Profil

Axtarış

Elanlar

badge-icon
Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun növbəti dünya şöhrətli spikeri Anant Aqarval!
Qarşılayın! Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun növbəti dünya şöhrətli spikeri, “edX” öyrənmə platformasının yaradıcısı və CEO-su, dünyanın bir nömrəli ali təhsil müəssisəsi Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru Anant Aqarval.
Cənab professorun yaradıcısı olduğu, Harvard və MIT tərəfindən qurulan “edX” öyrənmə platformasına bu günədək 160-dan çox ölkədən 35 milyon istifadəçi qoşulub və dünyanın tanınmış 160 universiteti tərəfindən kurslar təqdim edilib.

Anant Aqarval təhsilin inkişafına verdiyi töhfələrə görə “Mauirice Wilkes”, “Smullin və Jamieson”, “Harold W. McGraw Ali Təhsil Mükafatı”, “Yidan”, Hindistan Prezidentinin “Padma Shri” mükafatı olmaq üzrə bir sıra qlobal mükafatlara layiq görülüb.

 Forumda iştirak ödənişsizdir. Çıxışlar Azərbaycan dilinə tərcümə ediləcək. Arzu edən iştirakçılara beynəlxalq sertifikat veriləcək. Qeydiyyat 20 sentyabra qədər davam edir. Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3gBGZ55

17.09.2021

badge-icon
“Müəllimlik peşəsində gənc addımlar”
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən yeni layihəyə start verilib.
“Müəllimlik peşəsində gənc addımlar” adlı layihənin əsas məqsədi yeni fəaliyyətə başlayan müəllimlərin peşəkarlıq səviyyəsini artırmaqdan ibarətdir.

Layihə çərçivəsində yeni fəaliyyətə başlayan müəllimlərə planlaşdırma, sinfin idarə olunması, dərsə hazırlıq, fəaliyyətlərin hazırlanması, tədrisdə İT inteqrasiyası və şagirdlərin qorunması mövzularında təlimlərdən gənc müəllimlərimiz faydalana biləcək.

Qeyd edək ki, 1 ay ərzində həftədə bir dəfə olmaqla (90 dəqiqə) keçirilməsi nəzərdə tutulan layihə "ZOOM” platforması üzərindən reallaşdırılacaq.

Son müraciət tarixi : 20 sentyabr

Layihəyə müraciət linki aşağıda yerləşdirilmişdir: https://forms.gle/w2z2Tq5QFM73sN54A

16.09.2021

badge-icon
Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun spikeri Maykl Fullan!
Qarşılayın! Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun spikeri.

Maykl Fullan, Toronto Universitetinin fəxri professoru, "Dərin öyrənmə" nəzəriyyəsinin yaradıcısı, beynəlxalq səviyyədə tanınan yazıçı və təhsil tədqiqatçısı.

Maykl Fullan təhsildə islahat və liderlik üzrə ən tanınmış mütəxəssislərdən hesab edilir. 40-dan çox liderlik və dərin öyrənmə üzrə kitabların müəllifidir. Professorun kitabları bir çox dildə çap olunub və qlobal mükafatlar qazanıb.

Hazırda “Dərin öyrənmə üçün yeni pedaqogika” Beynəlxalq Təşəbbüsün Qlobal Liderlik üzrə direktorudur.

Cənab Fullan həmçinin, Toronto Universiteti Ontario Təhsil Araşdırmaları İnstitutunun keçmiş dekanıdır.

2003-2014-cü illərdə Ontarionun baş nazirinin təhsil məsələləri üzrə baş məsləhətçisi olub.

Xatırladaq ki, forumda iştirak ödənişsizdir. Çıxışlar Azərbaycan dilinə tərcümə olunacaq. Arzu edən iştirakçılara beynəlxalq sertifikat veriləcək.

Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3gBGZ55

Qeydiyyat 20 sentyabra qədər davam edəcək.

11.09.2021

badge-icon
Yeni işə qəbul olmuş gənc müəllimlərlə ilk dəfə adaptasiya proqramına start verilir!
Sentyabr ayının 7-dən etibarən yeni tədris ilində işə qəbul olmuş gənc müəllimlərlə ilk dəfə adaptasiya proqramına başlanılır.
Adaptasiya proqramının məqsədi yeni işə qəbul olmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşdırılmasına nail olmaqdan ibarətdir.

Adaptasiya proqramı çərçivəsində Nazirliyin struktur bölmə rəhbərləri, yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, psixoloqların iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində yerli təhsili idarəetmə orqanının rəhbərinin təqdimatında “Tədris-pedaqoji sənədlərlə işin təşkili”, “Şagirdlərlə işin təşkili”, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının koordinatorları ilə müəllimlərin görüşü, Nazirliyin struktur bölmə rəhbərlərinin təqdimatında “Öyrədici mühitin yaradılması”, “Qrant müsabiqədə iştirak, layihə sənədlərinin hazırlanması” “Uğurlu şagird-valideyn-məktəb tandeminin qurulması” mövzusunda təlimlər, dərslik müəllifləri, qabaqcıl müəllimlərlə müzakirələr keçiriləcək.

Adaptasiya proqramında iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:

https://forms.gle/PJu8G8iefYtuzr3n7
Əlaqə: [email protected]

03.09.2021

badge-icon
Beynəlxalq layihədə iştirak et
Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı, Lerik rayonlarında fəaliyyət göstərən gənc müəllimlərin nəzərinə.
Beynəlxalq layihədə iştirak etmək imkanını sizinlə bölüşürük. Layihədə iştirak edərək fasilitatorluq bacarıqlarınızı inkişaf etdirə və beynəlxalq təcrübədən faydalana bilərsiniz.

Müraciət linki:
Son tarix: 10 avqust 2021-ci il

07.08.2021

badge-icon
Gənc müəllimlər arasında futzal yarışı layihəsinin aşağıdakı mərhələləri üzrə tarixlər uzadıldı.
15 iyul 2021-ci il tarixindən etibarən “Mars Overseas Baku LTD” MMM-in (Pepsi) maliyyə dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə “Gənc müəllimlərə çağırış: sağlam bədəndə, sağlam ruh!” - gənc müəllimlər arasında futzal yarışı” layihəsinin icrasına start verilmişdir.

Yarışda ölkə üzrə gənc müəllimlərdən (yaş: 35 yaşa qədər – 31.07.1986-ci ildən sonra anadan olanlar) ibarət 14 komanda və “Mars Overseas Baku LTD” MMM-in (yaşı 35-ə qədər – 31.07.1986-ci ildən sonra anadan olanlar) əməkdaşlarından ibarət 2 komanda (ümumilikdə 16 komanda) iştirak edəcəkdir.

Yarışa ilk qeydiyyatdan keçmiş və sənədləri tam qaydasında olan 16 komanda buraxılacaqdır. Qeydiyyat üçün aşağıda qeyd olunan sənədləri qeyd olunmuş vaxt çərçivəsində [email protected] elektron ünvanına göndərmək lazımdır:
- Təqdim edilən excel formatda sifariş forması
- Sifariş formasının həkim möhürü və imzası olan skan versiyası
- Bütün oyunçuların və məşqçinin şəxsiyyət vəsiqəsinin skanı

Yarışda iştirak üçün sifariş forması: shorturl.at/awGRV 
Yarışın əsasnaməsi (qaydalar və şərtlər): shorturl.at/moqIK 
Qeyd 1: Seçilmiş 16 komanda sifariş üçün bütün sənədlərin əslini təlim-məşq seminarında təşkilat komitəsinə təhvil verməlidir.
Qeyd 2: Komandaların adı Azərbaycan dilində olmalı və Azərbaycan əlifbası ilə yazılmalıdır:
Qeyd 3: Oyunlar Bakı şəhərində keçiriləcəkdir. Məkan ilə bağlı təlim-məşq seminarında məlumat veriləcəkdir. 
Mükafatlandırma: 1-ci yeri tutmuş komandaya idman forması, medal, diplom və kubok, 2-ci yeri tutmuş komandaya idman forması, medal və diplom, bundan başqa isə bir neçə nominasiyalar üzrə diplomlar veriləcəkdir. 

Bütün komandalara uğurlar diləyirik!

03.08.2021

badge-icon
GƏNC MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ!
15 iyul 2021-ci il tarixindən etibarən “Mars Overseas Baku LTD” MMM-in (Pepsi) maliyyə dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə “Gənc müəllimlərə çağırış: sağlam bədəndə, sağlam ruh!” - gənc müəllimlər arasında futzal yarışı” layihəsinin icrasına start verilmişdir. Bununla bağlı olaraq 21 iyul 2021-ci il tarixindən etibarən aşağıda qeyd edilən qaydalara uyğun komandalardan sifarişlərin qəbuluna başlanılır.

Yarışda ölkə üzrə gənc müəllimlərdən (yaş: 35 yaşa qədər – 31.07.1986-ci ildən sonra anadan olanlar) ibarət 14 komanda və “Mars Overseas Baku LTD” MMM-in (yaşı 35-ə qədər – 31.07.1986-ci ildən sonra anadan olanlar) əməkdaşlarından ibarət 2 komanda (ümumilikdə 16 komanda) iştirak edəcəkdir.

Sifarişlər 3 avqust 2021-ci il saat 23:59-a qədər onlayn şəkildə qəbul olunacaqdır. Yarışa ilk qeydiyyatdan keçmiş və sənədləri tam qaydasında olan 16 komanda buraxılacaqdır. Qeydiyyat üçün aşağıda qeyd olunan sənədləri qeyd olunmuş vaxt çərçivəsində [email protected] elektron ünvanına göndərmək lazımdır:

- Təqdim edilən excel formatda sifariş forması
- Sifariş formasının həkim möhürü və imzası olan skan versiyası
- Bütün oyunçuların və məşqçinin şəxsiyyət vəsiqəsinin skanı

Yarışda iştirak üçün sifariş forması: shorturl.at/awGRV 
Yarışın əsasnaməsi (qaydalar və şərtlər): shorturl.at/moqIK 

Qeyd 1: Seçilmiş 16 komanda sifariş üçün bütün sənədlərin əslini təlim-məşq seminarında təşkilat komitəsinə təhvil verməlidir.

Qeyd 2: Komandaların adı Azərbaycan dilində olmalı və Azərbaycan əlifbası ilə yazılmalıdır.
Təlim-məşq seminarı: 6-8 avqust 2021 tarixlərində rayonların birində təşkil olunacaqdır. Bu seminarda 16 komandanın kapitan və məşqçiləri iştirak edəcəkdir. Bu seminarda iştirak zamanı nəqliyyat, qidalanma və gecələmə AGMA tərəfindən təşkil olunacaqdır. Seminarda iştirak mütləqdir.

Oyunlar: 
 1/8: 14.08.2021 - 4 oyun: 10:00-11:00, 11:00-12:00, 18:00-19:00, 19:00-20:00
 1/8: 15.08.2021 - 4 oyun: 10:00-11:00, 11:00-12:00, 18:00-19:00, 19:00-20:00
 1/4: 21.08.2021 - 4 oyun: 10:00-11:00, 11:00-12:00, 18:00-19:00, 19:00-20:00
 1/2: 22.08.2021 - 2 oyun: 18:00-19:00, 19:00-20:00
 Final: 25.08.2021 - 2 oyun: 11:00-12:00

Qeyd 3: Oyunlar Bakı şəhərində keçiriləcəkdir. Məkan ilə bağlı təlim-məşq seminarında məlumat veriləcəkdir. 
Mükafatlandırma: 1-ci yeri tutmuş komandaya idman forması, medal, diplom və kubok, 2-ci yeri tutmuş komandaya idman forması, medal və diplom, bundan başqa isə bir neçə nominasiyalar üzrə diplomlar veriləcəkdir. 
Bütün komandalar uğurlar diləyirik!

21.07.2021

badge-icon
“Gənc müəllim danışır”
Əziz gənc müəllimlərimiz,

Bir neçə gün əvvəl yayımladığımız “Gənc müəllim danışır” rubrikamıza göstərdiyiniz marağa görə hər birinizə təşəkkür edirik! 

Səhifəmizin mesaj bölməsinə göndərdiyiniz çoxsaylı ismarıcları nəzərə alaraq rubrikamızı bütün gənc müəllimlərimizə açıq elan etməyə qərar verdik! 

Aşağıda qeyd olunan keçidə daxil olaraq məlumatları doldurmağınızı və öz müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşməyinizi xahiş edirik. Ən maraqlı cavabların müəllifləri rubrikamızın qonağı olacaq. 

Qeyd edək ki, rubrikada iştirak etmək üçün şərtlər keçiddə qeyd olunub. Diqqətlə oxumağınızı və bütün sualları cavablandırmağınızı rica edirik. Rubrikada yalnız qeyd olunan bütün kriteriyalara uyğun namizədlər iştirak edə biləcək! 

AGMA komandası olaraq müəllimlərimizin istəklərini nəzərə almağa və Sizlərin inkişafına töhfə verəcək layihələr həyata keçirtməyə davam edəcəyik!

25.06.2021

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlərin 2-ci günü keçirilib
9 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin və məktəb rəhbərlərinin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin, eləcə də məktəb rəhbərlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris və idarəetmə strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik, analitik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirmək olub.

İbtidai sinif müəllimləri üçün “Riyazi bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı riyazi savadlılığın əsas komponentləri, problem həlli strategiyaları və məntiqi düşünməni inkişaf etdirən fəaliyyətlər nəzərdən keçirilib. Həmçinin gündəlik həyatla əlaqələndirilmiş riyazi tapşırıqların hazırlanması və onların tədris prosesində tətbiqi ilə bağlı praktik yanaşmalar təqdim olunub.

Azərbaycan dili müəllimləri üçün “Oxu prosesində interaktiv təlim strategiyaları: şagirdin mətni anlamasından düşünməsinə” mövzusunda təlim təşkil edilib. Təlim çərçivəsində oxu prosesində interaktiv strategiyalardan istifadə, mətnəqədər, mətn zamanı və mətnsonrası fəaliyyətlərin təşkili, əsas və köməkçi informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma, sualvermə və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində metodiki yanaşmalar və praktik fəaliyyətlər həyata keçirilib.

İngilis dili müəllimləri üçün “Dinləyib-anlama və oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı dinləmə və oxu prosesində əsas informasiyanın müəyyənləşdirilməsi, məzmunun təhlili və şərhi, nəticə çıxarma, kontekstdən istifadə və anlama bacarıqlarının inkişafına yönəlmiş strategiya və fəaliyyətlər təqdim edilib.

Məktəb rəhbərləri üçün “Tədrisin keyfiyyətinin idarə edilməsi və müəllimlərin peşəkar inkişafı” mövzusunda təlim Fəzilə Mahmudova tərəfindən keçirilib. Təlimdə tədrisin keyfiyyətinin qiymətləndirilməsi və monitorinqi, müəllim fəaliyyətinin inkişafyönümlü dəstəklənməsi, peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, məktəbdaxili əməkdaşlıq və davamlı peşəkar inkişaf mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.

Təlimlər interaktiv metodlar, müzakirələr və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris və idarəetmə prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub, real tədris situasiyaları üzərindən praktik nümunələr müzakirə edilib.

Qeyd edək ki, ibtidai sinif, Azərbaycan dili və ingilis dili təlimləri müvafiq olaraq təlimçilər Ülviyyə Ələkbərova, Ülvi Osmanlı və Babək Rzazadə tərəfindən keçirilib.

Keçirilən təlimlər müəllimlərin və məktəb rəhbərlərinin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris və idarəetmə yanaşmalarından istifadənin genişləndirilməsinə və təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

AGMA tərəfindən müəllimlərin və təhsil rəhbərlərinin peşəkar inkişafına dəstək məqsədilə bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

10.09.2026

badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlər keçirilib
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlər keçirilib

8 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirməkdir.

İngilis dili müəllimləri üçün “Fikrin ardıcıl və strukturlaşdırılmış şəkildə abzasda ifadəsi” mövzusunda təlim Babək Rzazadə tərəfindən keçirilib. Təlim zamanı fikrin məntiqi ardıcıllıqla ifadə olunması, abzasın strukturunun düzgün qurulması və yazılı nitq bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı metodiki yanaşmalar təqdim edilib.
İbtidai sinif müəllimləri üçün “Oxuyub-anlama bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda təlim Ülviyyə Ələkbərova tərəfindən keçirilib. Təlim çərçivəsində oxuyub-anlama bacarığının inkişaf mərhələləri, mətnlə iş strategiyaları, informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma və tənqidi təfəkkürün inkişaf etdirilməsi istiqamətində praktik fəaliyyətlər həyata keçirilib.

Azərbaycan dili müəllimləri üçün isə “Azərbaycan dili dərslərində nəzəri biliklərdən praktik bacarıqlara” mövzusunda təlim Ülvi Osmanlı tərəfindən keçirilib. Təlimdə dil biliklərinin şüurlu mənimsənilməsi, nəzəri anlayışların nümunə və kontekst əsasında izahı, əldə olunan biliklərin şifahi və yazılı nitqdə tətbiqi, eləcə də praktik və kommunikativ tapşırıqlar vasitəsilə dil bacarıqlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Təlimlər interaktiv metodlar və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub.

Keçirilən təlimlər müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris yanaşmalarından istifadənin genişləndirilməsinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəlib. AGMA tərəfindən bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

08.09.2026

badge-icon
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının  tərəfdaşlığı ilə 4 iyul 2026-cı il tarixində Qax rayonunda "Müəllimlərin VI Şəbəkələşmə Forumu: Müxtəliflikdə Birlik, Təhsildə Əməkdaşlıq" mövzusunda forum keçirilib.

Azərbaycanın müxtəlif bölgələrindən 600-dən çox məktəbəqədər, ümumi, orta ixtisas və ali təhsil müəssisələrinin pedaqoji heyətini bir araya gətirən forumun əsas məqsədi müəllimlər arasında peşəkar əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi, müasir təhsil yanaşmalarının paylaşılması və vahid peşəkar şəbəkənin inkişafına töhfə vermək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Forumun açılış mərasimində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri *Pərvinə Qədimova* və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri *Günay Mahmudova* çıxış edərək müəllimlərin peşəkar inkişafının dəstəklənməsinin, regionlararası əməkdaşlığın genişləndirilməsinin və təhsildə innovativ yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıblar.

Daha sonra Qax Rayon İcra Hakimiyyətinin başçısı *Elvin Paşayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı **Ceyhun Məmmədov* və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini *Fuad Qarayev* çıxış edərək müəllim şəbəkələrinin inkişafı, təhsil sahəsində həyata keçirilən islahatlar və müasir dövrün çağırışları ilə bağlı fikirlərini bölüşüblər.

Forum çərçivəsində müasir təhsil gündəmini əhatə edən aktual mövzular üzrə mütəxəssis təqdimatları keçirilib. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini *Ayaz Abuşov* "Təhsildə süni intellekt həlləri", Xəzər Universiteti Dünya Məktəbinin koordinatoru və "Valideyn məktəbi" layihəsinin rəhbəri *Turab Əhmədov* "XXI əsrdə məktəb-valideyn əməkdaşlığı", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədr müavini *Səltənət Qurbanova* "Uşaq hüquqları və təhlükəsizliyi", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti və AGMA-nın regional koordinatoru *Validə Məmmədli* isə "Universal Öyrənmə Dizaynı" mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirin bədii hissəsində Qax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin *"Buta"* rəqs qrupu və Şəki Dövlət Regional Kollecinin *"İpək qızlar"* kollektivi milli rəqs və musiqi nömrələri ilə çıxış edərək forum iştirakçılarına zəngin bədii proqram təqdim ediblər.

Tədbirin sonunda forumun təhsil ictimaiyyəti arasında peşəkar əməkdaşlığın inkişafına, müəllimlərin təcrübə mübadiləsinin genişləndirilməsinə və müasir təhsil yanaşmalarının təşviqinə mühüm töhfə verdiyi vurğulanıb.

Forum kollektiv xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

04.07.2026

badge-icon
“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib.

25 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, müəllimlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Mədəniyyət gecəsinin açılış hissəsində çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova layihənin əsas məqsədinin Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin və mədəni yaddaşının təbliği olduğunu bildirib.

Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin və milli irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb.

Tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, Azərbaycan tarixi və tarix dərsliklərinin həmmüəllifi, Bakı şəhəri 163 nömrəli tam orta məktəbin tarix müəllimi Ramil Tanrıverdi də çıxış edərək Qərbi Azərbaycanın tarixi yaddaşının qorunmasının vacibliyini vurğulayıblar.

Mədəniyyət gecəsi çərçivəsində layihə üzrə hazırlanmış videoçarx nümayiş olunub. Tədbirin bədii hissəsində isə Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yaradıcı kollektivləri və Azərbaycan Milli Konservatoriyasının müəllimlərinin iştirakı ilə musiqi nömrələri, şeir nümunələri və milli rəqslər təqdim edilib.

Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkilib.

25.05.2026

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun