Profil

Axtarış

Elanlar

badge-icon
CV hazırlanması və müsahibəyə hazırlıq təlimi
Əziz gənc müəllimlər, "CV hazırlanması və müsahibəyə hazırlıq" təlimi ilə qarşınızdayıq.

Karyera həyatına addım atarkən ən vacib amillərdən biri düzgün CV-yə sahib olmaq və müsahibə mərhələsini uğurla keçməkdir.

Gənclərin Karyera Məsləhətçisi, təlimçi Orxan Əliyev sizə "CV hazırlanması və müsahibəyə hazırlıq" təlimi zamanı:

 CV yazarkən ən çox edilən səhvlər;
 düzgün və diqqət cəlb edən CV necə hazırlanmalı;
 müsahibəyə hazırlaşarkən diqqət edilməli məqamlar;
 müsahibədə ən çox istifadə edilən suallar ilə bağlı məlumat verəcək.

 23 fevral
 20:00
Təlim zoom platforması vasitəsilə keçiriləcəkdir.

Qeydiyyat linki: https://chat.whatsapp.com/FuKGheMTI1NJxgkBKe04hM

20.02.2024

badge-icon
AGMA-nın könüllülük proqramı üçün müraciətləri açıq elan edirik!
Uzun müddətdir ki, gözlənilən AGMA-nın könüllülük proqramı üçün müraciətləri açıq elan edirik!

AGMA-da təcrübə toplamaq, yerli və beynəlxalq layihələrdə iştirak etmək, sosial çevrənizi genişləndirmək istəyirsinizsə, müraciət üçün tələsin.

Qeyd edək ki, namizədlər arasından ancaq uğurlu olan 5 nəfər gənc AGMA-da könüllü fəaliyyəti göstərə biləcək.

Gözləntilərimiz :
 
Komanda ilə işləmə bacarığı;
Müvafiq kompüter bilikləri;
Azərbaycan dilində şifahi və yazılı ünsiyyət bacarığı;
Deadline ilə işləmək bacarığı.

Son qeydiyyat tarixi: 29.02.2024-cü il

Qeydiyyat linki: https://forms.gle/mZxRfQPoQ7SCWSxx9

15.02.2024

badge-icon
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası regional koordinatorların seçim mərhələsinə start verir.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası regional koordinatorların seçim mərhələsinə start verir.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) illik fəaliyyətləri çərçivəsində regionlarda gənc müəllimlərin əlaqələndirilməsi, təşkilatın tədbirlərinin əlçatanlığının təmin edilməsi, üzvlərin ilkin təlimatlandırılması və onların vahid sistem üzrə idarəetməsinin təşkili məqsədilə regional koordinatorların seçiminə start verilir.

Tələblər və meyarlar:
- Dövlət ümumtəhsil məktəblərində hazırda pedaqoji işçi kimi çalışmalı;
- Yaşı 35-dən aşağı olmalı;
- AGMA-nın fəaliyyətlərinə könüllü olaraq qoşulma təşəbbüsünə malik olmalı;
- Pedaqoji stajı 3 ildən çox olmalı;
- Məsuliyyətli, komandada işləmə, liderlik, təhlil etmə və ünsiyyət bacarıqları olmalı;
- Aktiv sosial şəbəkə istifadəçisi olmalı;
- Ali təhsilli vər regional təmsilçilər üzrə iş istiqamətində müvafiq təcrübəyə malik olmalı;
- Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı olmalı, MS Excel proqramında xüsusi cədvəllər hazırlamaq, arxivləşdirmək, mövcud dataları təhlil etməyi bacarmalı;
- Azərbaycan dilini mükəmməl bilməli;
- Layihələrin yazılması və idarə edilməsi ilə bağlı bilik və təcrübəsi, eyni zamanda, müəllimlərlə əməkdaşlıq və koomunikasiyanın təşkili üzrə təcrübəsinin olmasına üstünlük verilir.

Vəzifə funksiyaları və öhdəlikləri:
- AGMA üzv olan təmsil etdiyi region üzrə müəllimlərlə işi təşkil etmək;
- AGMA-nın fəaliyyət istiqamətləri üzrə iş mexanizmi və strategiya ilə üzv müəllimləri tanış etmək;
- Təmsil etdiyi region üzrə whatsapp və ya digər kommunikasiya imkanları yaratmaq. Bu platformanın daimi və işlək olmasını təmin etmək;
- Üzvlər ilə birbaşa kommunikasiya aparmaq və onları müvafiq məlumatlarla təmin etmək;
- Göndərilən məlumatları üzvlər arasında zamanında və düzgün paylaşmaq, sorğular keçirmək və ehtiyacları müəyyənləşdirmək;
- Regionda tədris ili müddətində 3 dəfə təqdimatlar etmək;
- Həftəlik, aylıq, rüblük və illik hesabatları hazırlamaq.

Seçimlər 3 mərhələdə aparılacaqdır:


Mərhələ 1: Qeydiyyat anketinin qiymətləndirilməsi
Qeydiyyat anketini doldurmaq üçün linkə daxil olaraq məlumatları yazmaq lazımdır.
Qeydiyyatın bitmə tarixi: 25 fevral 2024-cü il saat 23:59

Mərhələ 2: Müsabiqənin təşkili
Müsabiqə mərhələsində namizədlər məntiqi təfəkkürü, idarəetmə, ünsiyyət, oxuyub-anlama və təhliletmə bacarıqlarını ölçən testlərdən keçəcəklər. Test mərhələsi Bakı şəhərində təşkil ediləcəkdir. II mərhələdə iştirak etmək şansı qazanan namizədlərə e-mail vasitəsilə məlumat göndəriləcəkdir.
Müsabiqənin keçirilmə tarixi: 2 mart 2024-cü il saat 12:00-13:00


Mərhələ 3: Müsahibənin təşkili
İkinci mərhələni uğurla başa vuran namizədlər müsahibəyə dəvət olunacaqlar. Müsahibə mərhələsi ilə bağlı məlumatlar namizədlərin elektron ünvana göndəriləcəkdir.
Müsahibənin keçirilmə tarixi: 4 - 8 mart 2024-cü il

Mərhələləri uğurla başa vurmuş namizədlər ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası arasında 1 illik könüllülük müqaviləsi bağlanılacaqdır. Bu müqaviləyə əsasən regional koordinatorlar vəzifə öhdəliklərini həyata keçirəcəklər. Bununla yanaşı il ərzində regional koordinatorlar müxtəlif təlimlərə və master-klasslara cəlb olunaraq onların peşəkar bilik və bacarıqların artırılmasına dəstək olunacaqdır.

09.02.2024

badge-icon
Gənc müəllimlər dilimizin keşiyində layihəsinin növbəti təlimi 10 fevral 2024-cü il tarixində Bakı şəhərində keçiriləcək.
“Gənc müəllimlər dilimizin keşiyində” layihəsinin növbəti təlimi 10 fevral 2024-cü il tarixində Bakı şəhərində keçiriləcək.

“Gənc müəllimlər dilimizin keşiyində” layihəsinin təlimində spiker Abbasağa Əlizadə müəllimlərin inkişafına dəstək olmaq üçün maraqlı məqamlara toxunacaq.

Keçirilən layihənin əsas məqsədi Azərbaycan dilinin saflığının qorunmasına dəstək olmaq üçün gənc müəllimlər arasında natiqlik, ünsiyyət və debat təlimləri təşkil etməkdir.

Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı və Gənc Azərbaycan dili və Ədəbiyyatı Müəllimləri Birliyinin tərəfdaşlığı ilə həyata keçirilir.

Qeydiyyat linki: 

 https://forms.gle/G7T8ppLMWe9W7Z9M7

31.01.2024

badge-icon
"Təlimçilər üçün təlim" proqramına qeydiyyatı açıq elan edirik.
"Təlimçilər üçün təlim" proqramına qeydiyyatı açıq elan edirik.
 
Proqramın əsas məqsədi təhsil sahəsindəki bir çox təlimçinin bacarıqlarının artırılması, təlimçi sayının çoxaldılması, təlimçilərin keyfiyyətinin yüksəldilməsi, fərqli təlim metodlarının və qeyri-formal təhsil üsullarının təlimçilər tərəfindən daha effektiv şəkildə tətbiq edilməsini təşviq etməkdən ibarətdir.

Layihədə kimlər iştirak edə bilər?

AGMA-nın üzvləri;
18-35 yaş arası müəllimlər;
Təlimçi təcrübəsi olan müəllimlər.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasınının təşkilatçılığı ilə keçiriləcək.

Son qeydiyyat tarixi: 15 fevral 2024-cü il.

Qeydiyyat linki: 

https://forms.gle/jpLCqmqGCTGdvSn5A

29.01.2024

badge-icon
Milli təhsilimizin gələcəyi: təhsilin keyfiyyətinin artırılmasında fəal vətəndaşlıq mövqeyi - Forum
“Milli təhsilimizin gələcəyi: təhsilin keyfiyyətinin artırılmasında fəal vətəndaşlıq mövqeyi” - Forum
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığl ilə 13 yanvar 2024-cü il tarixində “Milli təhsilimizin gələcəyi: təhsilin keyfiyyətinin artırılmasında fəal vətəndaşlıq mövqeyi” adlı forum keçiriləcək.

Forumun məqsədi yeni dövrdə Azərbaycanın təhsil siyasətinin gələcək hədəfləri ilə bağlı təhsilverənlərin maarifləndirilməsi, onlar arasında əməkdaşlığın gücləndirilməsi, təhsildə ictimai dəstəyin və ictimai iştirakçılığın artırılmasıdır.

Məkan haqqında məlumat qeydiyyat yekunlaşdıqdan sonra veriləcəkdir.

Saat: 10:00

10.01.2024

badge-icon
Gənc müəllimlər dilimizin keşiyində - Forum
22 dekabr 2023-cü il tarixində Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyə dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Gənc Azərbaycan dili və Ədəbiyyatı Müəllimləri Birliyinin tərəfdaşlığı ilə Gənc müəllimlər dilimizin keşiyində layihəsinin forumu keçiriləcək.

 Gənc müəllimlər və pedaqoji ixtisaslarda təhsil alan tələbələr iştirak edə bilər.

Son qeydiyyat tarixi: 21 dekabr 2023-cü il.

Qeydiyyat linki: https://chat.whatsapp.com/JkRSyTmfpGMIlCKwTbMXsr

Tarix: 22 dekabr 10:30

Məkan: Azərbaycan Dövlət Pedaqoji Universiteti-nin əsas tədris binasının Kitabxana-informasiya mərkəzi

19.12.2023

badge-icon
İbtidai Sinif Müəllimlərinin Naxçıvan Forumu keçiriləcək
Forum, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Gənclər Fondu, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Çinar Yayımları” nəşriyyatı, Azərbaycan Kitab, Maarif və Poliqrafçılar İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Təhsil Nəşriyyatı və Everest nəşriyyat evinin rəsmi tərəfdaşlığı ilə baş tutacaq.

"İbtidai Sinif Müəllimlərinin Naxçıvan Forumu"nun 21 Dekabr 2023-cü il saat 14:00-da Naxçıvan Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır.

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş forumun məqsədi ibtidai sinif müəllimlərini bir araya toplamaq, onların əməkdaşlıq və təcrübə paylaşımı etməsinə, eyni zamanda elmdə müasir yanaşmalarla tanış olmalarına imkan yaratmaqdır.

 #İSMF_Naxçıvan rəsmi çap tərəfdaşı:

Max Ofset Mətbəəsi

Forumun keçiriləcəyi yer: Heydər Əliyev Sarayı

Forumun müddəti: 14:00-16:00

Qeydiyyat üçün: 055-224-56-26 nömrəsinə zəng edərək (və ya votsapa yazaraq) qeydiyyatdan keçə bilərsiniz.

https://api.whatsapp.com/send?phone=994552245626

09.12.2023

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlərin 2-ci günü keçirilib
9 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin və məktəb rəhbərlərinin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin, eləcə də məktəb rəhbərlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris və idarəetmə strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik, analitik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirmək olub.

İbtidai sinif müəllimləri üçün “Riyazi bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı riyazi savadlılığın əsas komponentləri, problem həlli strategiyaları və məntiqi düşünməni inkişaf etdirən fəaliyyətlər nəzərdən keçirilib. Həmçinin gündəlik həyatla əlaqələndirilmiş riyazi tapşırıqların hazırlanması və onların tədris prosesində tətbiqi ilə bağlı praktik yanaşmalar təqdim olunub.

Azərbaycan dili müəllimləri üçün “Oxu prosesində interaktiv təlim strategiyaları: şagirdin mətni anlamasından düşünməsinə” mövzusunda təlim təşkil edilib. Təlim çərçivəsində oxu prosesində interaktiv strategiyalardan istifadə, mətnəqədər, mətn zamanı və mətnsonrası fəaliyyətlərin təşkili, əsas və köməkçi informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma, sualvermə və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində metodiki yanaşmalar və praktik fəaliyyətlər həyata keçirilib.

İngilis dili müəllimləri üçün “Dinləyib-anlama və oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı dinləmə və oxu prosesində əsas informasiyanın müəyyənləşdirilməsi, məzmunun təhlili və şərhi, nəticə çıxarma, kontekstdən istifadə və anlama bacarıqlarının inkişafına yönəlmiş strategiya və fəaliyyətlər təqdim edilib.

Məktəb rəhbərləri üçün “Tədrisin keyfiyyətinin idarə edilməsi və müəllimlərin peşəkar inkişafı” mövzusunda təlim Fəzilə Mahmudova tərəfindən keçirilib. Təlimdə tədrisin keyfiyyətinin qiymətləndirilməsi və monitorinqi, müəllim fəaliyyətinin inkişafyönümlü dəstəklənməsi, peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, məktəbdaxili əməkdaşlıq və davamlı peşəkar inkişaf mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.

Təlimlər interaktiv metodlar, müzakirələr və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris və idarəetmə prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub, real tədris situasiyaları üzərindən praktik nümunələr müzakirə edilib.

Qeyd edək ki, ibtidai sinif, Azərbaycan dili və ingilis dili təlimləri müvafiq olaraq təlimçilər Ülviyyə Ələkbərova, Ülvi Osmanlı və Babək Rzazadə tərəfindən keçirilib.

Keçirilən təlimlər müəllimlərin və məktəb rəhbərlərinin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris və idarəetmə yanaşmalarından istifadənin genişləndirilməsinə və təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

AGMA tərəfindən müəllimlərin və təhsil rəhbərlərinin peşəkar inkişafına dəstək məqsədilə bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

10.09.2026

badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlər keçirilib
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlər keçirilib

8 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirməkdir.

İngilis dili müəllimləri üçün “Fikrin ardıcıl və strukturlaşdırılmış şəkildə abzasda ifadəsi” mövzusunda təlim Babək Rzazadə tərəfindən keçirilib. Təlim zamanı fikrin məntiqi ardıcıllıqla ifadə olunması, abzasın strukturunun düzgün qurulması və yazılı nitq bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı metodiki yanaşmalar təqdim edilib.
İbtidai sinif müəllimləri üçün “Oxuyub-anlama bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda təlim Ülviyyə Ələkbərova tərəfindən keçirilib. Təlim çərçivəsində oxuyub-anlama bacarığının inkişaf mərhələləri, mətnlə iş strategiyaları, informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma və tənqidi təfəkkürün inkişaf etdirilməsi istiqamətində praktik fəaliyyətlər həyata keçirilib.

Azərbaycan dili müəllimləri üçün isə “Azərbaycan dili dərslərində nəzəri biliklərdən praktik bacarıqlara” mövzusunda təlim Ülvi Osmanlı tərəfindən keçirilib. Təlimdə dil biliklərinin şüurlu mənimsənilməsi, nəzəri anlayışların nümunə və kontekst əsasında izahı, əldə olunan biliklərin şifahi və yazılı nitqdə tətbiqi, eləcə də praktik və kommunikativ tapşırıqlar vasitəsilə dil bacarıqlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Təlimlər interaktiv metodlar və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub.

Keçirilən təlimlər müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris yanaşmalarından istifadənin genişləndirilməsinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəlib. AGMA tərəfindən bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

08.09.2026

badge-icon
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının  tərəfdaşlığı ilə 4 iyul 2026-cı il tarixində Qax rayonunda "Müəllimlərin VI Şəbəkələşmə Forumu: Müxtəliflikdə Birlik, Təhsildə Əməkdaşlıq" mövzusunda forum keçirilib.

Azərbaycanın müxtəlif bölgələrindən 600-dən çox məktəbəqədər, ümumi, orta ixtisas və ali təhsil müəssisələrinin pedaqoji heyətini bir araya gətirən forumun əsas məqsədi müəllimlər arasında peşəkar əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi, müasir təhsil yanaşmalarının paylaşılması və vahid peşəkar şəbəkənin inkişafına töhfə vermək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Forumun açılış mərasimində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri *Pərvinə Qədimova* və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri *Günay Mahmudova* çıxış edərək müəllimlərin peşəkar inkişafının dəstəklənməsinin, regionlararası əməkdaşlığın genişləndirilməsinin və təhsildə innovativ yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıblar.

Daha sonra Qax Rayon İcra Hakimiyyətinin başçısı *Elvin Paşayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı **Ceyhun Məmmədov* və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini *Fuad Qarayev* çıxış edərək müəllim şəbəkələrinin inkişafı, təhsil sahəsində həyata keçirilən islahatlar və müasir dövrün çağırışları ilə bağlı fikirlərini bölüşüblər.

Forum çərçivəsində müasir təhsil gündəmini əhatə edən aktual mövzular üzrə mütəxəssis təqdimatları keçirilib. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini *Ayaz Abuşov* "Təhsildə süni intellekt həlləri", Xəzər Universiteti Dünya Məktəbinin koordinatoru və "Valideyn məktəbi" layihəsinin rəhbəri *Turab Əhmədov* "XXI əsrdə məktəb-valideyn əməkdaşlığı", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədr müavini *Səltənət Qurbanova* "Uşaq hüquqları və təhlükəsizliyi", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti və AGMA-nın regional koordinatoru *Validə Məmmədli* isə "Universal Öyrənmə Dizaynı" mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirin bədii hissəsində Qax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin *"Buta"* rəqs qrupu və Şəki Dövlət Regional Kollecinin *"İpək qızlar"* kollektivi milli rəqs və musiqi nömrələri ilə çıxış edərək forum iştirakçılarına zəngin bədii proqram təqdim ediblər.

Tədbirin sonunda forumun təhsil ictimaiyyəti arasında peşəkar əməkdaşlığın inkişafına, müəllimlərin təcrübə mübadiləsinin genişləndirilməsinə və müasir təhsil yanaşmalarının təşviqinə mühüm töhfə verdiyi vurğulanıb.

Forum kollektiv xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

04.07.2026

badge-icon
“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib.

25 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, müəllimlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Mədəniyyət gecəsinin açılış hissəsində çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova layihənin əsas məqsədinin Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin və mədəni yaddaşının təbliği olduğunu bildirib.

Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin və milli irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb.

Tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, Azərbaycan tarixi və tarix dərsliklərinin həmmüəllifi, Bakı şəhəri 163 nömrəli tam orta məktəbin tarix müəllimi Ramil Tanrıverdi də çıxış edərək Qərbi Azərbaycanın tarixi yaddaşının qorunmasının vacibliyini vurğulayıblar.

Mədəniyyət gecəsi çərçivəsində layihə üzrə hazırlanmış videoçarx nümayiş olunub. Tədbirin bədii hissəsində isə Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yaradıcı kollektivləri və Azərbaycan Milli Konservatoriyasının müəllimlərinin iştirakı ilə musiqi nömrələri, şeir nümunələri və milli rəqslər təqdim edilib.

Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkilib.

25.05.2026

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun