AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN GƏNC MÜƏLLİMLƏR ASSOSİASİYASI
Müəllif: Nadirova Vüsalə Beybala qızı
Bakı şəhəri Binəqədi rayonu 182 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
Professional öyrənmə qrupları: müəllimlərin qarşılıqlı əməkdaşlığının tədrisin keyfiyyətinə təsiri
Layihə rəhbəri: Rüfət Əsədzadə
Supervayzer: Əminət Diqanayeva
Xülasə
XXI əsr insanına lazım olan əsas bacarıqlardan biri də əməkdaşlıq bacarığıdır.Həyatımızın bütün sahəsində olduğu kimi təhsildə də bu bacarığa malik olmaq bir pedaqoq kimi çox vacibdir. Hal-hazırki dövrdə ölkəmizdə ən prioritet məsələlərdən biri də müəllimlərin inkşafıdır.Əməkdaşlıq şəraitində işləmək istər müəllim istərsə də məktəbin inkşafında mühüm amillərdən biridir.Məhz Professional Öyrənmə qrupları məktəblərdə müəllim birliyi əsasında formalaşan bir proses olduğu üçün əsas məqsədi təhlil və məlumatlara əsaslanan strategiyalar vasitəsi ilə şagird nailiyyətlərinin artırılmasıdır.Həmçinin Professional Öyrənmə Qrupları məktəblərdə sağlam məktəb mədəniyyəti yaradır ,çünki onlar məqsədə çatmaq üçün birlikdə çalışırlar. Məqalədə Professional Öyrənmə qruplarının yaranması ,əməkdaşlığa mane olan səbəblər və qrupun şagird nailiyyətində rolu araşdırılıb. Tədqiqat metodu olaraq ədəbiyyat analizindən istifadə olunub.
Açar sözlər: Professional öyrənmə qrupları,əməkdaşlıq,peşəkar inkşaf,şəxsi inkşaf,müəllim peşəkarlığı
Giriş
Müəllimlərin ən böyük vəzifələrindən biri səmərəli öyrətməkdir.Biz mütəmadi olaraq konfrans və seminarlarda iştirak edir,pedaqoq kimi inkişaf etmək üçün dərslər alırıq.Məqalənin önəmi Peşəkar İnkşaf Qruplarının müəllimlərin öyrənmələrində olan rolunu araşdırmaqdır. .Əməkdaşlıq icmaları müəllimlərə özgüvən motivasiya verir.Qruplar vasitəsi ilə müəllimlər bir-birindən öyrənir,təcrübələrini paylaşır və daha yüksək templə inkşaf edirlər.Daha keyfiyyətli əməkdaşlıq edən məktəblər və müəllimlər riyaziyyat və oxumaqda daha yüksək nəticə göstərirlər.Yüksək səviyyəli əməkdaşlıq edən məktəblərin yüksək səviyyəli şagird nailiyyətləri olur.Şener (1997 s.17) əməkdaşlığı “bir tapşırığı yerinə yetirmək və ya son məqsədə çatmaq prosesində nəticəyə müsbət təsir edə biləcək düşünülə bilən insanlarla birlikdə hərəkət etmək və kömək etmək”olaraq təyin edir.Müəllimlər arasında peşəkar əməkdaşlıq müəllimlərin təhlil və peşəkar təcrübələrinə müsbət təsir edir.Bu qarşılıqlı işlədikləri şagirdlərin , komandaların və məktəblərin nəticələrini yaxşılaşdıran sistemli bir proses kimi müəyyən edilir.Ədəbiyyata nəzər saldıqda son 30 ildə müəllim peşəkarlığı ilə araşdırmaların artdığı və geniş vüsət aldığı görünür.Müəllim peşəkarlığına maraq İngiltərə,Amrika ,Kanada və Avstraliya alimləri tərəfindən yarandıqdan sonra digər ölkələrdə də tədqiqat mövzusu kimi diqqəti cəlb etməyə başladığı görünür.(Ekiz 2003)
Son PİSA tətbiqlərində müəllimlərin peşəkar mənada bir-birləri ilə qurduğu əməkdaşlıq fəaliyyətləri Asiyada (xüsusilə Şanxay,Cənubi Koreya) müəllimlərin uğurunun sirri kimi göstərilir.Bir çox şərqi Asiya ölkələrində yaxşı çıxış edən müəllimlərdən maksimum yararlanmaq üçün peşəkar əməkdaşlığı təkminləşdirmək üçün modellər mövcuddur (Schleicher 2011).
Məqalədə cavab axtarılan suallar bunlardır:
1)Peşəkar öyrənmə icmaları nədir?
2)Peşəkar öyrənmə icmalarını effektiv edən nədir: Effektiv əməkdaşlıq qruplarını yaratmaq və inkşaf etdirmək üçün hansı proseslərdən istifadə olunur?
3)Peşəkar öyrənmə icmaları şagird nəticələrinə necə təsir edir?
4)Peşəkar öyrənmə icması müəllim - məktəb münasibətinə necə təsir edir?
Araşdırmada müxtəlif ədəbiyyatlar vasitəsi ilə məktəblərdə qurulan peşəkar öyrənmə qrupları və onların fəaliyyətləri təhlil edilir.
Ədəbiyyatın təhlili
Başaran (1994) bildirir ki,bir peşə mənsubunun öz peşəsində uğur qazanması və məmnuniyətlə çalışması üçün peşənin tələblərinə inanması,bunları bilməsi və tətbiq etməsi məcburidir.Bu kontekstə müəllimlər öz peşələrinin tələblərini peşəkarcasına yerinə yetirmələri vacibdir.Peşəkarlıq geniş mənada insanın öz peşəkar inkşafı və yüksəlişi üçün məsuliyyət daşıması kimi müəyyən edilə bilər.Xüsusi ilə insanın öz sahəsindəki inkşafdan xəbərdar olması və bu inkşafla nümunəvi təcrübələr əldə edə bilməsi deməkdir (Shantz and Prieur 1996).Müəllimlik peşəsində peşəkarlıq müəllimlərdən davamlı olaraq öyrənməyə imkan verəcək tədqiqtçılar kimi çıxış etməyi tələb edir.(Kincheloe,2004)
Əməkdaşlığın müəyyən edilməsi çətin anlayışlardan biridir.Əməkdaşlığı qurmağa çalışmaq mükəmməl bir sferanı meydana gətirən üç ölçülü taxta tapmacalardan birini həll etməyə çalışmaq kimidir (Friend and Cook,1990).Ümumiyyətlə əməkdaşlıq ümumi məqsədə doğru işləyərkən könüllü olaraq birgə qərar qəbuletmə proseslərində iştirak edən ən azı iki həmyaşıdın birbaşa qarşılıqlı əlaqə tərzi kimi müəyyən edilə bilər (Friend and Cook,1992).Bundan əlavə işçilər arasında əməkdaşlıq praktiki məsləhət,sosial və emosional dəstək və fikir mübadiləsi kimi imkanlar yaradır(Aliakbari and Sadeghi, 2022).Əməkdaşlıq bugünki məktəblərin ayrılımaz hissəsinə çevrilib və əməkdaşlıq effektiv təhsil təcrübələri və uğurlu məktəb mədəniyyəti üçün vacib töhvə verir.Bəzi müəllimlər nailiyyətləri yüksəltmək,şagird işini yoxlamaq yollarını müzakirə etmək üçün tez tez görüşdüklərini bildirirlər.Həmkarlarına rəy bildirmək üçün müşahidə apardıqlarını bildirirlər.Əməkdaşlığın başqa bir növündə isə məktəblərin təkmilləşdirilməsi üçün aparılırdı.Araşdırmalar həm də göstərir ki,məktəb və müəllim xüsusiyyəti qarşılıqlı münasibətə təsir göstərir.Məsələn,Louis ,Marks və Kruse (1996)aşkar etmişdilər ki,ibtidai məktəb və daha çox qadın müəllimi olan məktəblərdə əməkdaşlıq və “professional icma” səviyyəsi daha yüksəkdir. Çikaqo ibtidai məktəblərində aparılan araşdırma da Bryket al.(1999) peşəkar birliyi asanlaşdıran ən mühüm xüsusiyyətlərdən biri neçəsi: kiçik məktəb ölçüsü,güclü direktor rəhbərliyi və müəllimlər arasında sosial inamdır.
Müəllimlər çalışdıqları məktəblərdə məktəb idarəediciləri və digər işçilərlə birlikdə ortaq bir mədəniyyət formalaşdırsalar iş birliyinə və uğura töhvə verəcəklər (Çevik və Köse 2017). Müəllimlərin həmkarı ilə əməkdaşlıq etməsinin zəruriliyik olduğunu bildirən Bryk və Schneider ( 2002)bunu səbəbi kimi şagirdlərin təhsil imkanlarının artırılmasında müəllim əməkdaşlığının təsirli olduğunu açıqlamaqdadır.Effektiv müəllimlərin xüsusiyyətlərini araşdıran Cumming və Owen (2001)tərəfindən edilən işdə həmkarı ilə işbirliyi içərisində işləyən müəllimlərin innovativ səviyyələri daha yüksək olduğu üzə çıxmışdır.Müəllimlərin sahib olması bacarıqlara dair Müəllimlərin Etik davranış Qaydalarında əməkdaşlıq etmənin önəmindən danışmışdır.
Bakioğlu(2013) öz araşdırmasında vurğulayır ki,məktəb rəhbərləri müəllim əməkdaşlığını yaxşılaşdırmaq üçün imkanlar yaratmalıdır.Bu mövzuda başqa bir araşdırmada Gökçe (2000) idarəçilərin müəllimləri dəstəkləyərək onları əməkdaşlığa təşviq etməsi vurğulanır.Cerit(2009) müəllimlərin təhsil tədris prosesində üzləşdiyi çətinliklərin aradan qaldırılmasında həmkarlarının yaxşı təcrübələrinə yiyələnmənin vacib olduğunu qeyd edir və bu vəziyyətin müəllimlər arasında əməkdaşlığı yaxşılaşdırdığını bildirir.Stolp(1994) öz araşdırmasında belə nəticəyə gəldi ki,güclü məktəb mədəniyyəti müəllimlərin həmkarları ilə əməkdaşlığını artırır.
Müəllimlərin həmkarları ilə əməkdaşlıq etməsinin önəmini incələyən müxtəlif araşdırmalar mövcuddur.(Cerit 2009, Kelchetermans 2006, Özkan və Arslantaş 2013, Taşkaya 2012)Bu araşdırmalardan biridə OECD və TALİS araşdırmasıdır.Araşdırmada təhsildə inkşaf edən ölkələrdən biri olan Finlandiyada bu inkşafın ən önəmli faktorlarından biri də müəllim əməkdaşlığını göstərmişdilər.
Müəlimlərin əməkdaşıq etməsi məktəbin məqsədinə çatması ərəfəsində önəmli təsirə malıikdir.Təhsil prosesində müəllimlərin əsas vəzifələrindən biri də məhz həmkarı ilə əməkdaşlıq etməsidir (Şişman 2011).Həmkarla edilən iş birliyi müəllimlərin peşəkar mənada inkşafına töhfə verir (Darling-Hammond və McLaughlin 2011). Müəllim əməkdaşlığı ünsiyyəti gücləndirməklə yanaşı müəllim səmərəliliyini artırmaqdan başqa şagird öyrənməsində müsbət təsirini və peşəkar həmrəyliyi həyata keçirən peşəkar inkşafı təmin edir.
2.Peşəkar inkşaf qrupları necə fəaliyyət göstərir?
Yıldız və başqaları Profesyonel Öğrenme Toplulukları olarak Zümreler Öğretmen Rehber Kitabında Peşəkar İnkişaf Qruplarının aşağıdakı 3 vacib ideya əsasında fəaliyyət göstərməli olduğunu qeyd edirlər.
1.Öyrənməyə diqqət
2.Əməkdaşlıq
3.Nəticəyə diqqət
1. Öyrənməyə diqqət: Şagirdlərin öyrənmə qabiliyyətinin inkşafı və zənginləşdirilməsi qrupun diqqət mərkəzində olmalıdır.Qruplar “Hər bir şagird öyrənə bilər” ideyası ilə hərəkətə keçir.Məqsədə çatmaq üçün müəllimlər:
· Hər bir şagirdin nəyi öyrənməli olduğunu dəqiqləşdirməli;
· Şagirdlərin öyrənməsini artırmaq üçün öz tədris strategiyalarını zənginləşdirməli;
· Hər bir şagirdin fəaliyyətini vaxtında izləyib qiymətləndirməli;
· Şagirdlərin çətinlik çəkdiyi zaman öyrənmələri üçün əlavə vaxt və dəstək verməli,sistemli müdaxilələri təmin etməli;
· Tədris olunan mövzu mənimsənildikdə öyrənməni genişləndirib zənginləşdirməli;
· Şagirdlərə öyrənməyə kömək etməkdə daha effektiv olmaq üçün müəllim öyrənməyə və daha peşəkar şəkildə inkşaf etməyə davam etməlidir.
Əməkdaşlıq: Qruplar “Əməkdaşlıq yolu ilə müəllimlər təkbaşına bacardıqlarından daha çox şeyə nail olurlar “prinsipinə əsaslanırlar.Əməkdaşlıq şagirdin öyrənməsi üçün məsuliyyətin bölüşdürülməsi mexanizmini və bu ümumi məqsədə doğru birlikdə işləmək üçün bir vasitə təmin edir.Qrupları təşkil edən müəllimlər təlim məqsədlərinə nail olmaq üçün birlikdə işləmələri olduqlarını bilirlər.Əməkdaşlıq- müəllimlərin sinif təcrübələrini effektiv etmək şagirdlər üçün daha yaxşı təlim nəticələrinə gətirib çıxarmaq üçün birlikdə işlədiyi sistematik prosesi təmsil edir.Əməkdaşlıq çətin işdir.Bu vaxt təcrübə və məsuliyyət tələb edir.Əməkdaşlıq müəllimlərin müəyyən fasilələrlə bir araya gələrək görüşlər keçirməsi ilə məhdudlaşmır.Əməkdaşlığın uğurlu olması üçün keçirilən görüşlərin konkret mövzusu ,ölçülə bilən olması və konkret fəaliyyətlə nəticələnməsi lazımdır.Bu vaxt və əzm tələb edir.Müəllimlərin tədris haqqında danışması,tədris təcrübələri haqqında rəy əldə etməsi,dərsləri birlikdə tərtib etməsi,bir-birini öyrətməsi və bir birindən öyrənmək üçün əməkdaşlıq etməsi şagirdin öyrənməsini və məktəb uğurunu artıracaq.Bu baxımdan müəllimlər tədris ili ərzində müntəzəm olaraq üzbəüz və ya onlayn görü.mək üçün vaxt ayırmalıdırlar.Tədris ilinin əvvəlində bu vaxtdan necə istifadə edəcəklərini səmərəli və sistemli şəkildə planlaşdırmalıdırlar.
Nəticələrə diqqət: Təbii ki,müəllimlərin bütün təşəbbüsləri sonda aldıqları nəticələrə görə qiymətləndirilir.Bu səbəbdən qruplar şagirdlərin hərtərəfli inkşafı ilə bağlı nəticələr üzərinə həyata keçirdikləri təcrübələrin effektivliyini daim qiymətləndirməlidirlər.Qrupları formalaşdıran müəllimlər:
· Sübut və məlumatlar əsasında şagird nailiyyətlərinin cari vəziyyətini müəyyən edir;
· Sübutlara əsaslanaraq dəqiq,ölçülə bilən,əldə edilə bilən,real və nəticəyönümlü,vaxtla bağlı məqsədlər hazırlayır;
· Bu məqsədə çatmaq üçün birlikdə işləyir;
· Sinif təcrübələri ilə bağlı məlumat toplayıb təhlil edərək öyrənmənin inkşafı ilə bağlı sübutlar toplayır;
· Şagirdlərin irəliləməsi və inkişafı ilə bağlı məlumatları özləri üçün yararlı məlumatlara çevirirlər.
Professional müəllim əməkdaşlığında müəllimlərin öyrənməsi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur.Thompson,Gregg və Niska (2004)qeyd edirlər ki,məktəblərdə təşkilati öyrənmə ideyası şagird və müəllimlərin öyrənməsi ilə bağlıdır.Müəllimlər öyrənmə fəaliyyətlərinə qoşulduqda şagirdlərin də öyrənməsinin yaxşılaşacağını düşünürlər.Hord(1997) bildirir ki,peşəkar öyrənmə cəmiyyətində öyrənmə konstruktivist yanaşma kontekstində başa düşülə bilər.Konstruktivizm-öyrənmənin problem həlli və təcrübələr üzərində düşünmə yolu ilə qurulduğunu bildirir.Burada deyilir ki,öyrənmə insanın iştirak etdiyi və hərəkət etdiyi zaman,uyğunsuzluqları nəzərə aldıqda , qarşılıqlı təsirlərdən asılı olaraq qurulur.(Cevizci 2010, Vygotsky1978). Hord(1997)məktəbdə birgə peşəkar təlimin konstruktivizmlə əlaqəli olduğunu bildirir və əlaqənin əvvəlki bilik və təcrübələrdən yarandığını qeyd edir.Eyni zamanda öyrənmə aktiv şəkildə uyğunsuzluqlar üzərində düşünmə üzərində baş verdiyini bildirir.Lare və Brazer (2013)öz araşdırmalarında müəllimlərin sosiomədəni öyrənmə nəzəriyyəsi konteskstində öyrəndiklərini bildirirlər.Onlar öz tədqiqatlarında hazırladıqları modelə əsasən bildirirlər ki,məktəbin və regionun təlim nəticələri ilə bağlı gözləntiləri məktəbdə müəllimlər arasında əməkdaşlığın mühüm təyinediciləridir.
Müəllimlərin öz həmkarları ilə əməkdaşlıq etmələrinin önündəki maneələr
Mehmet Özdoğru Öğretmenler Arasında İş Birliği:Mevcud Durum,Engeller ve Çözüm Önerileri adlı araşdırmasında müəllimlərin həmkarları ilə əməkdaşlıq etməsinə mane olan maneələri müəyyən etmək üçün iştirakçı müəllimlərə “Müəllimlərin öz həmkarları ilə əməkdaşlıq etmələrinə hansı maneələr var?” sualı vermişdir. İştirakçılardan alınan rəylər Cədvəldə verilmişdir.
| Kateqoriya | Alt kateqoriya | Kod
| | Müəllimlərdən dolayı yaşanan maneələr | Mənfi şəxsiyyət xüsusiyyətləri(eqo,tamah,etibarsızlıq,təkəbbür,eqoizm)
| | | Ünsiyyət çatışmazlığı
| | | Peşəkar rəqabət
| | | Qruplaşma
| | | Siyasi fikir ayrılığı
| Əməkdaşlığa mane olan səbəblər | | Əməkdaşlıq etmək istəyənin qeyri adekvatlılıq kimi qəbul edilməsi
| | Müəllimlərdən asılı olmayan qeyri tədris faktorları | Sosial mədəniyyətdə dəyişiklik
| | | Nəsil münaqişəsi
| | | İş şəraitinin çətinliyi
| | | Fərdiliyi önə çəkən hüquqi tənzimləmələr
Mehmet Özdoğru tədqiqat nəticələrinə əsasən müəllimlərin həmkarları ilə əməkdaşlıq etmələri qarşısında duran maneələri aradan qaldırmaq məqsədi ilə müəllimlik peşəsinə üstünlük verəcək namizədlərə peşənin tələb etdiyi şəxsiyyət xüsusiyyətləri barədə istiqamət vermək,əməkdaşlıq komanda işi, komanda ruhu məsələlərini ön plana çəkmək müəllim hazırlığı prosesində tətbiq edilə biləcəyini qeyd edir. Əməkdaşlıq prosesində əməkdaşlıq bacarıqlarının ölçülməsi üçün meyarların müəyyən edilməsi müəllim namizədinin təhsilində həmkarların əməkdaşlığını təmin edəcək proqramların hazırlanması və həyata keçirilməsi təklif oluna bilər.Məktəb mühitində əməkdaşlığa nail olmaq üçün idarəçilərə məsuliyyət qoyulmalı və prosesə əməl edilməlidir.
Müəllimlərin fikrincə müəllimlərin peşəkarlığını təmin etmək və inkşaf maneələrini aradan qaldırmaq üçün bürokrativ strukturun genişləndirilməsi lazımdır. Digər həll təklifi isə ixtisasartırma təhsilinin keyfiyyət və kəmiyyətinin artırılması idi.Bununla belə ixtisasartırma təlimlərinin ehtiyac duyulan sahələrə yönəldiləcəyi gözləntiləri var.Müəllimlər şəffaf və ədalətli qiymətləndirmə sistemi çərçivəsində peşəkar inkşaf imkanlarına nail olmaq istəyirlər.Bu vəziyyətin müəllimlərdə canlanma və istək yaradacağına inanırlar (Yirci,2017).
Peşəkar öyrənmə icmaları öyrənənlər arasında qarşılıqlı əlaqənin,yeni ideyaların yaradacağı və bunun öyrənmənin əsası olduğunu irəli sürən Vıqotski (1978 akt Mc Connel və 2013 s 269)tərəfindən hazırlanmış Sosial Konstruktivist perspektivinə malikdir.Bununla belə özünü təkmilləşdirməyə çalışan müəllimlər kurikulumun intensivliyi və uyğun olmayan məktəb mühiti səbəbindən özlərini tənha və təcrid olunmuş hiss edə bilərlər (Hord Sommers 2008). Peşəkar Öyrənmə İcmalarında müntəzəm görüşlər və əməkdaşlıq müəllimlərə bu təcrid hissini aradan qaldırmağa kömək edir (Scot2015 s.11).Demək olar ki,qurulan əməkdaşlıq sayəsində müəllimlərin tədris təcrübələri təkminləşmiş,şagirdlərin öyrənmə təcrübələri yüksəlmişdir.Andrews və Lewis (2007) Peşəkar Öyrənmə Cəmiyyətinə qoşulan müəllimlərin siniflərində effektivliyinin artdığını və şagirdlərin daha uğurlu olduğunu bölüşürlər. Hipp və Huffman(2007s 12 )Peşəkar Öyrənmə İcmalarının məktəbin bütün maraqlı tərəfləri arasında ümumi öyrənmə mədəniyyəti yaratdığını vurğulayır və məktəblərin öyrənmə icamalarına çevrildiyini bildirir (Thompson,Gregg və Niska.2004-cü il akt Vescio vd 2008 s81). Qiao Yu və Zhang(2017)iddia edirlər ki,Peşəkar Öyrənmə icmalarının məktəb və müəllimlərin təkminləşməsinə və şagirdlərin uğurlarının artmasına müsbət töhvəsini göstərən tapıntıların sayı artmaqdadır.Hord və Sommers (2008ci il akt Scot2015) bu icmaların 3 əsas töhfəsinin olduğunu qeyd edir:
1.Müəllimlərin peşəkar inkşafını təmin edir;
2.Məktəbin inkşafına təkan verir;
3.Müəllimlərin təcrid olunmuşluq hissini azaldır.
Effektiv peşəkar öyrənmə icması şagirdlərin öyrənməsini təkminləşdirmək məqsədi ilə məktəb icmasındakı bütün peşəkarların öyrənməsini təşviq etmək qabiliyyətinə malikdir (Bolam və digərləri,2005, s.145).Louis, Kruse və həmkarları (1995)aşkar etdilər ki,həqiqi icma hissi olan məktəblərdə artan iş effektivliyi sinif motivasiyasının və iş məmnunluğunun artmasına ,şagirdlərin öyrənməsi üçün daha böyük kollektiv məsuliyyətə səbəb olur.Avstraliyada,Andrews və Lewis (2007) müəyyən etdi ki,müəllimlərin əməkdaşlığı inkşaf etdikcə bu təkcə onların bilik bazasını gücləndirmir,həm də onıarın sinif işlərinə əhəmiyyətli təsir göstərir. Müxtəlif növ məktəblər və müəllimlər fərqli əməkdaşlıq keyfiyyəti barədə məlumat versələr də, biz orta əməkdaşlıq keyfiyyətinin şagird nailiyyətləri ilə əlaqəli olduğunu görürük.Daha keyfiyyətli əməkdaşlıq edən müəllimlər və məktəblər riyaziyyat və oxumaqda daha yaxşı nailiyyət əldə edirlər.Bundan əlavə,müəllimlər daha yaxşı əməkdaşlıq keyfiyyətinə malik məktəblərdə işlədikdə daha yüksək templə inkşaf edirlər. Akiba və Liang(2016)ABŞ-ın Missuri ştatındakı 91 məktəbdə 467 orta məktəb riyaziyyat müəllimindən toplanmış dövlət miqyaslı sorğu məlumatlarından istifadə edərək 4 il ərzində altı növ müəllimin peşəkar öyrənmə fəaliyyətinin şagird nailiyyətlərinin artımına təsirini araşdırmışdır.Nəticələr göstərirdi ki,riyaziyyatın tədrisi və öyrənməsinə yönəlmiş müəllim mərkəzli əməkdaşlıq fəaliyyətləri şagirdlərin nailiyyətlərini yaxşılaşdırıb.Tədqiqat həmçinin müəyyən etdi ki,bir çox rayon və məktəblər müəllimyönümlü əməkdaşlıqdan və tədqiqata əsaslanan öyrənmə fəaliyyətindən faydalanıb.Jao və McDougall (2016)tədqiqatı birgə müəllim sorğusunun(CTI) şagirdlərin nailiyyətinə təsirini araşdırıb.İştirakçılar Cənubi Ontario,Kanadanın böyük şəhər ərazisində yerləşən 4 qonşu dövlət məktəbinin şuralarında 11 məktəbin 9-cu sinif Riyaziyyat müəllimləri idi.Tədqiqat bildirmişdi ki,müəllimlərin birgə fəaliyyəti müəllimlərin keyfiyyətini yaxşılaşdırmışdır.ki,bu da şagirdlərin öyrənmə nailiyyətlərinin artmasına səbəb olmuşdur.Nəticələr həmçinin onu göstərdi ki,müəllimlər qarşııqlı fəaliyyətdəki maneələri aradan qaldıra bilərlər.
Nəticə
Professional Öyrənmə Qrupları müəllim,məktəb və şagird nailiyyətlərinə müsbət təsir edən kollektiv bir fəaliyyətdir.Bu qruplar sayəsində müəllim-məktəb münasibəti daha yaxşı formalaşıb,inkşaf edir. Qruplar sayəsində müəllimlər bir məqsəd uğrunda çalışdıqlarının fərqinə varırlar. Əməkdaşlıq sayəsində müəllimlərdə özünütəcrid hissi azalır və onlarda özgüvən hissi yaranır.
Müəllimlər arasında peşəkar əməkdaşlıq müəllimlərin peşəkar təcrübələrini təhlil etmək,onlara təsir etmək üçün birlikdə işləməsini nəzərdə tutur.Müəllimlər nə qədər çox əməkdaşlıq edərlərsə onların tədris və öyrənmə nəzəriyyələri,metod və proseslər haqqında daha çox məlumat əldə edərlər.
Müəllimlər arasında peşəkar əməkdaşlığın əsl mahiyyəti ondan ibarətdir ki, o tədrislə əlaqədarıdır,bütün pedaqoji məsələrlə məşğul olur,öyrənənlərin peşəkar inkşafını təşviq edir,təhsil proqramlarını təkminləşdirir və son nəticədə şagirdlərə fayda verir.
Ədəbiyyat siyahısı:
1.Aliakbari, M., & Sadeghi, S. (2022). The professional identity of the Iranian teachers: A case of professional practices. Teacher Development, 26(3), 411-431.
2.Andrews, D. & Lewis, M. (2007). Transforming practice from within: The power of the professional learning community. In L. Stoll & K.S. Louis (eds) Professional learning communities: Divergence, depth and dilemmas. Maidenhead: Open University Press.
3.Adewale Owodunni Saka 2020 Can teacher collaboration Improve Achivement in Junior Secondary Mathematics
4.Akiba, M. & Liang, G. (2016). Effects of teacher professional learning activities on student achievement growth. The Journal of Educational Research, 109(1), 99-110. https://doi.org/10.1080/00220671.2014.924470
4.Baki̇oğlu, A. (2013). Lider öğretmen. Marmara University Atatürk Education Faculty Journal of Educational Sciences, 10(10), 11-19.
5.Bolam, R., McMahon, A., Stoll, L., Thomas, S., Wallace, M., Greenwood, A., Hawkey, K., Ingram, M., Atkinson, A. & Smith, M. (2005). Creating and sustaining effective professional learning communities. Research Report 637. London: DfES and University of Bristol.
6.Bryk, A. S., ve Schneider, B. (2002). Trust in schools: A core resource for improvement. New York, NY: Russell Sage Foundation.
7.Cook, L., & Friend, M. (1993). Educational leadership for teacher collaboration. In B. S. Billingsley, D. Peterson, D. Bodkins & M. B. Hendricks (Eds.), Program leadership for serving students with disabilities (pp. 421-444).
8.Cerit, Y. (2009). Öğretmenlerin örgütsel güven düzeyleri ile işbirliği yapma düzeyleri arasındaki ilişki [The relationship between teachers’ levels of organizational trust and their levels of collaboration]. Uludag University Journal of Education Faculty, 22(2), 637-657. https://dergipark.org.tr/en/pub/uefad/issue/16690/173464
9.Cumming, J., & Owen, C. (2001). Reforming schools through innovative teaching, Australian College of Educatiors, Enterprise and Career Education Foundation and Dusseldorf Skills Forum, ACE Canberra
10.Çoban, O., & Atasoy, R. (2020). Relationship between distributed leadership, teacher collaboration and organizational innovativeness. International Journal of Evaluation and Research in Education, 9(4), 903-911.
11.Çevik, A., & Köse, A. (2017). Öğretmenlerin okul kültürü algıları ile motivasyonları arasındaki ilişkinin incelemesi. İnsan ve Toplum Bilimleri Araştırmaları Dergisi, 6(2) , 996- 1014.
12.Darling-Hammond, L., & McLaughlin, M. W. (2011). Policies that support professional development in an era of reform. Phi Delta Kappan, 92(6), 81-92.
13.Ekiz, D. (2003). Teacher professionalism and curriculum change: Primary school teachers’ views of the new science curriculum. Uludağ Üniversitesi Eğitim Fakültesi Dergisi, 17(1), 47-61.
14..Friend, M. D., & Cook, L. (1990). Collaboration as a predictor for success in school reform. Journal of Educational and Psychological Consultation
15.Gökçe, E. (2000). İlköğretimde okul aile iş birliğinin geliştirilmesi. Pamukkale Üniversitesi Eğitim Fakültesi Dergisi, 7(Özel Sayı), 204-209.
16.Hord, S. (2008). Professional learning communities: An overview. In S. Hord (ed), Learning together, leading together: Changing schools through professional learning communities. New York: Teachers College Press.
17.Hipp, K.A. & Huffman, J.B. (2007). Using assessment tools as frames for dialogue to create and sustain professional learning communities. In L. Stoll & K.S. Louis (eds), Professional learning communities: Divergence, depth and dilemmas. Maidenhead: Open University press.
18.Karla Gamez-Perez Tec de Monterrey, Campus León Elizabeth Mena Avilés Tec de Monterrey, Campus León Roberto Rosas Rangel Tec de Monterrey, Campus León (2016) TEACHER´S LEARNING AND COLLABORATION USING INNOVATIVE TEAMS: PROFESSIONAL LEARNING COMMUNITY
19.Kürşad Yılmaz(2022)Öğretmenlerin Mesleki İşbirliği:Mevcut Durum,Engeller ve Öneriler
20.Kruse, S.D., Louis, K.S. & Bryk, A.S. (1995). An emerging framework for analyzing school-based professional community. In K.S. Louis, S. Kruse & Associates (eds). Professionalism and community: Perspectives on reforming urban schools. Long Oaks, CA: Corwin.
21.Leslie Jones, Gregg Stall, Debra Yarbrough (2013) The Importance of Professional Learning Communities for School Improvement
22.Mustafa ÇELİK1 Kürşad YILMAZ (2015) Öğretmenlerin Mesleki Profesyonelliği İle Tükenmişlikleri Arasındaki İlişki
23.Özdoğru, M. (2021). Öğretmenler arasındaki iş birliği: Mevcut durum, engeller ve çözüm önerileri
24.Özkan, M., & Arslantaş, H. (2013). Etkili öğretmen özellikleri üzerine sıralama yöntemiyle bir ölçekleme çalışması. Trakya Üniversitesi Sosyal Bilimler Dergisi, 15(1), 311-330
25.Rukiye Yıldız,Dr.Rıza Memiş,Dr.Bekir Kul,Ömer Sarıca,Banu Özdemir.Mustafa Koç(2023)Profesyonel Öğrenme Toplulukları olarak Zümreler Öğretmen Rehber Kitabı
26.Ramazan YİRCİ(2017) Öğretmen Profesyonelliğinin Önündeki Engeller Ve Çözüm Önerileri
27.Schleicher, A. (2011). Building a high-quality teaching profession: Lessons from around the world. OECD Publishing.
28.Shantz, D., & Prieur, P. D. (1996). Teacher professionalism and school leadership: an antithesis? Education, 116(3), 393-396.
29.Stolp, S. (1994). Leadership for school culture. http://www.ericdigests.org/1995-1/culture. htm adresinden erişilmiştir.
30.Schleicher, A. (2011). Building a high-quality teaching profession: Lessons from around the world. OECD Publishing.
31.Şişman, M. (2011). Eğitimde mükemmellik arayışı etkili okullar.
32.Şener, B. (1997). Modern otel işletmelerinde yönetim ve organizasyon. Ankara: Gazi Kitabevi.
33.Zhang, S., Zhong, R. & Zhang, J. (2017). School starting age and academic achievement: Evidence from China’s junior high schools. China Economic Review, 44(2017), 343-354. https://doi.org/10.1016/j.chieco.2017.03.004