Profil

Axtarış

Elanlar

badge-icon
“Sağlam bədəndə, sağlam ruh!” - 2022 gənc müəllimlər arasında futzal yarışı” layihəsinin icrasına start verilmişdir.
GƏNC MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ! 

27 avqust 2022-ci il tarixindən etibarən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə “Sağlam bədəndə, sağlam ruh!” - 2022 gənc müəllimlər arasında futzal yarışı” layihəsinin icrasına start verilmişdir. Bununla bağlı olaraq 31 avqust 2022-ci il tarixindən etibarən aşağıda qeyd edilən qaydalara uyğun komandalardan sifarişlərin qəbuluna başlanılır.

Yarışda ölkə üzrə gənc müəllimlərdən (yaş: 35 yaşa qədər – 31.07.1987-ci ildən sonra anadan olanlar) ibarət 8 komanda iştirak edəcəkdir.
Sifarişlər 5 sentyabr 2022-ci il saat 23:59-a qədər onlayn şəkildə qəbul olunacaqdır. Yarışa ilk qeydiyyatdan keçmiş və sənədləri tam qaydasında olan 8 komanda buraxılacaqdır. Qeydiyyat üçün aşağıda qeyd olunan sənədləri qeyd olunmuş vaxt çərçivəsində [email protected] elektron ünvanına göndərmək lazımdır:
- Təqdim edilən excel formatda sifariş forması;
- Sifariş formasının həkim möhürü və imzası olan skan versiyası;
- Bütün oyunçuların və məşqçinin şəxsiyyət vəsiqəsinin skanı;
Yarışda iştirak üçün sifariş forması: https://ref.az/3qTEapA

Qeyd 1: Seçilmiş 8 komanda sifariş üçün bütün sənədlərin əslini oyuna gəldikdə təşkilat komitəsinə təhvil verməlidir.
Qeyd 2: Komandaların adı Azərbaycan dilində olmalı və Azərbaycan əlifbası ilə yazılmalıdır.
Qeyd 3: Oyunlar Bakı şəhərində keçiriləcəkdir. Məkan ilə bağlı məlumat veriləcəkdir. 

Mükafatlandırma: 1-ci yeri tutmuş komandaya medal, diplom və kubok, 2-ci yeri tutmuş komandaya medal və diplom, bundan başqa isə bir neçə nominasiyalar üzrə diplomlar veriləcəkdir. 
Bütün komandalara uğurlar diləyirik!

27.08.2022

badge-icon
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası təcrübəçi texniki dəstək üzrə vakansiya elan edir!
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası təcrübəçi texniki dəstək üzrə vakansiya elan edir!

Vəzifə öhdəlikləri :
 • UTİS kodunun doğruluğunu yoxlayıb, saytda üzvləri qəbul etməsi;
 • Admin paneldə işləmə təcrübəsi;
 • Ümumi analizin aparılması;
• Həftəlik və aylıq hesabatların hazırlanması.

Gözləntilərimiz :
• Komanda ilə işləmə bacarığı;
• Müvafiq kompüter bilikləri;
• Deadline ilə işləmək bacarığı.

Bizdən əldə edəcəksiniz :
• Könüllülük müddəti bitdikdən sonra tövsiyə məktubu;
• Assosiasiyanın təqdim etdiyi təlimlər və xidmətlərdən istifadə etmək, o cümlədən digər fəaliyyətlərində iştirak etmək;
• Maraqlı olduğu sahədə özünü inkişaf etdirmək üçün mentor dəstəyi.

Müraciət etmək üçün Cv-nizi bu linkə göndərməyiniz kifayətdir.

25.08.2022

badge-icon
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Təcrübəçi fotoqraf üzrə vakansiya elan edir!
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Təcrübəçi fotoqraf üzrə vakansiya elan edir!

Vəzifə öhdəlikləri :
• Foto çəkilişlərinin aparılması ;
• Adobe Photoshop proqramında işləmə bacarığı.

Gözləntilərimiz :
• İlkin fotoqraf biliklərinə sahib olması ;
• İnkişafa meyilli
• Şəxsi fotoaparatının olması
• Deadline ilə işləmək bacarığı.

Bizdən əldə edəcəksiniz :
• Könüllülük müddəti bitdikdən sonra tövsiyə məktubu;
• Assosiasiyanın təqdim etdiyi təlimlər və xidmətlərdən istifadə etmək, o cümlədən digər fəaliyyətlərində iştirak etmək.
Müraciət etmək üçün CV -nizi bu linkə göndərməyiniz kifayətdir.

23.08.2022

badge-icon
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Könüllü əsaslarla SMM menecer vakansiyası elan edir!
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Könüllü əsaslarla SMM menecer vakansiyası elan edir!

Vəzifə öhdəlikləri :
• Sosial şəbəkələrdə yazılmış mesajların cavablandırılması ;
• Elektron məktubların cavablandırılması ;
• Media ilə əlaqələrin yaradılması ;
• SMM tapşırığı ilə bağlı gördüyü işlərin həftəlik və aylıq hesabatı.

Gözləntilərimiz :
• Orta ixtisas və ya ali təhsil (tələbələr müraciət edə bilər) ;
• Deadline ilə işləmək bacarığı.
Bizdən əldə edəcəksiniz :
• PR üzrə təcrübə və praktiki biliklər əldə etmək imkanı;
• Könüllülük müddəti bitdikdən sonra tövsiyə məktubu;
• Assosiasiyanın təqdim etdiyi təlimlər və xidmətlərdən istifadə etmək, o cümlədən digər fəaliyyətlərində iştirak etmək.

Müraciət etmək üçün CV -nizi bu linkə göndərməyiniz kifayətdir.

21.08.2022

badge-icon
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası könüllü əsaslarla Layihələrin idarə olunması üzrə vakansiya elan edir!
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası könüllü əsaslarla Layihələrin idarə olunması üzrə vakansiya elan edir! 

Vəzifə öhdəlikləri :
 • Layihələr üzrə məlumatların təhlili;
• Araşdırma qabiliyyəti yüksək olan;
• Təhsil layihələrinin idarə oluması.

Gözləntilərimiz :
• Layihənin yazılması və idarə olunması üzrə marağı olan və bu istiqamətdə inkişaf etmək istəyən 2-ci və 3-cü kurs tələbələrinin müraciəti ;
• Komanda ilə işləmə bacarığı;
• Müvafiq kompüter bilikləri;
• Azərbaycan dilində şifahi və yazılı ünsiyyət bacarığı.
Ps: İngilis dili bilməsi arzuolunandır.
• Deadline ilə işləmək bacarığı.

Bizdən əldə edəcəksiniz :
• Layihələrin idarə olunması üzrə praktiki biliklər əldə etmək imkanı;
• Könüllülük müddəti bitdikdən sonra tövsiyə məktubu;
• Assosiasiyanın təqdim etdiyi təlimlər və xidmətlərdən istifadə etmək, o cümlədən digər fəaliyyətlərində iştirak etmək;
• Maraqlı olduğu sahədə özünü inkişaf etdirmək üçün mentor dəstəyi.

Müraciət etmək üçün CV -nizi bu linkə göndərməyiniz kifayətdir.

20.08.2022

badge-icon
İxtisas seçimində mentorluq
Azərbaycan Gənc Müəllimlər Asssosiasiyası və Lənkəran - Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı və Təhsil Tələbə Krediti Fondunun tərəfdaşlığı ilə “ixtisas seçimində mentorluq” forumu keçiriləcək.

13 iyul 2022-ci il tarixində Masallı rayonunda Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və 9-11-ci siniflərə dərs deyən müəllimlər üçün ixtisas seçimində mentorların hazırlanması ilə bağlı forum keçirəcəkdir. Forumda 100 müəllimin iştirakı nəzərdə tutulur.

Forumda spikerlər ixtisas seçiminin hansı meyarlara əsasən edilməsi, ixtisas qruplarına daxil olan seçimlər, karyera planlaması haqqında öz dəyərli bilik və təcrübələrini bölüşəcəklər.

Spikerlərimiz və danışacaqları mövzular:

Bəhruz Əzimov - Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini - Təhsil tələbə krediti fondu haqqında məlumat

Toğrul Ələkbərov - Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının rəhbəri – İxtisas seçimi

Əli Qurbanlı - Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Mərkəzinin əməkdaşı - Karyera planlaması

Qeydiyyat linki: https://forms.gle/p9NtsDjrHpyaNCi37

08.07.2022

badge-icon
Sertifikasiyaya dəstək
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) sertifikasiyaya hazırlaşan ibtidai sinif müəllimlərinə  dəstək məqsədilə təlimlər keçirəcək.
Təlimlər 4-15 iyul tarixində onlayn formada 2 həftə davam edəcək.

Ətraflı məlumat və qeydiyyat:

02.07.2022

badge-icon
“Türkiyə-Azərbaycan Müəllimlərinin Yay Məktəbi” layihəsinə start verilir.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Bursa Azərbaycan Həmrəylik və İnnovasiya Dərnəyinin birgə təşkilatçılığı, Bursa Böyükşəhər Bələdiyyəsi və Birlik Vəqfi Bursa şöbəsinin dəstəyi ilə  “Türkiyə-Azərbaycan Müəllimlərinin Yay Məktəbi” layihəsinə start verilir. 

Layihə 23-30 iyul tarixlərində Türkiyənin Bursa şəhərində həyata keçiriləcəkdir. Layihə çərçivəsində Azərbaycandan 30, Türkiyədən 15 müəllim 6 istiqamət üzrə təlimlərdə iştirak edəcəklər. Həmçinin layihənin sonunda forum təşkil olunacaq.
“Türkiyə-Azərbaycan Müəllimlərinin Yay Məktəbi” layihəsində qeydiyyatdan keçən müəllimlər müsahibəyə dəvət olunacaq, müsahibədən uğurla keçən müəllimlər layihədə iştirak edə biləcəklər. 
Ətraflı məlumat və qeydiyyat üçün link:


15.06.2022

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
AGMA-nın 2025-ci il üzrə illik hesabatı təqdim edilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən 2025-ci il üzrə illik hesabatın təqdimat görüşü keçirilib. Onlayn formatda təşkil olunan görüşdə Assosiasiyanın İdarə Heyəti üzvləri iştirak ediblər.

Görüş zamanı AGMA-nın sədri Pərvinə Qədimova İdarə Heyəti üzvlərinə Assosiasiyanın ötən dövr ərzində həyata keçirdiyi fəaliyyətlər, əldə olunan nəticələr və 2025-ci il üçün nəzərdə tutulan Fəaliyyət Planı barədə ətraflı məlumat verib. Təqdimatda gənc müəllimlərin peşəkar inkişafına yönəlmiş layihələr, maarifləndirici təşəbbüslər, regional proqramlar və tərəfdaşlıqlar xüsusi vurğulanıb.

AGMA rəhbərliyi qarşıdakı dövrdə də gənc müəllimlərin potensialının gücləndirilməsi, onların səsinin daha geniş platformalarda eşidilməsi və təhsil sahəsində davamlı inkişafa töhfə verilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.


08.01.2026

badge-icon
İmişlidə “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” mövzusunda təlim keçirilib.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Şəbəkə: Gənclər Təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində müəllimlər üçün nəzərdə tutulan “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” adlı layihənin davamlılıq mərhələsi İmişli rayonunda uğurla həyata keçirilib.

Təlim  İmişli rayon H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbində təşkil olunub. Təlimçi qismində məktəbin texnologiya müəllimi Fidan Nağızadə çıxış edib.

Tədbir zamanı süni intellektin təhsildə tətbiqi, müəllimlərin yeni texnoloji bacarıqlarının inkişafı, rəqəmsal təlim mühitinə adaptasiya və müasir tədris metodlarından istifadənin əhəmiyyəti mövzularında geniş müzakirələr aparılıb. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və praktik nümunələrlə zəngin olub.

05.01.2026

badge-icon
Gənc müəllimlərin “V Şəbəkələşmə Forumu”nun II günü keçirilib və forum yekunlaşıb
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən “Gənc müəllimlərin V Şəbəkələşmə Forumu”nun II günü 21 dekabr 2025-ci il tarixində davam edib.

Forumun ikinci günü layihə idarəçiliyi və müasir texnologiyalara həsr olunmuş II sessiya baş tutub. I sessiya “Layihələrin yazılması, idarə edilməsi və maliyyə əsaslandırması” mövzusuna həsr olunub. Sessiyanın spikeri, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının icraçı direktoru Aygün Kərimova layihələrin hazırlanması mərhələləri, onların effektiv idarə olunması və maliyyə əsaslandırmasının vacib məqamları barədə iştirakçılara ətraflı məlumat verib.

II sessiya NAYORA-nın təşkilatlarla iş üzrə katibi Elnarə Əliyeva “Süni intellekt və rəqəmsal bacarıqlar” mövzusunda çıxış edib. O, müasir dövrdə süni intellekt texnologiyalarının təhsildə tətbiqi, müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti və bu sahədə mövcud çağırışlardan bəhs edib.

Aktiv müzakirələr və interaktiv formatda keçən sessiyalar gənc müəllimlərin bilik və bacarıqlarının artırılmasına, eləcə də praktiki təcrübə qazanmalarına şərait yaradıb.

Beləliklə, iki gün davam edən “Gənc müəllimlərin V Şəbəkələşmə Forumu” uğurla yekunlaşıb. Forum gənc müəllimlər arasında əməkdaşlığın genişlənməsinə, yeni ideyaların formalaşmasına və peşəkar şəbəkələşmənin gücləndirilməsinə mühüm töhfə verib.

22.12.2025

badge-icon
Gənc müəllimlərin “V Şəbəkələşmə Forumu”nun I günü uğurla keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 20 dekabr 2025-ci il tarixində “Gənc Müəllimlərin V Şəbəkələşmə Forumu”nun I günü baş tutub. Forumun keçirilməsində əsas məqsəd gənc müəllimlər arasında peşəkar ünsiyyətin gücləndirilməsi, təhsil sahəsində aktual mövzuların müzakirəsi və şəbəkələşmə imkanlarının genişləndirilməsi olub.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova forumun əhəmiyyətindən, gənc müəllimlərin inkişafında bu cür platformaların rolundan bəhs edib. Daha sonra Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev təhsil siyasətində gənc müəllimlərin yeri və onların ictimai fəallığının vacibliyini vurğulayıb.

Forumun I günü çərçivəsində keçirilən I sessiya “Gələcəyi inşa edən müəllimlər və istedadlı uşaqlarla iş” mövzusuna həsr olunub. Sessiyanın spikeri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev müəllimlərin gələcək nəsillərin formalaşmasındakı strateji rolundan, istedadlı şagirdlərlə işin metod və yanaşmalarından danışıb.

Ardınca baş tutan II sessiya media savadlılığı mövzusuna həsr edilib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva “Media savadlığı nədir və niyə vacibdir?” mövzusunda çıxış edərək informasiya cəmiyyətində tənqidi düşüncənin əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Nurşərəf Tağıyeva “Media savadlılığı və yeni trendlər” mövzusunda təqdimatla çıxış edib, rəqəmsal mediada baş verən yeniliklər və çağırışlar barədə məlumat verib.

Forumun I günü iştirakçıların aktiv müzakirələri və fikir mübadiləsi ilə yadda qalıb, gənc müəllimlər üçün yeni əməkdaşlıq imkanları yaradıb.

21.12.2025

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun