlarına hazırlaşanlar üçün“Mücrü” nəşriyyatı 2022
Kür və Araz. İngilis dili 1-ci sinif. Tests and Exercises  “Bahar” nəşriyyatı 2022
Kür və Araz. İngilis dili 2-ci sinif. Tests and Exercises  “Bahar” nəşriyyatı 2022
Kür və Araz. İngilis dili 3-cü sinif. Tests and Exercises  “Bahar” nəşriyyatı 2022
Kür və Araz. İngilis dili 4-cü sinif. Tests and Exercises  “Bahar” nəşriyyatı 2022
 
Ədəbiyyat
1. April Smith. Project Based Learning Made Simple (2018) page 57-59
2.  John Larmer, John Mergendoller, Suzie Boss. Setting the Standard for Project Based Learning (2015) page 35-38
3. https://www.bu.edu/ctl/guides/project-based-learning/
4. https://www.pblworks.org/what-is-pbl
5. https://www.powerschool.com/blog/project-based-learning-benefits-examples-and-resources/#:~:text=Project%2Dbased%20learning%20(PBL),face%20in%20the%20real%20world.
6. https://www.prodigygame.com/main-en/blog/project-based-learning/
7. https://www.structural-learning.com/post/project-based-learning
8. Taim-Maksimum (2022) “Təhsil Nəşriyyat – Poliqrafiya” səh. 66-69
 
 

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının BƏYANATI
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır.

Məktəb bilik və bacarıqların formalaşdırıldığı məkan olmaqla yanaşı, uşaqların şəxsiyyət kimi inkişaf etdiyi, sosial münasibətləri mənimsədiyi və məsuliyyət hissinin formalaşdığı mühüm tərbiyə ocağıdır. Bu baxımdan məktəbdə tətbiq olunan qaydalar, o cümlədən geyim tələbləri vahid yanaşmanın təmin edilməsinə, nizam-intizamın qorunmasına və təhsilalanlar üçün bərabərhüquqlu təhsil mühitinin yaradılmasına xidmət edir.

AGMA hesab edir ki, geyim qaydalarının düzgün və uğurlu tətbiqi məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin və şagirdlərin qarşılıqlı əməkdaşlığını tələb edir. Bu məqsədlə qaydaların mahiyyəti və tətbiq mexanizmi aydın izah edilməli, yaranan suallar qarşılıqlı hörmət, anlayış və açıq dialoq əsasında müzakirə olunmalıdır. Məktəb rəhbərləri və müəllimlər qaydaların izahı və tətbiqi zamanı peşəkar, vahid və həssas yanaşma nümayiş etdirməli, şagirdlərin ləyaqətinin və hüquqlarının qorunmasını əsas tutmalıdırlar. Valideynlərin də narahatlıqlarını konstruktiv dialoq çərçivəsində ifadə etmələri, məsələyə qüvvədə olan normativ hüquqi aktların tələbləri əsasında yanaşmaları xahiş olunur
.
Müəllimlərin peşəkar davranışı və xarici görünüşü də məktəbdə formalaşan ümumi mühitin bir hissəsidir. Müəllim öz davranışı, ünsiyyət mədəniyyəti, məsuliyyəti və geyimi ilə peşəkar mövqeyini nümayiş etdirməli, şagirdlərə nümunə olmalıdır.

AGMA bir daha bəyan edir ki, məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunması vacibdir. Bu prosesdə bütün tərəflərin məsuliyyətli davranışı, qarşılıqlı hörmət və əməkdaşlıq əsas şərtlərdir.

15.10.2026

badge-icon
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” və Təhsil TV-nin media dəstəyi ilə “Məktəbəqədər təhsil: Keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” adlı konfrans keçirilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas binasında təşkil olunan tədbir məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqların hərtərəfli inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və bu sahənin gələcək inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub.

Konfransda məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər, məktəbəhazırlıq qruplarında fəaliyyət göstərən ibtidai sinif müəllimləri, eləcə də icma əsaslı məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək məktəbəqədər təhsilin uşaqların şəxsiyyət kimi formalaşmasında, onların sosial, emosional və idraki bacarıqlarının inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, məktəbəqədər təhsildə keyfiyyətli başlanğıcın təmin olunmasının gələcək təlim nəticələri baxımından vacibliyini qeyd edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova çıxışında məktəbəqədər təhsilin ümumi təhsil sistemindəki əhəmiyyətinə toxunub, uşaqların inkişafını dəstəkləyən keyfiyyətli təhsil mühitinin formalaşdırılmasının və müasir yanaşmaların tətbiqinin vacibliyini diqqətə çatdırıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov isə çıxışında təhsildə keyfiyyətin təmin olunmasının əhəmiyyətini vurğulayaraq məktəbəqədər təhsil sahəsində keyfiyyət meyarlarının qorunmasının, təhsil prosesinin davamlı təkmilləşdirilməsinin və uşaqların inkişafına yönəlmiş yanaşmaların tətbiqinin vacibliyini qeyd edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxışında məktəbəqədər təhsil sahəsində çalışan təhsil işçilərinin əməyinin və peşəkar fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O, təhsil işçilərinin peşəkar inkişafının dəstəklənməsinin, onların fəaliyyətinə lazımi şərait yaradılmasının təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını qeyd edib.

Konfrans çərçivəsində məktəbəqədər təhsilin aktual məsələlərini əhatə edən iki panel müzakirəsi təşkil olunub.

İlk panel “Məktəbəqədər təhsildə uşağın inkişafı: oxuyub-anlama, məktəbə hazırlıq və istedadın üzə çıxarılması” mövzusuna həsr edilib. Panel zamanı erkən yaşlarda oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi, uşaqların məktəb həyatına səmərəli hazırlanması, eləcə də onların fərdi potensialının və xüsusi istedadlarının vaxtında müəyyənləşdirilməsinin əhəmiyyəti müzakirə olunub.

Müzakirələrdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev və Bakı Şəhəri Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova çıxış ediblər.

İkinci panel “Məktəbəqədər dövrdə uşağın inkişafı: davranış, media savadlılığı və inklüziv mühit” mövzusunu əhatə edib. Paneldə uşaqların davranış xüsusiyyətləri və onların səbəbləri, erkən yaşlardan media savadlılığının formalaşdırılması, eləcə də inklüziv təhsil mühitinin yaradılmasında valideynlərin rolu ətrafında fikir mübadiləsi aparılıb.

Panelin müzakirələrində uşaq psixiatrı Ramil Hüseynzadə, marketinq strateqi, ¼ Agency-nin həmtəsisçisi və Le Hashim Edu təhsil platformasının təsisçisi Le Hashim, həmçinin valideyn Nuranə İsmayılova iştirak ediblər.

Tədbirin bədii hissəsində Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Konfrans çərçivəsində, həmçinin iştirakçılar arasında viktorina təşkil olunub, qaliblər mükafatlandırılıb.

Konfrans məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsi, uşaqların inkişafına dair müasir yanaşmaların müzakirəsi və təhsil işçiləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli platforma olub. Tədbir kollektiv foto çəkilişi ilə başa çatıb.

03.10.2026

badge-icon
“Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib
Azərbaycan Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” qəzetinin media dəstəyi ilə “Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” adlı konfrans keçirilib.

Konfransın əsas məqsədi yeni tədris ilinin sistemli və keyfiyyətli şəkildə, müasir pedaqoji yanaşmalar əsasında təşkilinə dəstək olmaq, təhsil ictimaiyyətinin müxtəlif nümayəndələrini bir araya gətirərək məktəbdə keyfiyyətli başlanğıc üçün vacib olan məsələləri müzakirə etmək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılış nitqi ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edib. Tədbirin proqramı çərçivəsində tədris prosesinin keyfiyyətinin artırılması, öyrənmə nəticələrinin izlənilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, dərs prosesinin müşahidəsi və müasir tədris yanaşmalarının tətbiqi ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mehriban Vəliyeva da çıxış edib. Çıxışı zamanı o, yeni tədris ilinin uğurlu başlanması üçün təhsil prosesində keyfiyyətin davamlı şəkildə artırılmasının, müəllimlərin peşəkar inkişafının və müasir tədris yanaşmalarının tətbiqinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, məktəb mühitinin inkişafı və təhsil iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

Konfransın əsas mövzularından biri “Öyrənməni dəstəkləyən qiymətləndirmə: nəticələrin izlənilməsi və inkişaf üçün məlumatdan istifadə” olub.Mövzu ilə bağlı Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva təqdimatla çıxış edib. Təqdimat zamanı öyrənmə nəticələrinin izlənilməsi, əldə olunan məlumatların təhlili və həmin məlumatlardan şagirdlərin inkişafının dəstəklənməsi məqsədilə səmərəli istifadə olunması məsələlərinə diqqət yetirilib. 

Konfrans çərçivəsində “Dərsdinləmə: Tədrisin keyfiyyətinin müşahidəsi, təhlili və inkişafı” mövzusunda təqdimat da keçirilib. Mövzu üzrə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Balayeva çıxış edib. Təqdimatda dərsin müşahidəsi və təhlili, dərsdinləmə prosesinin məqsədləri, eləcə də əldə olunan nəticələrin tədrisin keyfiyyətinin inkişafına yönəldilməsi məsələləri diqqət mərkəzində olub.

Konfransın yekun hissəsində “Fəndən bacarığa: Azərbaycan dili, riyaziyyat və həyat bilgisi/təbiət fənlərinin tədrisində müasir yanaşmalar” mövzusunda panel müzakirəsi təşkil olunub.

Panelə Sumqayıt şəhər 32 nömrəli tam orta məktəbin direktoru Fəzilə Mahmudova moderatorluq edib.

Müzakirədə spiker qismində Abşeron-Xızı Regional Təhsil İdarəsinin direktor müavini Aynur Rüstəmova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Metodik xidmətin proqramları və standartları şöbəsinin müdiri Afərin Əkbərli, Bakı Mühəndislik Universitetinin Qida və biotexnologiya kafedrasının dosenti, dərslik müəllifi Elşad Yunusov iştirak ediblər.

Panel müzakirəsi zamanı Azərbaycan dili, riyaziyyat və həyat bilgisi/təbiət fənlərinin tədrisində müasir yanaşmalar, biliklərin bacarıqlara çevrilməsi, şagirdyönümlü təlimin təşkili və tədris prosesinin daha səmərəli qurulması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində təqdim olunan mövzular və aparılan müzakirələr yeni tədris ilinin daha keyfiyyətli və səmərəli təşkili, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və məktəbdə müsbət öyrənmə mühitinin formalaşdırılması istiqamətində faydalı fikir mübadiləsi üçün imkan yaradıb.

Tədbirin sonunda konfransda iştirak edən qonaqlara, müəllimlərə və dəyərli fikirlərini bölüşən spikerlərə təşəkkür bildirilib. Konfrans iştirakçıların birgə foto çəkdirməsi ilə yekunlaşıb.

19.09.2026

badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlərin 2-ci günü keçirilib
9 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin və məktəb rəhbərlərinin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin, eləcə də məktəb rəhbərlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris və idarəetmə strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik, analitik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirmək olub.

İbtidai sinif müəllimləri üçün “Riyazi bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı riyazi savadlılığın əsas komponentləri, problem həlli strategiyaları və məntiqi düşünməni inkişaf etdirən fəaliyyətlər nəzərdən keçirilib. Həmçinin gündəlik həyatla əlaqələndirilmiş riyazi tapşırıqların hazırlanması və onların tədris prosesində tətbiqi ilə bağlı praktik yanaşmalar təqdim olunub.

Azərbaycan dili müəllimləri üçün “Oxu prosesində interaktiv təlim strategiyaları: şagirdin mətni anlamasından düşünməsinə” mövzusunda təlim təşkil edilib. Təlim çərçivəsində oxu prosesində interaktiv strategiyalardan istifadə, mətnəqədər, mətn zamanı və mətnsonrası fəaliyyətlərin təşkili, əsas və köməkçi informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma, sualvermə və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində metodiki yanaşmalar və praktik fəaliyyətlər həyata keçirilib.

İngilis dili müəllimləri üçün “Dinləyib-anlama və oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı dinləmə və oxu prosesində əsas informasiyanın müəyyənləşdirilməsi, məzmunun təhlili və şərhi, nəticə çıxarma, kontekstdən istifadə və anlama bacarıqlarının inkişafına yönəlmiş strategiya və fəaliyyətlər təqdim edilib.

Məktəb rəhbərləri üçün “Tədrisin keyfiyyətinin idarə edilməsi və müəllimlərin peşəkar inkişafı” mövzusunda təlim Fəzilə Mahmudova tərəfindən keçirilib. Təlimdə tədrisin keyfiyyətinin qiymətləndirilməsi və monitorinqi, müəllim fəaliyyətinin inkişafyönümlü dəstəklənməsi, peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, məktəbdaxili əməkdaşlıq və davamlı peşəkar inkişaf mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.

Təlimlər interaktiv metodlar, müzakirələr və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris və idarəetmə prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub, real tədris situasiyaları üzərindən praktik nümunələr müzakirə edilib.

Qeyd edək ki, ibtidai sinif, Azərbaycan dili və ingilis dili təlimləri müvafiq olaraq təlimçilər Ülviyyə Ələkbərova, Ülvi Osmanlı və Babək Rzazadə tərəfindən keçirilib.

Keçirilən təlimlər müəllimlərin və məktəb rəhbərlərinin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris və idarəetmə yanaşmalarından istifadənin genişləndirilməsinə və təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

AGMA tərəfindən müəllimlərin və təhsil rəhbərlərinin peşəkar inkişafına dəstək məqsədilə bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

10.09.2026

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun