
-Mən sənin qızını oxudası deyiləm! Bunu get uşağına başa sal, boşuna dəftər- kitabdan yapışmasın.
-Axı qızım bunu çox istəyir, nə olar qoy oxusun.
-Sən mənim sözümün qarşısında nə ixtiyarla danışırsan? Get dedim, get! Qurtardı.
Anamın evləndiyi ikinci həyat yoldaşının mənə qarşı münasibəti belə olmuşdu. Anam məcbur qalıb nənəmlə danışmışdı.
-Ana, mən qızıma bunun heç cür deyə bilmərəm. Nə edim , mənə bir yol göstər.
-Qızım, bir balanın arzusunu gerçəkləşdirmək özü müqəddəs işdir. Gəl, mən qızını aparım. Mənim evimdə də qarışası deyil ki.
Nənəm yenə məni xilas edə bildi. Durmadan oxuyur, imtahana hazırlaşırdım. Kəndimizdəki fizika müəlliməsi içimdə o qədər böyük eşq yaratmışdı ki, qərarımı dəyişmiş, mən də fizika müəlliməsi olacaqdım. Yaşadıqlarım mənə daha da əzm verirdi.
-Niyə riyaziyyat? Mən fizika müəllimliyini seçmişdim.
-Nənən qurban, niyə narahatsan? Əsas odur sənin əməyin boşa getmədi.
-Düzdür ,nənə, sadəcə bu ixtisasda oxumağı həqiqətən çox istəyirdim.
-Mən bilirəm ,balam, sən istəsən hərşeyi bacararsan.
Nənəm çox doğru vurğulamışdı. Mən bacaracaqdım.
Universiteti yenicə bitirmiş, iş yerləri üçün seçim edirdim. Öz kəndimizdə yer yox idi deyə, qonşu kənddə işləməyi qərara aldım. Kəndimizdən uzaq idi deyə, yolda çox çətinlik çəkirdim. Bir ili başa vurmağıma az qalmışdı. Şagirdlər bəzən elə olur ki, özlərini ifadə etməkdə çəkinirlər.
Gül bayramı, həmin gün bütün sinif əllərində güllər, gözlərində qığılcım dolu baxışlarla məni gözləyirdi. Bir il boyunca əziyyətim heçə getməmişdi. Bu qədər qəlbin sevgisini qazanmışdım. Ürəklə edilən heç bir işin nəticəsiz qalmadığı göz qabağında idi.
Yazar: Səadət Səfəralıyeva
Redaktə etdi: Müqayyə Əlmərdanlı

Şagirdləri həvəsləndirmə metordları: müəllimlər və valideynlər üçün strategiyalar.
26.07.2023

Professional öyrənmə qrupları: müəllimlərin qarşılıqlı əməkdaşlığının tədrisin keyfiyyətinə təsiri.
26.07.2023

Layihə əsaslı öyrənmənin tədris prosesində tətbiqi.
26.07.2023

The impact of emotional intelligence on pupils' achievement.
26.07.2023

Zərif çiçək.
20.07.2022

Həyat.
15.06.2022

Sevimli davamçı.
15.06.2022

Zəlzələ.
08.06.2022