Profil

Axtarış

Elanlar

badge-icon
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası regional koordinatorların seçim mərhələsinə yenidən start verir!
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) illik fəaliyyətləri çərçivəsində regionlarda gənc müəllimlərin əlaqələndirilməsi, təşkilatın tədbirlərinin əlçatanlığının təmin edilməsi, üzvlərin ilkin təlimatlandırılması və onların vahid sistem üzrə idarəetməsinin təşkili məqsədilə regional koordinatorların seçiminə start verilir.

Tələblər və meyarlar:

  •  Dövlət ümumtəhsil məktəblərində hazırda pedaqoji işçi kimi çalışmalı;
  •  Yaşı 35-dən aşağı olmalı;
  •  AGMA-nın fəaliyyətlərinə könüllü olaraq qoşulma təşəbbüsünə malik olmalı;
  •  İKT bacarıqları yüksək olmalı;
  •  Pedaqoji stajı 3 ildən çox olmalı;
  •  Məsuliyyətli, komandada işləmə, liderlik, təhlil etmə və ünsiyyət bacarıqları olmalı;
  •  Aktiv sosial şəbəkə istifadəçisi olmalı.

Vəzifə funksiyaları və öhdəlikləri:

• AGMA şəbəkəsinə daxil olan təmsil etdiyi region üzrə müəllimlərlə işi təşkil etmək;
• AGMA-nın fəaliyyət istiqamətləri üzrə üzv müəllimlərlə iş mexanizmi və strategiya ilə tanış etmək;
• Təmsil etdiyi region üzrə whatsapp və ya digər kommunikasiya imkanları yaratmalı. Bu platformanın daimi və işlək olmasını təmin etmək;
• Üzvlərlə birbaşa kommunikasiya aparmaq və onları müvafiq məlumatlarla təmin etmək;
• Göndərilən məlumatları üzvlər arasında zamanında və düzgün paylaşmaq, sorğular keçirmək və ehtiyacları müəyyənləşdirmək;

Seçimlər 3 mərhələdə aparılacaqdır.

Mərhələ 1: Qeydiyyat anketinin qiymətləndirilməsi

Qeydiyyat anketini doldurmaq üçün linkə daxil olaraq məlumatları yazmaq lazımdır.
Qeydiyyat keçidi: https://ref.az/8GNVnS
Qeydiyyatın bitmə tarixi: 12 oktyabr 2021-ci il saat 23:59

Mərhələ 2: Müsabiqənin təşkili

Müsabiqə mərhələsində namizədlər məntiqi təfəkkürü, idarəetmə və ünsiyyət bacarıqlarını ölçən testlərdən keçəcəklər. Test onlayn şəkildə aparılacaq. Testin linki 1-ci mərhələni uğurla adlamış namizədlərin elektron poçtuna göndəriləcəkdir. Test verilmiş zaman çərçivəsində aktiv olacaqdır.Xahiş olunur, elektron poçtunuzu düzgün qeyd edəsiniz.
Müsabiqənin keçirilmə tarixi: 17 oktyabr 2021-ci il saat 19:00 - 20:00

Mərhələ 3:
Müsahibənin təşkili

İkinci mərhələni uğurla başa vuran namizədlər müsahibəyə dəvət olunacaqlar. Müsahibə mərhələsiylə bağlı məlumatlar da namizədlərin elektron ünvana göndəriləcəkdir.Bu mərhələdə əlavə ölçü meyarı kimi namizədlər barədə RTŞ-lərdən tövsiyələr də alınacaqdır.
Müsahibənin keçirilmə tarixi: 18-31 oktyabr 2021-ci il

Mərhələləri uğurla başa vurmuş namizədlərlə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası arasında 1 illik könüllülük müqaviləsi bağlanılacaqdır. Bu müqaviləyə əsasən regional koordinatorlar vəzifə öhdəliklərini həyata keçirəcəklər. Bununla yanaşı, il ərzində regional koordinatorlar müxtəlif təlimlərə və master klasslara cəlb olunacaq, onların peşəkar bilik və bacarıqlarının artırılmasına dəstək olunacaqdır.

01.10.2021

badge-icon
“Layihə komandasında KÖNÜLLÜ OL!”

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən gənc müəllimlər üçün “Layihə komandasında KÖNÜLLÜ OL!” devizi ilə yeni layihəyə start verilir.
Layihənin əsas məqsədi gənc müəllimlərdə layihə yazılışı, idarəetmə və maliyyə axtarışı mövzusunda virtual təlimlərə qatılaraq yeni bilik və bacarıqlar formalaşdırmaqdan ibarətdir.
Layihə çərçivəsində gənc müəllimlər (18-35 yaş) və pedaqoji ixtisas üzrə təhsil alan tələbələr (16-25 yaş) iştirak edə bilər. İştirak etmək istəyənlər 10 oktyabr tarixinədək müvafiq linkə (https://ref.az/78xm2D)  daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Üç mərhələdən ibarət layihədə öyrənməyə həvəsli, komandada işləmək bacarıqlarına malik, layihə yazılışı və idarəetmə təcrübəsi, eyni zamanda, ingilis və rus dili bilikləri olan şəxslərə üstünlük veriləcək. 

29.09.2021

badge-icon
Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forum
Sizi 1 oktyabrda keçiriləcək dünya səviyyəli spikerlərin qatılacağı Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumda iştirak etməyə dəvət edirik.

Forumda iştirak ödənişsizdir. Arzu edən iştirakçılara beynəlxalq sertifikat veriləcək.

Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3gBGZ55

28.09.2021

badge-icon
NAYORA-ya üzv seçildik!
Gənclər Təşkilatları Milli Şurasının (National Assembly of Youth Organizations of the Republic of Azerbaijan) hibrid formatda 24 sentyabr 2021-ci il tarixində Məclisi baş tutmuşdur.
Üzvlük üçün müraciət edən təşkilatlardan biri də, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası olmuşdur.
Təşkilatın çıxışı dinlənilmiş, daha sonra onlayn və oflayn formada səsvermə keçirilmişdir.
Məclisin sonunda səsvermə nəticəsində uğur qazanmış Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Gənclər Təşkilatları Milli Şurasında müşahidəçi statusunda üzvlüyə qəbul olunmuşdur.

28.09.2021

badge-icon
“Fərq yaradan gənc müəllim” müsabiqəsinin 1-ci turu yekunlaşdı!
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən müəllimlər üçün “Fərq yaradan gənc müəllim” müsabiqəsinin 1-ci turu yekunlaşıb.
Qeyd edək ki, 1-ci turda ümumtəhsil məktəblərində işləyən, yaşı 35-ə çatmış müəllimlər üçün təşkil olunmuş müsabiqədə 300-ə yaxın müəllim iştirak etmişdir.

Məlumat üçün bildirək ki, müsabiqə 3 mərhələdən ibarətdir. Birinci mərhələdə müəllimlər "Mən fərq yaradan müəlliməm, çünki..." mövzusuna aid esse yazmalı idi və bu mərhələ artıq bitib, ikinci mərhələdə 45 dəqiqəlik dərs planı hazırlamalı, üçüncü mərhələdə isə açıq dərs təşkil etməlidirlər.

Hal-hazırda müsabiqənin 1-ci turu münsiflər tərəfindən yoxlanılır və 4 oktyabr tarixində cavablar açıqlanacaqdır.
Qaliblər münsiflər heyəti tərəfindən 27 oktyabr 2021-ci il tarixində elan ediləcək və onlara Fəxri Fərman və hədiyyələr təqdim olunacaq.

Hər kəsə uğurlar diləyirik!

28.09.2021

badge-icon
"Fərq yaradan gənc müəllim"adlı müsabiqənin İnfo sessiyası keçiriləcəkdir.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən "Fərq yaradan gənc müəllim"adlı müsabiqənin İnfo sessiyası 23 sentyabr saat 20:00 keçiriləcəkdir.
İnfo sessiya AGMA-nın Facebook səhifəsində canlı yayımlanacaq.

Görüşə qoşularaq sizə maraqlı olan suallarınıza Rüfət Əsədzadə tərəfindən cavab tapa bilərsiniz.

22.09.2021

badge-icon
Fərq yaradan gənc müəllim müsabiqəsi!
GƏNC MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ!

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən Kapital Bankın sponsorluğu ilə müəllimlər üçün “Fərq yaradan gənc müəllim” müsabiqəsi elan edir.

Ümumtəhsil məktəblərində işləyən, yaşı 35-ə qədər olan müəllimlər üçün təşkil olunmuş müsabiqənin əsas məqsədi kreativ düşüncəli, müasir və pedaqoji-psixoloji hazırlıqlı gənc müəllimlərin aşkara çıxarılmasından ibarətdir.

Müsabiqə üç mərhələdən ibarətdir.

1-ci mərhələ: (20-27 sentyabr)

Esse

- Müvafiq linkə keçid edərək qeydiyyatdan keçin:
https://forms.gle/6rPRbmFN6ecxbxPFA

“Mən fərq yaradan müəlliməm. Çünki...” - tamamlayın. (Mətn 150 sözdən çox olmamalıdır. Fikir və arqumentlər əsaslandırılmalıdır).

2-ci mərhələ: (05-12 oktyabr)

45 dəqiqəlik dərs planının hazırlanması

3-cü mərhələ (18-27 oktyabr)

Açıq dərs

-Münsiflər heyətinin seçdiyi namizədlərin əyani formatda nümunəvi dərs təqdimatı keçiriləcək.
-Bu mərhələdə fərdi görüşlər və dərs nümunələri xüsusi komissiya tərəfindən qiymətləndiriləcək.

Qaliblərin elan olunması və mükafatlandırma: (29 oktyabr)

Qaliblər Münsiflər heyəti tərəfindən 27 oktyabr 2021-ci il tarixində elan ediləcək. Qaliblərə Fəxri fərman və hədiyyələr təqdim ediləcək.

Müvafiq linkə keçid edərək qeydiyyatdan keçə bilərsiz : https://forms.gle/6rPRbmFN6ecxbxPFA

20.09.2021

badge-icon
Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun növbəti dünya şöhrətli spikeri Anant Aqarval!
Qarşılayın! Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun növbəti dünya şöhrətli spikeri, “edX” öyrənmə platformasının yaradıcısı və CEO-su, dünyanın bir nömrəli ali təhsil müəssisəsi Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru Anant Aqarval.
Cənab professorun yaradıcısı olduğu, Harvard və MIT tərəfindən qurulan “edX” öyrənmə platformasına bu günədək 160-dan çox ölkədən 35 milyon istifadəçi qoşulub və dünyanın tanınmış 160 universiteti tərəfindən kurslar təqdim edilib.

Anant Aqarval təhsilin inkişafına verdiyi töhfələrə görə “Mauirice Wilkes”, “Smullin və Jamieson”, “Harold W. McGraw Ali Təhsil Mükafatı”, “Yidan”, Hindistan Prezidentinin “Padma Shri” mükafatı olmaq üzrə bir sıra qlobal mükafatlara layiq görülüb.

 Forumda iştirak ödənişsizdir. Çıxışlar Azərbaycan dilinə tərcümə ediləcək. Arzu edən iştirakçılara beynəlxalq sertifikat veriləcək. Qeydiyyat 20 sentyabra qədər davam edir. Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3gBGZ55

17.09.2021

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının  tərəfdaşlığı ilə 4 iyul 2026-cı il tarixində Qax rayonunda "Müəllimlərin VI Şəbəkələşmə Forumu: Müxtəliflikdə Birlik, Təhsildə Əməkdaşlıq" mövzusunda forum keçirilib.

Azərbaycanın müxtəlif bölgələrindən 600-dən çox məktəbəqədər, ümumi, orta ixtisas və ali təhsil müəssisələrinin pedaqoji heyətini bir araya gətirən forumun əsas məqsədi müəllimlər arasında peşəkar əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi, müasir təhsil yanaşmalarının paylaşılması və vahid peşəkar şəbəkənin inkişafına töhfə vermək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Forumun açılış mərasimində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri *Pərvinə Qədimova* və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri *Günay Mahmudova* çıxış edərək müəllimlərin peşəkar inkişafının dəstəklənməsinin, regionlararası əməkdaşlığın genişləndirilməsinin və təhsildə innovativ yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıblar.

Daha sonra Qax Rayon İcra Hakimiyyətinin başçısı *Elvin Paşayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı **Ceyhun Məmmədov* və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini *Fuad Qarayev* çıxış edərək müəllim şəbəkələrinin inkişafı, təhsil sahəsində həyata keçirilən islahatlar və müasir dövrün çağırışları ilə bağlı fikirlərini bölüşüblər.

Forum çərçivəsində müasir təhsil gündəmini əhatə edən aktual mövzular üzrə mütəxəssis təqdimatları keçirilib. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini *Ayaz Abuşov* "Təhsildə süni intellekt həlləri", Xəzər Universiteti Dünya Məktəbinin koordinatoru və "Valideyn məktəbi" layihəsinin rəhbəri *Turab Əhmədov* "XXI əsrdə məktəb-valideyn əməkdaşlığı", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədr müavini *Səltənət Qurbanova* "Uşaq hüquqları və təhlükəsizliyi", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti və AGMA-nın regional koordinatoru *Validə Məmmədli* isə "Universal Öyrənmə Dizaynı" mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirin bədii hissəsində Qax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin *"Buta"* rəqs qrupu və Şəki Dövlət Regional Kollecinin *"İpək qızlar"* kollektivi milli rəqs və musiqi nömrələri ilə çıxış edərək forum iştirakçılarına zəngin bədii proqram təqdim ediblər.

Tədbirin sonunda forumun təhsil ictimaiyyəti arasında peşəkar əməkdaşlığın inkişafına, müəllimlərin təcrübə mübadiləsinin genişləndirilməsinə və müasir təhsil yanaşmalarının təşviqinə mühüm töhfə verdiyi vurğulanıb.

Forum kollektiv xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

04.07.2026

badge-icon
“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib.

25 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, müəllimlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Mədəniyyət gecəsinin açılış hissəsində çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova layihənin əsas məqsədinin Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin və mədəni yaddaşının təbliği olduğunu bildirib.

Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin və milli irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb.

Tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, Azərbaycan tarixi və tarix dərsliklərinin həmmüəllifi, Bakı şəhəri 163 nömrəli tam orta məktəbin tarix müəllimi Ramil Tanrıverdi də çıxış edərək Qərbi Azərbaycanın tarixi yaddaşının qorunmasının vacibliyini vurğulayıblar.

Mədəniyyət gecəsi çərçivəsində layihə üzrə hazırlanmış videoçarx nümayiş olunub. Tədbirin bədii hissəsində isə Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yaradıcı kollektivləri və Azərbaycan Milli Konservatoriyasının müəllimlərinin iştirakı ilə musiqi nömrələri, şeir nümunələri və milli rəqslər təqdim edilib.

Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkilib.

25.05.2026

badge-icon
AGMA-nın 2025-ci il üzrə illik hesabatı təqdim edilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən 2025-ci il üzrə illik hesabatın təqdimat görüşü keçirilib. Onlayn formatda təşkil olunan görüşdə Assosiasiyanın İdarə Heyəti üzvləri iştirak ediblər.

Görüş zamanı AGMA-nın sədri Pərvinə Qədimova İdarə Heyəti üzvlərinə Assosiasiyanın ötən dövr ərzində həyata keçirdiyi fəaliyyətlər, əldə olunan nəticələr və 2025-ci il üçün nəzərdə tutulan Fəaliyyət Planı barədə ətraflı məlumat verib. Təqdimatda gənc müəllimlərin peşəkar inkişafına yönəlmiş layihələr, maarifləndirici təşəbbüslər, regional proqramlar və tərəfdaşlıqlar xüsusi vurğulanıb.

AGMA rəhbərliyi qarşıdakı dövrdə də gənc müəllimlərin potensialının gücləndirilməsi, onların səsinin daha geniş platformalarda eşidilməsi və təhsil sahəsində davamlı inkişafa töhfə verilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.


08.01.2026

badge-icon
İmişlidə “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” mövzusunda təlim keçirilib.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Şəbəkə: Gənclər Təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində müəllimlər üçün nəzərdə tutulan “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” adlı layihənin davamlılıq mərhələsi İmişli rayonunda uğurla həyata keçirilib.

Təlim  İmişli rayon H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbində təşkil olunub. Təlimçi qismində məktəbin texnologiya müəllimi Fidan Nağızadə çıxış edib.

Tədbir zamanı süni intellektin təhsildə tətbiqi, müəllimlərin yeni texnoloji bacarıqlarının inkişafı, rəqəmsal təlim mühitinə adaptasiya və müasir tədris metodlarından istifadənin əhəmiyyəti mövzularında geniş müzakirələr aparılıb. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və praktik nümunələrlə zəngin olub.

05.01.2026

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun