İlk dərs günüm gəlib çatdı. Həvəslə məktəbə yollandım. Dərsdən öncə müəllim yoldaşlarımla tanış olmağa başladım. Hər biri çox səmimi şəkildə məni qarşıladılar. Birşey diqqətimi çəkdi , kimə üz tutub: “Salam. Mən yeni Tarix müəllimiyəm”- desəm, hər biri eyni reaksiyanı verdi: ” Ümid edirik, siz də Beydulla müəllim kimi şagirdlərinizin sevimlisinə çevrilərsiniz”.
Görəsən, Beydulla müəllim necə biri idi? Bu qədər insanın sevgisini necə qazanmışdı? Artıq içimdə ona qarşı böyük maraq oyanmışdı.
Məktəbin ilk həftəsi çox yorucu keçmişdi. İş rejimini öyrənməyə çalışırdım. Həftənin 5-ci günü son dərsimi keçmiş , müəllimlər otağına tələsirdim. Koridorda şagirdlərin kiminsə başına toplaşdığını gördüm. Çox diqqətimi cəlb etdiyindən yaxınlaşıb onları dinləməyə başladım. Beydulla müəllim, bəli, mənim maraqla qarşılaşmağı gözlədiyim şəxs qarşımda idi. Şagirdlərin gözlərindəki parıltıya inana bilmədim. Hər biri eyni duyğu, eyni arzu dolu gözlərlə müəllimlərinə müxtəlif suallar ünvanlayırdılar.
—Salam ,Beydulla müəllim. Vaxtınız varsa sizinlə biraz söhbət etmək istərdim. Mən yeni müəllimlərdənəm.
Qara eynək taxan bu şəxs mənə sarı yaxınlaşıb əlini uzaltdı. İlk anda anlamamışdım, Beydulla müəllim görmə qüsurlu idi. Onunla danışmaq arzum burada daha da artdı. Maraqlı idi, buraya qədər necə yollar keçmiş, bu müəllimlik sevgisi onun içində necə yaranmışdı.
–Gözlərim görmür. Mənim görüşüm sözlərin qara pərdədəki əksinə bənzəyir. Orada hərşey rəngarəng və canlıdır. Onlar mənim rənglərimdi. Müəllimliyi də mən hər zaman belə düşünmüşəm. Şagirdlər ağ kağızdırlar. Onların həyatında gözəl cümlələrdən birini də mən yazmaq istəyirdim. Əlbəttə, çətinliyim çox oldu. Dərsləri öyrənmək üçün müəllim və tələbə yoldaşlarımın səslərini yazır beləcə yeni dərsi öyrənə bilirdim. Dərs dediyim ilk zamanlarda uşaqları oturduqları yerə görə, sonradan isə səslərini ayırd edərək tanıya bilirdim. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, mən də şagirdlərimin yaxşı sorağını alanda qəlbim sevincdən dağa dönür.
Bu söhbət mənim üçün əvəzedilməz olmuşdu. Müəllimlik fəaliyyətim boyu Beydulla müəllimi hər gördüyümdə, gözümdə şagirdlərinin qaranlığını aydınladan işıq canlanırdı.
Yazar: Samirə Əliyeva
Redaktə etdi: Müqayyə Əlmərdanlı
Şagirdləri həvəsləndirmə metordları: müəllimlər və valideynlər üçün strategiyalar.
26.07.2023
Professional öyrənmə qrupları: müəllimlərin qarşılıqlı əməkdaşlığının tədrisin keyfiyyətinə təsiri.
26.07.2023
Layihə əsaslı öyrənmənin tədris prosesində tətbiqi.
26.07.2023
The impact of emotional intelligence on pupils' achievement.
26.07.2023
Zərif çiçək.
20.07.2022
Həyat.
15.06.2022
Sevimli davamçı.
15.06.2022
Zəlzələ.
08.06.2022



.jpeg)