Profil

Axtarış

Elanlar

badge-icon
Fərq Yaradan Gənc Müəllim 2022
"Fərq Yaradan Gənc Müəllim 2022”
 
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən keçirilən ümumtəhsil məktəblərində işləyən, yaşı 35-ə qədər olan müəllimlər üçün “Fərq yaradan gənc müəllim 2022” müsabiqəsini elan edir.

Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş “Gənc müəllimlərin inkişaf porqramı” layihəsi çərçivəsində icra olunur.
Layihənin məqsədi kreativ düşüncəli, müasir və pedaqoji-psixoloji hazırlıqlı, fərq yaradan gənc müəllimlərin aşkara çıxarılmasıdır. Fərq yaratmaq üçün gənc müəllimlər öyrənmədə əlverişli sosial mühit yaratmağı bacarmalı və şagirdlər bu mühitdə öyrənmə təcrübəsinə açıq olmalıdırlar.
Müsabiqə 4 mərhələdən ibarətdir.
Birinci mərhələ              
Bu mərhələdə Rayon Təhsil Sektorları tərtib olunmuş meyarlara əsasən 5 müəllim namizədini təşkilat komitəsinə 15.04.2022- ci il tarixinə kimi təqdim edir. Seçilmiş 5 müəllim ikinci mərhələdə iştirak etmək hüququ qazanır.  
Birinci mərhələnin kriteriyaları aşağıdakılardır.
Tədris təcrübəsi ilə fərqlənməli
Şagirdlərinin nəticələrinin yaxşı olması
Yaşı 35-dən aşağı olması (1987-ci il daxil olmaqla)
Fərqli tədris metodlarından istifadə etməsi

İkinci mərhələdə video çəkib göndərməyi qəbul edən
İştirak etmək istəyən gənc müəllimlər yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.

05.04.2022

badge-icon
Fərq Yaradan Gənc Müəllim 2022
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən keçirilən ümumtəhsil məktəblərində işləyən, yaşı 35-ə qədər olan müəllimlər üçün “Fərq yaradan gənc müəllim 2022” müsabiqəsini elan edir.

Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş “Gənc müəllimlərin inkişaf porqramı” layihəsi çərçivəsində icra olunur.

Layihənin məqsədi kreativ düşüncəli, müasir və pedaqoji-psixoloji hazırlıqlı, fərq yaradan gənc müəllimlərin aşkara çıxarılmasıdır. Fərq yaratmaq üçün gənc müəllimlər öyrənmədə əlverişli sosial mühit yaratmağı bacarmalı və şagirdlər bu mühitdə öyrənmə təcrübəsinə açıq olmalıdırlar.

Müsabiqə  mərhələdən ibarətdir.

Birinci mərhələ 
             
Bu mərhələdə Rayon Təhsil Sektorları tərtib olunmuş meyarlara əsasən 5 müəllim namizədini təşkilat komitəsinə 15.04.2022- ci il tarixinə kimi təqdim edir. Seçilmiş 5 müəllim ikinci mərhələdə iştirak etmək hüququ qazanır.  

Birinci mərhələnin kriteriyaları aşağıdakılardır.
Tədris təcrübəsi ilə fərqlənməli
Şagirdlərinin nəticələrinin yaxşı olması
Yaşı 35-dən aşağı olması (1987-ci il daxil olmaqla)
Fərqli tədris metodlarından istifadə etməsi

İkinci mərhələdə video çəkib göndərməyi qəbul edən
İştirak etmək istəyən gənc müəllimlər yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.

05.04.2022

badge-icon
Stolüstü Tennis Turniri
Stolüstü Tennis Turniri

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və Azərbaycan Respublikası Stolüstü Tennis Federasiyasının birgə əməkdaşlığı çərçivəsində Qadın müəllimləri arasında stolüstü tennis turnirinin keçirilməsinə start verilir

Turnirin əsas məqsəd və vəzifələri gənc qadın müəllimlər arasında stolüstü tennis qaydalarının təbliğ edilməsi, onların asudə vaxtlarının sağlam-səmərəli keçirilməsi və onların köməyilə ölkədə uşaqlar arasında stolüstü tennis oyununa marağın artırılmasına nail olmaqdır.

Turnir Sumqayıt şəhər, “Qarabağ NN" stolüstü tennis bazasında 06.03.2022 tarixində 10:00-da başlanacaqdır.

Yarış "-2"sistemi üzrə keçirilir. İdman ustalığından asılı olmayaraq bütün arzu edən sağlam şəxslər turnirdə iştirak edə bilərlər.

Turnirdə iştirakınızı təsdiqləmək üçün sağlamlıq haqqında arayış, şəxsiyyəti təsdiq edən sənəd və sifariş vərəqi elektron formada [email protected] elektron poçt ünvanı ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına göndərilməli, sağlamlıq haqqında arayış və şəxsiyyəti təsdiq edən sənəd isə turnir başlanmazdan əvvəl hakimlər kollegiyasına təqdim olunmalıdır.

Əsasnamənin linki: https://ref.az/MRpWcp

Qeyd edək ki, linkə daxil olub yükləyib redaktə edə bilərsiniz.

Sonda turnirin qalibləri Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən diplom və mükafatlar ilə təltif olunacaqlar.

Son qeydiyyat tarixi 28.02.22
Yarışda iştirak edəcək hər kəsə uğurlar diləyirik!

Qeyd: ilk 32 müraciətə baxılacaqdır.

20.02.2022

badge-icon
"Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər"
16 fevral saat 11:00-da "Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər" mövzusunda onlayn brifinq keçiriləcək.

Brifinqi Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən izləyə bilərsiniz.

16.02.2022

badge-icon
“Şuşanın Rəqəmsal Müəllimləri” layihəsinə start verilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən 2022-ci ilin Şuşa ili elan edilməsilə əlaqədar “Şuşanın Rəqəmsal Müəllimləri” adlı layihəyə start verilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihənin əsas məqsədi distant təhsilin təşkili prosesində müəllimlərdə “Google for Education” platformasından istifadə bacarıqlarını formalaşdırmaqdan ibarətdir.

Bakı və Şuşada keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində idarə heyətinin formalaşdırılması və təlimatlandırılması, layihənin təqdimatı və müəllimlərin seçimi, təlimə hazırlıq, ekspertlərin cəlbi və təlimlərin keçirilməsi, məktəbdaxili təlimlər və layihənin Şuşa şəhərində bağlanış mərasiminin təşkili planlaşdırılıb.

“Şuşanın Rəqəmsal Müəllimləri” layihəsi nəticəsində 30 müəllim bu texnologiyadan istifadə edəcək, əlavə 150 müəllim təlimlərdə iştirak edəcək, məktəbin rəqəmsallaşmasına dəstək vermək məqsədilə 10 məktəbdə 30 nəfər təlimatlanmış müəllim olacaq, onlar onlayn dərs metodikası və onlardan istifadə imkanlarını öyrənəcək və 10 məktəb google sinifdən istifadə etmək şansı qazanacaq, buraxılış siniflərinin nəticələrini analiz etmək və bunu idarə etmək mümkün olacaq, beynəlxalq məktəb təcrübəsinin dövlət məktəblərinə inteqrasiyasının əlçatanlığı təmin ediləcək, interaktiv dərslərin hazırlanması və tətbiqi təşkil olunacaq və rəqəmsal vətəndaşlıq və müsbət onlayn davranışı təşviq olunacaq.

Qeyd edək ki, “Şuşanın Rəqəmsal Müəllimləri” layihəsinin fevralın 1-dən aprelin 30-na kimi keçirilməsi planlaşdırılıb.

Layihədə yalnız Şuşa məktəblərində çalışan müəllimlər iştirak edə bilər.

Son qeydiyyat tarix : 23.02.2022

15.02.2022

badge-icon
test
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ümumi təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən müəllimlər üçün müəllimlərin işə qəbulu müsabiqəsinin və sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini hazırlayıb.

20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə edən məlumat kitabçası ilə aşağıda tanış ola bilərsiniz: https://bit.ly/3uEk4xL

10.02.2022

badge-icon
“Fantastik Dördlük“
 “Müasir Gənclərin inkişafına dəstək” ictimai birliyi və “Azərbaycan qadını elmdə”( Azerbaijani Women in Science ) təşkilatı tərəfdaşlığı çərçivəsində 13-18 yaşlı məktəbli qızlar üçün nəzərdə tutulmuş “Fantastik Dördlük“ adlı təhsil layihəsi çərçivəsində valideynlər üçün onlayn vebinarlar davam edir.

Rüfət Hüseynzadənin "Qızların ixtisas seçimi və xaricdə təhsili " vebinarına qeydiyyat artıq başlamışdır.

https://docs.google.com/.../1fg.../edit

Qeyd edək ki, seminarlar Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində təşkil edilir.

09.02.2022

badge-icon
İNKİŞAF Boot Campı
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) yeni bir layihə ilə qarşınıza gəlir.

Daim inkişaf edən dünyada irəli getmək üçün tək vasitə təhsil və elmdir. "İnkişaf üçün inkişaf edək"ifadəsini əsas tutaraq bizə hər zaman yol göstərən müəllimlərimizin inkişafına dəstək olmaq üçün bu boot campı hazırladıq.

Boot Campda nələr öyrənəcəksiz?

Xarici Dil Öyrənmə Sənəti
Zamanın İdarə olunması.
Müəllimin şəxsi brendinin formalaşdırılması
Təqdimat Bacarığı
Ünsiyyət və Netvorkinq Bacarığı
Dinləmə bacarığı
Natiqlik bacarığı
Liderlik bacarığı.

Təlimdə müəllimlər 1 ay müddətində intensiv olaraq ingilis diliylə məşğul olacaqlar.

Bu marafona qoşulan aktiv müəllimlər sonda sertifikat və müxtəlif nominasiyalar üzrə hədiyyələrlə təltif olunacaqlar.

Siz də Gənc Müəllim olaraq özünüzü inkişaf etdirmək istəyirsinizsə, qeydiyyatdan keçib Boot Campa qoşula bilərsiniz.

Link: https://forms.gle/DP4Uev19i1WSLVEZ7




02.02.2022

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının  tərəfdaşlığı ilə 4 iyul 2026-cı il tarixində Qax rayonunda "Müəllimlərin VI Şəbəkələşmə Forumu: Müxtəliflikdə Birlik, Təhsildə Əməkdaşlıq" mövzusunda forum keçirilib.

Azərbaycanın müxtəlif bölgələrindən 600-dən çox məktəbəqədər, ümumi, orta ixtisas və ali təhsil müəssisələrinin pedaqoji heyətini bir araya gətirən forumun əsas məqsədi müəllimlər arasında peşəkar əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi, müasir təhsil yanaşmalarının paylaşılması və vahid peşəkar şəbəkənin inkişafına töhfə vermək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Forumun açılış mərasimində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri *Pərvinə Qədimova* və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri *Günay Mahmudova* çıxış edərək müəllimlərin peşəkar inkişafının dəstəklənməsinin, regionlararası əməkdaşlığın genişləndirilməsinin və təhsildə innovativ yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıblar.

Daha sonra Qax Rayon İcra Hakimiyyətinin başçısı *Elvin Paşayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı **Ceyhun Məmmədov* və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini *Fuad Qarayev* çıxış edərək müəllim şəbəkələrinin inkişafı, təhsil sahəsində həyata keçirilən islahatlar və müasir dövrün çağırışları ilə bağlı fikirlərini bölüşüblər.

Forum çərçivəsində müasir təhsil gündəmini əhatə edən aktual mövzular üzrə mütəxəssis təqdimatları keçirilib. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini *Ayaz Abuşov* "Təhsildə süni intellekt həlləri", Xəzər Universiteti Dünya Məktəbinin koordinatoru və "Valideyn məktəbi" layihəsinin rəhbəri *Turab Əhmədov* "XXI əsrdə məktəb-valideyn əməkdaşlığı", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədr müavini *Səltənət Qurbanova* "Uşaq hüquqları və təhlükəsizliyi", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti və AGMA-nın regional koordinatoru *Validə Məmmədli* isə "Universal Öyrənmə Dizaynı" mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirin bədii hissəsində Qax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin *"Buta"* rəqs qrupu və Şəki Dövlət Regional Kollecinin *"İpək qızlar"* kollektivi milli rəqs və musiqi nömrələri ilə çıxış edərək forum iştirakçılarına zəngin bədii proqram təqdim ediblər.

Tədbirin sonunda forumun təhsil ictimaiyyəti arasında peşəkar əməkdaşlığın inkişafına, müəllimlərin təcrübə mübadiləsinin genişləndirilməsinə və müasir təhsil yanaşmalarının təşviqinə mühüm töhfə verdiyi vurğulanıb.

Forum kollektiv xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

04.07.2026

badge-icon
“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib.

25 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, müəllimlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Mədəniyyət gecəsinin açılış hissəsində çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova layihənin əsas məqsədinin Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin və mədəni yaddaşının təbliği olduğunu bildirib.

Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin və milli irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb.

Tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, Azərbaycan tarixi və tarix dərsliklərinin həmmüəllifi, Bakı şəhəri 163 nömrəli tam orta məktəbin tarix müəllimi Ramil Tanrıverdi də çıxış edərək Qərbi Azərbaycanın tarixi yaddaşının qorunmasının vacibliyini vurğulayıblar.

Mədəniyyət gecəsi çərçivəsində layihə üzrə hazırlanmış videoçarx nümayiş olunub. Tədbirin bədii hissəsində isə Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yaradıcı kollektivləri və Azərbaycan Milli Konservatoriyasının müəllimlərinin iştirakı ilə musiqi nömrələri, şeir nümunələri və milli rəqslər təqdim edilib.

Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkilib.

25.05.2026

badge-icon
AGMA-nın 2025-ci il üzrə illik hesabatı təqdim edilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən 2025-ci il üzrə illik hesabatın təqdimat görüşü keçirilib. Onlayn formatda təşkil olunan görüşdə Assosiasiyanın İdarə Heyəti üzvləri iştirak ediblər.

Görüş zamanı AGMA-nın sədri Pərvinə Qədimova İdarə Heyəti üzvlərinə Assosiasiyanın ötən dövr ərzində həyata keçirdiyi fəaliyyətlər, əldə olunan nəticələr və 2025-ci il üçün nəzərdə tutulan Fəaliyyət Planı barədə ətraflı məlumat verib. Təqdimatda gənc müəllimlərin peşəkar inkişafına yönəlmiş layihələr, maarifləndirici təşəbbüslər, regional proqramlar və tərəfdaşlıqlar xüsusi vurğulanıb.

AGMA rəhbərliyi qarşıdakı dövrdə də gənc müəllimlərin potensialının gücləndirilməsi, onların səsinin daha geniş platformalarda eşidilməsi və təhsil sahəsində davamlı inkişafa töhfə verilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.


08.01.2026

badge-icon
İmişlidə “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” mövzusunda təlim keçirilib.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Şəbəkə: Gənclər Təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində müəllimlər üçün nəzərdə tutulan “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” adlı layihənin davamlılıq mərhələsi İmişli rayonunda uğurla həyata keçirilib.

Təlim  İmişli rayon H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbində təşkil olunub. Təlimçi qismində məktəbin texnologiya müəllimi Fidan Nağızadə çıxış edib.

Tədbir zamanı süni intellektin təhsildə tətbiqi, müəllimlərin yeni texnoloji bacarıqlarının inkişafı, rəqəmsal təlim mühitinə adaptasiya və müasir tədris metodlarından istifadənin əhəmiyyəti mövzularında geniş müzakirələr aparılıb. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və praktik nümunələrlə zəngin olub.

05.01.2026

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun