Profil

Axtarış

Elanlar

badge-icon
“Gənclər davamlı inkişaf üçün” layihəsinin “Bilikdən-Bacarığa” mərhələsi
Bu mərhələ region gənclərinin effektiv ünsiyyət formasının, yumşaq bacarıqların möhkəmlənməsi, auditoriya və cəmiyyətdə özünüifadə qaydalarının aşılanması və gənclər şəbəkəsinin müsbət istiqamətdə inkişafına, sağlam gəncliyin yetişdirilməsinə xidmət edir. 

Gənclərin bu sahədə inkişafına dəstək olmaq məqsədilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) tərəfdaşlığı, “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə birgə düşərgə formatında həyata keçiriləcək layihə çərçivəsində müxtəlif fəaliyyətlər, simulyasiya, oyun əsaslı təlimlər və seminarlarda əsaslı potensial biliklərini artıracaqlar. 

İştirakçılar sonrakı müddətdə isə regionlarda mütəmadi görüşlər keçirib öyrəndiklərini öyrədəcəklər. Habelə gənclərin aktiv iştirakçılığının artırılması, regionlarda olan problemlərin öyrənilib data-analiz bazanın yaradılması üçün bölgələrdə sorğu təşkil edəcəklər.

Müraciətçilər içərisindən gender bərabərliyi qorunmaqla 22-29 yaş aralığında, motivasiyalı, vətənpərvər, məsuliyyətli ən əsası da öyrəndiyini öyrətməyə meyilli 30 nəfər gənc layihədə iştirak haqqı qazanacaq. 
 
Qeyd etmək istəyirik ki, layihə 3 müxtəlif mərhələdən ibarət olacaqdır. 
 
Seçilmiş gənclər hər 3 mərhələdə də məsuliyyətli bir şəkildə iştirak etməlidir. 
 
Qeydiyyat linki:  https://ref.az/2yEDpaU

23.05.2022

badge-icon
"Əsgərin kitab rəfi"
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) Müdafiə Nazirliyinin başlatdığı "Əsgərin kitab rəfi" aksiyasına dəstək olmaq məqsədi ilə kitab toplamağa start verir.

Aksiya əsgərlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliəyə marağının artırılması məqsədini daşıyır. Elmi, bədii, publisistik və digər janrlarda kitablarınızı Vətənimizin keşiyində duran əsgərlərimizə hədiyyə etməklə kitab toplama aksiyasına qoşulmaq mümkündür. Aksiya çərçivəsində toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq.

Kitabları AGMA-nın ofisinə şəxsən gətirə və ya poçtla göndərə bilərsiniz.

Ünvan: Fətəli xan Xoyski 109, Bakı, Nərimanov, AZ1052 
Telefon: +994 51 206 79 71

19.05.2022

badge-icon
“Türkiyə-Azərbaycan Müəllimlərinin I Təhsil Zirvəsi”
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) əsas məqsədlərindən biri də gənc müəllimlərə dəstək olaraq onların dünya təhsil sisteminə inteqrasiya etmələri, yeniliklərdən məlumatlı olmalarıdır.

Bu məqsədlə də Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Bursa Azərbaycan Həmrəylik və İnnovasiya Dərnəyinin birgə təşkilatçılığı, Bursa Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə Türkiyənin Bursa şəhərində “Türkiyə-Azərbaycan Müəllimlərinin I Təhsil Zirvəsi” layihəsinə start verildi.

Layihə 23 may tarixinə qədər davam edəcək.

Layihə çərçivəsində Azərbaycandan 10 müəllim 5 gün müddətində müxtəlif məktəblərin təcrübəsindən yararlanacaq və 18 may tarixində həyata keçiriləcək “Türkiyə-Azərbaycan Təhsil Sistemində Yeni Trendlər” konfransında iştirak edəcək.

16.05.2022

badge-icon
“Türkiyə-Azərbaycan Müəllimlərinin I Təhsil Zirvəsi”
16-23 may 2022-ci il tarixlərində, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Bursa Azərbaycan Həmrəylik və İnnovasiya Dərnəyinin birgə təşkilatçılığı, Bursa Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə Türkiyənin Bursa şəhərində, “Türkiyə-Azərbaycan Müəllimlərinin I Təhsil Zirvəsi” layihəsi həyata keçiriləcəkdir. 

Layihə çərçivəsində Azərbaycandan 10 müəllim, 5 gün müddətində müxtəlif məktəblərin təcrübəsindən yararlanacaq və “Türkiyə-Azərbaycan Təhsil Sistemində Yeni Trendlər” konfransında iştirak edəcəklər.

11.05.2022

badge-icon
“Esse yazmağın qısa yolu”
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) ümumtəhsil məktəblərində işləyən, yaşı 35-ə qədər olan müəllimlər üçün “Esse yazmağın qısa yolu” təlimlərinə start verir.

Esse - tədrisdə ali yazı növüdür və müəllifin mövzu ilə bağlı şəxsi qənaətlərini əks etdirir.

Esse mühakimə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün ən effektli üsuldur.

Esse yazı vərdişlərini təkmilləşdirməklə müəllimlər beyinin intuitiv öyrənmə bacarığını inkişaf etdirirlər, orbitofrontal qabığın (icraedici beyinin) gücünü tam azad edirlər ki, beyin düşünmə və seçimetmə təyinatını həyata keçirə bilsin.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən keçirilən təlimlərin məqsədi müəllimlərin akademik yazı bacarıqlarının artırılmasıdır.

Təlimlər Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmətova tərəfindən keçiriləcəkdir.

Təlimdə bütün fənlər üzrə dərs deyən müəllimlər iştirak edə bilər.

Qeydiyyat linki: https://forms.gle/NSvjDWDJMgxu61zcA

22.04.2022

badge-icon
Məktəb liderliyi proqramı
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji inkişaf mərkəzilə birgə gələcəkdə dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün “Məktəb liderliyi proqramı”na sənəd qəbulu elan edir.

Proqramın məqsədi:

Proqram müasir çağırışlara cavab verən məktəb liderlərinin hazırlanmasını
hədəfləyir.

Proqramın məzmunu:

Proqram 5 modul üzrə 145 saatı əhatə edir:

I Modul: Məktəbin idarə olunması və liderlik
II Modul: Tədrisin təşkili və idarə edilməsi
III Modul: Təhsildə qiymətləndirmə
IV Modul: Məktəbdə heyətin idarə edilməsi
V Modul: Məktəbdə ünsiyyətin təşkili və idarə edilməsi

Proqramın müddəti:

Təlimlər həftədə iki dəfə (cümə və şənbə günləri) olmaqla 3 ay müddəti əhatə
edəcək.

İştirakçılara verilən tələblər:

Proqrama müraciət 5 ildən az olmayaraq ümumtəhsil müəssisələrində pedaqoji
stajı olan ali təhsilli şəxslər müraciət edə bilər.

İştirakçıların seçimi:

Proqramda iştirakçı seçimi üç mərhələdə həyata keçirilir: elektron sənəd qəbulu,
test imtahanı və müsahibə. Hər üç mərhələni uğurla keçən şəxslər proqramda iştirak hüququ qazanır.Test imtahanı mərhələsində namizədlərin tənqidi oxu, riyazi-məntiqi və yazı bacarıqları dəyərləndiriləcək.
Proqramda 50 nəfər namizədin iştirakı nəzərdə tutulur.

Proqramda iştirak etmək istəyən şəxslər 01 may 2022-ci il tarixinə qədər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün link:

https://forms.gle/sJFBtxYezrrGsgWy5

Əlavə suallar üçün [email protected] emailinə yaza bilərsiniz.

22.04.2022

badge-icon
Region Gənc Müəllimlərinin II Şəbəkələşmə Forumu
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) region müəllimlərinin yumşaq bacarıqlarının inkişaf etdirilməsi, şəbəkələşməsi, əməkdaşlığın qurulması məqsədilə regional gənc müəllimlərinin 2-ci şəbəkələşmə forumlarını təşkil edir. 
 
 39 rayonu əhatə edəcək forum aprel - may aylarında 10 mərkəzdə keçiriləcək:
 
 1. Biləsuvar 09.04.2022
 Masallı , Yardımlı , Cəlilabad , Biləsuvar 
 
 2. Astara 10.04.2022
 Lənkəran , Lerik , Astara 
 
 3. Mingəçevir 16.04.2022
 Bərdə , Ağdaş , Göyçay, Yevlax, Mingəçevir 
 
 4. Gəncə 17.04.2022
 Göygöl , Goranboy , Samux , Gəncə 
 
 5. Quba 23.04.2022
 Xaçmaz , Qusar, Şabran , Quba 
 
 6. Salyan 24.04.2022
 Neftçala , Şirvan , Salyan 

 7. Ağcabədi 01.05.2022
 Ağdam , Zərdab , Beyləqan , Füzuli , Ağcabədi 

 8. İsmayıllı 14.05.2022
 Qəbələ , Şamaxı , Ağsu , Qobustan , İsmayıllı 

 9. Qax 15.05.2022
 Şəki , Oğuz , Balakən , Zaqatala , Qax 

 10. Sumqayıt 21.05.2022
 Sumqayıt , Abşeron 
 
Forumda hər region üzrə 50-60 nəfər müəllim iştirak edə bilər. Forum 5 saat (09:00-14:00) davam edəcəkdir.

Forum Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş “Gənc müəllimlərin inkişaf proqramı” layihəsi çərçivəsində icra olunur.
 

06.04.2022

badge-icon
Fərq Yaradan Gənc Müəllim 2022
"Fərq Yaradan Gənc Müəllim 2022”
 
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən keçirilən ümumtəhsil məktəblərində işləyən, yaşı 35-ə qədər olan müəllimlər üçün “Fərq yaradan gənc müəllim 2022” müsabiqəsini elan edir.

Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş “Gənc müəllimlərin inkişaf porqramı” layihəsi çərçivəsində icra olunur.
Layihənin məqsədi kreativ düşüncəli, müasir və pedaqoji-psixoloji hazırlıqlı, fərq yaradan gənc müəllimlərin aşkara çıxarılmasıdır. Fərq yaratmaq üçün gənc müəllimlər öyrənmədə əlverişli sosial mühit yaratmağı bacarmalı və şagirdlər bu mühitdə öyrənmə təcrübəsinə açıq olmalıdırlar.
Müsabiqə 4 mərhələdən ibarətdir.
Birinci mərhələ              
Bu mərhələdə Rayon Təhsil Sektorları tərtib olunmuş meyarlara əsasən 5 müəllim namizədini təşkilat komitəsinə 15.04.2022- ci il tarixinə kimi təqdim edir. Seçilmiş 5 müəllim ikinci mərhələdə iştirak etmək hüququ qazanır.  
Birinci mərhələnin kriteriyaları aşağıdakılardır.
Tədris təcrübəsi ilə fərqlənməli
Şagirdlərinin nəticələrinin yaxşı olması
Yaşı 35-dən aşağı olması (1987-ci il daxil olmaqla)
Fərqli tədris metodlarından istifadə etməsi

İkinci mərhələdə video çəkib göndərməyi qəbul edən
İştirak etmək istəyən gənc müəllimlər yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.

05.04.2022

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
AGMA-nın 2025-ci il üzrə illik hesabatı təqdim edilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən 2025-ci il üzrə illik hesabatın təqdimat görüşü keçirilib. Onlayn formatda təşkil olunan görüşdə Assosiasiyanın İdarə Heyəti üzvləri iştirak ediblər.

Görüş zamanı AGMA-nın sədri Pərvinə Qədimova İdarə Heyəti üzvlərinə Assosiasiyanın ötən dövr ərzində həyata keçirdiyi fəaliyyətlər, əldə olunan nəticələr və 2025-ci il üçün nəzərdə tutulan Fəaliyyət Planı barədə ətraflı məlumat verib. Təqdimatda gənc müəllimlərin peşəkar inkişafına yönəlmiş layihələr, maarifləndirici təşəbbüslər, regional proqramlar və tərəfdaşlıqlar xüsusi vurğulanıb.

AGMA rəhbərliyi qarşıdakı dövrdə də gənc müəllimlərin potensialının gücləndirilməsi, onların səsinin daha geniş platformalarda eşidilməsi və təhsil sahəsində davamlı inkişafa töhfə verilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.


08.01.2026

badge-icon
İmişlidə “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” mövzusunda təlim keçirilib.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Şəbəkə: Gənclər Təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində müəllimlər üçün nəzərdə tutulan “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” adlı layihənin davamlılıq mərhələsi İmişli rayonunda uğurla həyata keçirilib.

Təlim  İmişli rayon H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbində təşkil olunub. Təlimçi qismində məktəbin texnologiya müəllimi Fidan Nağızadə çıxış edib.

Tədbir zamanı süni intellektin təhsildə tətbiqi, müəllimlərin yeni texnoloji bacarıqlarının inkişafı, rəqəmsal təlim mühitinə adaptasiya və müasir tədris metodlarından istifadənin əhəmiyyəti mövzularında geniş müzakirələr aparılıb. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və praktik nümunələrlə zəngin olub.

05.01.2026

badge-icon
Gənc müəllimlərin “V Şəbəkələşmə Forumu”nun II günü keçirilib və forum yekunlaşıb
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən “Gənc müəllimlərin V Şəbəkələşmə Forumu”nun II günü 21 dekabr 2025-ci il tarixində davam edib.

Forumun ikinci günü layihə idarəçiliyi və müasir texnologiyalara həsr olunmuş II sessiya baş tutub. I sessiya “Layihələrin yazılması, idarə edilməsi və maliyyə əsaslandırması” mövzusuna həsr olunub. Sessiyanın spikeri, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının icraçı direktoru Aygün Kərimova layihələrin hazırlanması mərhələləri, onların effektiv idarə olunması və maliyyə əsaslandırmasının vacib məqamları barədə iştirakçılara ətraflı məlumat verib.

II sessiya NAYORA-nın təşkilatlarla iş üzrə katibi Elnarə Əliyeva “Süni intellekt və rəqəmsal bacarıqlar” mövzusunda çıxış edib. O, müasir dövrdə süni intellekt texnologiyalarının təhsildə tətbiqi, müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti və bu sahədə mövcud çağırışlardan bəhs edib.

Aktiv müzakirələr və interaktiv formatda keçən sessiyalar gənc müəllimlərin bilik və bacarıqlarının artırılmasına, eləcə də praktiki təcrübə qazanmalarına şərait yaradıb.

Beləliklə, iki gün davam edən “Gənc müəllimlərin V Şəbəkələşmə Forumu” uğurla yekunlaşıb. Forum gənc müəllimlər arasında əməkdaşlığın genişlənməsinə, yeni ideyaların formalaşmasına və peşəkar şəbəkələşmənin gücləndirilməsinə mühüm töhfə verib.

22.12.2025

badge-icon
Gənc müəllimlərin “V Şəbəkələşmə Forumu”nun I günü uğurla keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 20 dekabr 2025-ci il tarixində “Gənc Müəllimlərin V Şəbəkələşmə Forumu”nun I günü baş tutub. Forumun keçirilməsində əsas məqsəd gənc müəllimlər arasında peşəkar ünsiyyətin gücləndirilməsi, təhsil sahəsində aktual mövzuların müzakirəsi və şəbəkələşmə imkanlarının genişləndirilməsi olub.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova forumun əhəmiyyətindən, gənc müəllimlərin inkişafında bu cür platformaların rolundan bəhs edib. Daha sonra Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev təhsil siyasətində gənc müəllimlərin yeri və onların ictimai fəallığının vacibliyini vurğulayıb.

Forumun I günü çərçivəsində keçirilən I sessiya “Gələcəyi inşa edən müəllimlər və istedadlı uşaqlarla iş” mövzusuna həsr olunub. Sessiyanın spikeri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev müəllimlərin gələcək nəsillərin formalaşmasındakı strateji rolundan, istedadlı şagirdlərlə işin metod və yanaşmalarından danışıb.

Ardınca baş tutan II sessiya media savadlılığı mövzusuna həsr edilib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva “Media savadlığı nədir və niyə vacibdir?” mövzusunda çıxış edərək informasiya cəmiyyətində tənqidi düşüncənin əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Nurşərəf Tağıyeva “Media savadlılığı və yeni trendlər” mövzusunda təqdimatla çıxış edib, rəqəmsal mediada baş verən yeniliklər və çağırışlar barədə məlumat verib.

Forumun I günü iştirakçıların aktiv müzakirələri və fikir mübadiləsi ilə yadda qalıb, gənc müəllimlər üçün yeni əməkdaşlıq imkanları yaradıb.

21.12.2025

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun