Profil

Axtarış

Müəllimlərin tanıdılması

badge-icon
Fərq Yaradan Gənc Müəllim-2023
Mən Şirinbəyzadə Samir Vaqif oğlu. Astara rayonunda dünyaya göz açmışam. 2016-2019-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-coğrafiya fakültəsində Tarix müəllimliyi ixtisası üzrə oxumuşam. 2021-ci ildə MİQ imtahanında 50 bal toplayaraq faktiki yaşadığım yerdən 75 km uzaqda olan Masallı rayonu İ.Nağıyev adına Boradigah qəsəbəsi 2 saylı tam  orta məktəbində çalışmağa başladım. Bu illərdə AGMA-nın təlimlərində iştirak edib sertifikatlar almış, sinif idarəetməsi, psixoloji təlimlərdə iştirak etməklə bərabər 3 ay müddətində  "Sağlam həyat tərzi" təlimi bitirib şagirdlərin düşüncəsinə qidanın təsirlərini ətraflı öyrətməyə çalışmışam. 

Dərsləri əyləncəli və interaktiv keçməyə üstünlük verir, xəritə, BİBÖ, analitik və s. təlim üsullarından istifadə edirəm. Tarixin standartlarından biri məkan olduğuna görə şagirdlərə ölkələrin adını çəkmədən tarixindən məlumat verib xəritədə  tapması üçün şərait yaradıram. Şagird zərurət hiss edəndə biliyi həvəslə öyrənir. Bunun üçün məktəbdə il ərzində 28-dən çox bilik və "Xəmsə" yarışları təşkil etmişəm. Sevgi ilə öyrətməyə çalışıram, gələcək özü gəlməyəcək, biz şagirdlərimizlə gətirəcəyik. Təhsil şagirdləri xoşbəxt etməli və əyləndirməlidir. Dərs metodları seçəndə əsas da bu amilləri nəzərə alıram. Elm həyat tərzinə çevrilməlidir. Şagirdlər pedaqoji oyunlar vasitəsilə öyrəndikdə özgüvənin formalaşmasına dəstək olur.

25.07.2023

badge-icon
Fərq Yaradan Gənc Müəllim-2023

·       2009-2014-ci illərdə BDU tarix müəllimliyi üzrə bakalavr təhsili;
·       2014-2016-cı illərdə BDU-nun magistraturası (fərqlənmə diplomu);
·       AMEA-nın Əliyevşünaslıq şöbəsinin doktorantı;
·       2017 və 2021-ci illərdə Təhsil Nazirliyinin həyata keçirdiyi MİQ imtahanında yüksək nəticə;
·       2022-ci ildə Elm vəTəhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsində “Şuşa ili: Qarabağ folklor nümunələrinin təbliği və tərənnümü” layihəsi üzrə qalib;
·       2021-ci il Bakı Şəhər üzrə Təhsil İdarəsinin təşkil etdiyi “Yaradıcı müəllim”müsabiqəsinin qalibi;
·       2020 ART KÖNÜLLÜ-YARAT layihəsində könüllü fəaliyyət;
·       2019-Baku İdea Lab-Social İnnovations training təlimi;
·       Pedaqoji fəaliyyətində səmərəli fəaliyyətinə görə Təşəkkürnamə;
·       2019-Y-PEER Gender and İnclusive Education Training təlim;
·       2021-Xarizmatik natiqlik təlimi;
·       Bir sıra konfranslar və seminarların iştirakçısı;
·       2022-ci ildə Elm vəTəhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsində qalib gəlmiş “Gəzək, öyrənək, bölüşək” layihəsinin eksperti;
·       Məqalələr müəllifi;
·       2020-ci ildə Berghof fondunun “Dağlıq Qarabağ münaqişəsi və həlləri” müzakirə platformasının iştirakçısı;
·       Pedaqoji staj – 5il

“Hər bir insanın daxilində bacarıqlarının aşkar olunmasını gözləyən böyük bir dahi sakitcə kəşf olunmasını gözləyir. İnsanlar bəzən özlərinin bacarıqlarından xəbərsiz yaşayarlar və bu dünyadan sıravi bir şəxs kimi köçərlər. Müəllimlik karyeramda ən böyük amalım şagirdlərimin daxilində gizlənən və özlərinin də fərqində olmadığı fərqindəlikləri, yüksək bacarıqları aşkar etmək, onların inkişafına şərait yaratmaqdır. Tənqidin şagirdlərin inkişafında effektini qəbul etmir, yalnız motivasiya, effektiv təsir metodlarından istifadə edirəm. Apardığım tədris prosesi şagirdlərə fərdi yanaşmanı, müasir təhsil metodlarını tələb edir. Tədris yalnız məktəblə yekunlaşmır, şagirdlərin asudə vaxtını, onların şəxsi inkişaf sferasını əhatə edir”.

25.07.2023

badge-icon
Fərq Yaradan Gənc Müəllim-2023
Mən Vəliyev Heyrət Şehri oğlu.  2010-cu ildən Gədəbəy rayon Habil Allahyarov adına Soyuqbulaq kənd tam orta məktəbində coğrafiya müəllimi kimi işləyirəm. 2021-ci ildən tədris işləri üzrə direktor müavini, 2022-ci ildən Direktor işləyirəm. Aşağıdakı sizinlə fəaliyyət müddətimdəki uğurlarımı paylaşıram:
 
·       Gədəbəy rayonunda 2013-cü ildə  "İlin Ən Yaxşı Coğrafiya müəllim" müsabiqəsinin qalibi;
·       2015-ci ildə Elektorn Təhsil Respublika Müsabiqəsinin Nominantı;
·       2015-ci ildə İlin Müəllimi Müsabiqəsinin finalçısı;
·       2016-ci ildə Gədəbəy rayon Gənclər və İdman idarəsi tərəfindən "İlin Ən Fəal Gənci" mükafatı; 
·       2016-ci ildə ATİAHİ-nin Gədəbəy rayon komitəsi tərəfindən "İlin Ən Fəal Gənc Müəllimi" mükafatı;
·       2018-ci ildə ATİAHİ-nin Respublika komitəsi tərəfindən "İlin Peşəkar Gənci" müsabiqəsinin qalibi;
·       2020-ci ildə IV Qrant müsabiqəsinin qalibi;
·       5 Benəlxalq Konfrans və Seminar iştirakçısı, 9 Respublika seminar, konfrans və təlim iştirakçısı;
·       2013-cü ildə Kurikulum təlimçisi.
 
“İlk olaraq şagirdlərimdə özgüvən formalaşdırdım, inandırdım ki, onların hər biri istedadlı və fərqli  şagirdlərdir.  Nəticədə, bir çox şagirdlərim ali məktəblərə, akademiyalara daxil oldular və olmağa davam edəcəklər. Rəhbər kimi özgüvəni və inamı həm şagirdlərimdə, həm müəllimlərimdə formalaşdırdım. Nəticədə, “imkansızdır, bacarmazsınız” deyiləni Respublika Fənn Olimpiadasından medal əldə etdik, həm də heç bir repetitor hazırlığı olmadan. Məktəbimizin tarixində ilk Fərqlənmə atestatını əldə etdik. Artıq mənim şagirdlərim və müəllimlərim Fərq yaradırlar. Mən də Fərq yaradan kollektivin Fərq yaradan rəhbəri kimi bu müsabiqəyə qoşuldum və "Fərq Yaradan Gənc Müəllim Müsabiqəsi"nin qalibi olacağıma inanıram.

25.07.2023

badge-icon
Fərq Yaradan Gənc Müəllim-2023
Mən Nərmin Qəhrəmanlı Qabil qızı. 1994 cü il 12 sentyabr tarixində Bərdə rayonu Cicimli kəndində anadan olmuşam. Hal-hazırda Bərdədə yaşayıram. İlk təhsilimə Əhliman Qasımov adına Qayalı kənd orta məktəbində başlamışam (2000).

2011-ci ildə tam orta təhsilimi başa vurub, 441 bal ilə Azərbaycan Dövlət Pedaqoji Universtetinin Coğrafiya fakültəsinə daxil olmuşam. 2017-ci ildə bakalavr təhsilimi başa vurub, həmin universitetin magistratura pilləsinə daxil olmuşam. Magistratura təhsilimi aldığım zamanlarda bir sıra beynəlxalq və yerli müsabiqələrdə iştirak etmişəm.

Azərbaycan Universteti tərəfindən “Sağlam bir dünya üçün yaşıl enerji” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsində iştirak edərək (Wave Energy) təqdim etdiyim layihə işi final mərhələsinə qədər yüksəlmişdir. 2018-ci ildə MİQ imtahanında 60 ballıq sistemdə 51 bal toplayaraq, Kəlbəcər rayon 128 nömrəli orta məktəbdə coğrafiya müəllimliyi peşəsinə yiyələnmişəm.

ADA universtetinin təşəbbüsü ilə həyata keçrilən “Bir Müəllimin Manifesti” proqramının ikinci ilində Kəlbəcər rayonu 128 nömrəli orta məktəbin coğrafiya müəllimi Qəhrəmanlı Nərmin bir kənd müəllimi olaraq Amerikada təhsil hüququ qazandı. iki semesterdən ibarət olan “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramı yerli və xarici professor-müəllim heyəti tərəfindən keçirilmişdir. Akademik ingilis dili və Təhsil məqsədləri üçün İngilis dili dərsləri istisna olmaqla, bütün dərslər Azərbaycan dilində tədris olunurdu.

Proqram əyani və onlayn formatda aparılırdı. Əyani formatda proqram ADA Qazax Mərkəzində, ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində keçirildi. 

Proqramın ABŞ-da keçiriləcək hissəsi 8 həftə müddətinə tamamilə əyani və ingilis dilində baş tutdu. (fevral-mart, aprel-may).

Proqramın ABŞ-da keçiriləcək hissəsi 2023-cü ilin yaz sessiyasına əhatə edirdi.

“Bir Müəllimin Manifesti adlı ixtisasartırma proqramı mənə gələcək həyatımda dərin izlər buraxacağına və məni dünyanın idarə olunacaq mərkəzinə (ABŞ) aparacağına inanmazdım. Bu yol uzun və çətin idi. Bu yolda bizə Hafiz Paşayev, Qalib Məmməd, Vəfa Kazdal kimi ADA-nın nüfuzlu şəxsləri dəstək durdular. Proqram region müəllimlərinin bilik və bacarıqlarını, akademik səviyyədə dil bacarıqlarını inkişaf etdirilməsinə yönəlmişdi və bunun həyata keçrilməsi üçün 5 ay Qazax Müəllimlər seminariyasında həftəsonları bizə dərslər təşkil olundu. Qalan həftə içi günlər onlayn dərslərlə biliklərimiz möhkəmləndi. Proqramın əvvəlcədən bizə təyin etdiyi sillabus üzrə müəyyən balı toplayıb Amerika hissəsinə keçid edə bilərdik. Vaxt gəldi çatdı və mən o balı yığıb Amerika hissəsinə vəsiqə qazandım. ADA Universiteti Qazax Müəllimlər Seminariyasından başladıq bu yola. O qədər gözəl insanlarla tanış olub, o qədər gözəl mühitdə tədris aldıq ki, inana bilməzdim ki, bu qədər müəllim bir məqsəd üzrə belə ürəklə bir-birlərinə dəstək olacaqlar. 7 həftə ərzində ADA Vaşinqton mərkəzində keçrilən təlimlərdə getdiyimiz məktəblərdəki təcrübəmizdə biz Azərbaycan və Amerika təhsilini analiz etdik və gözəl nəticələrə gəldik. Sonunda Course Design işindən fərqlənmə sertifikatı və Best Empathy nominasiyalı Oscar mükafatı ilə Azərbaycana döndüm.

25.07.2023

badge-icon
Fərq Yaradan Gənc Müəllim-2023
Mən İsmayılzadə Anar. 1998-ci ildə İmişli rayon Bəhrəmtəpə qəsəbəsində müəllim ailəsində anadan olmuşam və hal-hazırda burada yaşayıram. Pedaqoji fəaliyyətimə 2022-ci ilin sentyabr ayında başlamışam. İlk təyinatımı İmişli rayon F.Quliyev adına Çaxırlı kənd tam orta məktəbinə aldıqdan sonra həmin ilin oktyabrında müddətli müqavilə ilə İmişli rayon K.Əsədov adına Hacıbabalı kənd ümumi orta məktəbdə fiziki tərbiyə fənnini tədris etməyə başladım.

Cəmi bir illik pedaqoji fəaliyyətim ərzində inkişafa doğru bir sıra əsaslı addımlar ataraq fiziki tərbiyə fənninə qarşı formalaşmış ənənəvi stereotipləri dəyişmişəm. Bunlara misal olaraq fiziki tərbiyə müəllimlərinin təkmilləşməsinə istiqamətlənmiş, tələbələrin müqəddəs müəllimlik peşəsinə cəlb olunması müxtəlif platformalar üzərindən canlı yayımlar, video-izahlar, vebinar və seminarları, şagirdlər arasında keçirilmiş idman oyunları üzrə məktəbdaxili və məktəblərarası çempionatları, təhsil işçiləri arasında keçirilmiş mini-futbol yarışını və bu yarışın çempionluq hissini, qəzetlər bir neçə məqalə dərcini, müəllimlərarası intellektual oyunları, Gənc Fiziki Tərbiyə Müəllimləri Birliyinin fəaliyyətində aparıcı rolumu qeyd edə bilərəm.

Hal-hazırda bir neçə layihə və məqalə müəllifi, yerli və beynəlxalq təlimlərin iştirakçısıyam. O cümlədən, rayonumuzda keçirilən müxtəlif yarışlarda hakim və təşkilatçılıq işlərini də öz öhtəmə götürmüşəm.
Bütün bunların fonunda fiziki tərbiyə fənnini cəmiyyətə sevgi ilə təqdim etməyi və bu ixtisasın siması olmağı qarşıma məqsəd olaraq qoymuşam.

25.07.2023

badge-icon
Fərq Yaradan Gənc Müəllim-2023
Mən Abdullayeva Çimnaz Yusif qızı. Ağdam rayon Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbində İnformatika müəllimi kimi işləyirəm. Həmçinin, 2021-ci ildən Ayaz Abbasov adına Qaradağlı kənd tam orta məktəbində Peşə Təmayüllü Siniflər layihəsində İT Helpdesk ixtisası üzrə müəllim işləyirəm.
2019-cu ildə isə  BDU-nun qiyabi tarix fakültəsinə (560 b) daxil olmuşam. Həm yerli, həm də beynəlxalq layihə, təlim və konfranslarda iştirak etmişəm. AMEA-nın beynəlxalq elmi konfranslarında iştirak etmişəm, elmi məqalələrim Qafqazşünaslıq, Elm tarixi jurnallarında dərc edilib.
ETwinning layihəsində uğurla iştirak edərək milli və avropa keyfiyyət nişanlarına layiq görülmüşəm. Pedaqoji fəaliyyətim dövründə ən böyük uğurum isə İCESCO-nun 2022/ 2023-cü illəri əhatə edən OPEN EDUCATİON FUIW  layihəsində iştirakım hesab olunur. Bu layihəyə İCESCO-nun üzvü olan 23 ölkənin 74 universitetindən 160 nəfər professor və müəllim, gənc tədqiqatçılar seçilmişdir. Gənc tədqiqatçı kimi bu layihəni uğurla başa vuraraq həm iştirakçı, həm də İCESCO-nun rəsmi sertifikatlı təlimçisi sertifikatını əldə etdim.
 
2023-cü il mayın 23-də Azərbaycan, Qazaxıstan və Rusiyanın Elm və Təhsil nazirliklərinin birgə təçkilatçılığı ilə p.e.n dosent V.L.Rabinoviçin anadan olmasının 100 illiyinə həsr edilmiş  "Riyaziyyat və təbiət elmləri problemləri" mövzusunda XI beynəlxalq elmi-praktiki konfransda iştirak etdim və " İnformatikanın tədrisi metodologiyası və innovativ metodlar" adlı məqaləm konfransın materiallar toplusunda dərc edildi. 
Şagirdlərimlə birlikdə həm yerli, həm də beynəlxalq layihələrdə uğurla iştirak edərək sertifikatlar əldə etmişik. 
Bunlar sadəcə uğurlarımın az bir hissəsidir. Mənim fikrimcə, müəllim daim öz üzərində çalışmalı və innovativ olmalıdır. Fərqli düşünün ki, fərq yaradanlardan olasınız.
Fərq yaradan gənc müəllim kimi ən böyük fərqim  dərslərimdə elektron resurslardan, interaktiv metodlardan istifadə etdiyim üçün həm şagirdlərim, həm də həmkarlarım arasında innovativ müəllim kimi tanınmağımdır. Fərq yaradan müəllimin fərq yaradan şagirdləri olaraq şagirdlərimlə birlikdə yerli və beynəlxalq layihələrdə uğurla iştirak edirik. ETwinning layihəsində milli və avropa keyfiyyət nişanları əldə etmişik. AMEA-nın təşkil etdiyi beynəlxalq konfranslarda iştirak etmişəm, elmi məqalələrim Qafqazşünaslıq və Elm tarixi jurnallarında dərc edilib. Fərq yaradan digər bir cəhətim isə yerli və beynəlxalq təlim və konfranslarda aktiv iştirak etməyimdir.

İştirak etdiyim konfrans və tədbirlərin bir qismi:
1." Sabahın alimləri" XII Respublika Müsabiqəsi
2 . " Science  and culture center  of Azerbaijan - Shusha" 
3. 4th İnternational  Scientix Conference
4. Developing Speaking  skills for B1 Preliminary for Schools.Cambridge Assessment  English
5. KOİCA - Korea İnternational  Cooperation  Agency and the Future class Network 
6. Certified Microsoft Innovative educator
7. Development  perspectives of the gender - responsive  education system in Azerbaijan
8. Ulusal Eğitimdə  Yapay Zeka Uygulamaları kongresi
9. Learning İnnovative Technologies Conference
10. Mirzə Kazım bəyin 220 illiyi ilə bağlı AMEA Şərqşünaslıq institunun keçirdiyi beynəlxalq elmi konfransda iştirak
ADA universitetinin  təşkil etdiyi "Bir müəllimin manifesti" layihəsinə seçilsəm də universitetdə oxuduğum üçün imtina etməli oldum. Şagirdlərimlə
ADA universitetinin ilk dəfə  təşkil etdiyi  "Azərbaycanın gənc qurucuları" layihəsində iştirak etmişik. 
8 Noyabr "Zəfər Günü"  ilə bağlı Minecraft platformasında təşkil edilən beynəlxalq yarışmada şagirdimiz sertifikata layiq görülüb.

25.07.2023

badge-icon
Fərq Yaradan Gənc Müəllim-2023
Mən Əfəndizadə Lalə Şirxan qızı. 1997- ci ildə Ağdaş rayonunda doğulmuşam. 2003- ci ildə Ağdaş rayonu Müşfiq İsayev adına tam orta məktəbdə tədris ilimi başlamışam. 2014–cü ildə məktəbi bitirib, həmin ildə    548 bal ilə Azərbaycan Dillər Universitetinin Xarici dil müəllimliyi ( ingilis-alman dili müəllimliyi) fakültəsinə qəbul olmuşam. 

   2020-ci ildə yenidən MİQ imtahanında iştirak edərək Ağdaş rayon Ramiz Hacıyev adına tam orta məktəbdə daimi İngilis dili müəllimi olaraq çalışmağa başlamışam və hələ də orada işləyirəm. 2020-ci ildə eyni zamanda, Ağdaş rayonu Səməd Vurğun adına tam orta məktəbdə müddətli müqavilə ilə işləməyə dəvət edilərək çalışmışam. 

   2021-ci ildə British Council tərəfindən həyata keçirilən “İntroduction to Core Skills” təlimlərində fəal iştirak edərək beynəlxalq statuslu sertifikat ədə etmişəm. Həmin ildə Təhsil Mərkəzinin keçirdiyi  “ İKT savadlılığının artırılması” üzrə 36 saatlıq təlimlərdə fəal iştirak edərək sertifikat əldə etmişəm. 

  2021-ci ildən etibarən beynəlxalq layihə olan “Etwining” layihəsinə qoşulmuşam. Bu layihəyə əsasən, şagirdlərim və mən başqa ölkələrin müəllim və şagirdləri ilə birgə yeni proyektlər hazırlamağa başlamışıq.  

  2022-ci ilin mart ayında Cənab Nazir – Emin Əmrullayev Mərkəzi Aran Regionunun yüksək göstəricilərə (Universitetə qəbul balı və MIQ balı yüksək olan) sahib olan Gənc müəllimləri görüşdə iştirak edərək Cənab Nazir tərəfindən “Gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətimə” görə “ Təşəkkürnamə” ilə təltif edilmişəm. Onu da qeyd etmək istəyirəm ki, həmin görüşdə rayonumuzu yeganə təmsil edən Gənc müəllim mən idim.

   2022-ci ildə Paşa Holding və “GİD CSR Consulting” şirkətinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilən “Təhsilə doğru” layihəsinə rəhbərlik etmişəm. Bu layihə üzrə məktəbimizin – Ramiz Hacıyev adına tam orta məktəbin 100 şagirdi dərsdən kənar İngilis dili dərslərinə cəlb edilib və sonda şirkət rəhbərlərinin iştirakı ilə Ağdaş şəhər Heydər Əliyev mərkəzində olimpiada təşkil edilib. Fəal şagirdlər diplomla təltif ediliblər.

  2022-ci ildə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə”  VI Qrant müsabiqəsi üzrə fərdi kateqoriya üzrə “Danışan kitablar” adlı layihəm qalib layihələr arasında oldu. Bu layihə üzrə artıq çalışdığım kənd məktəbində müasir resurslarla təchiz olunmuş Ingilis dili kabineti yaradıldı. 3 ay müddətində davam edən layihəmə layiqincə rəhbərlik edərək uğurla bitirməyi bacarmışam.

  2022-ci ildə 5 noyabr tarixində “3rd İnternational Forum on New Challanges in Education” formunda iştirak etdiyimə görə beynəlxalq statuslu sertifikat əldə etmişəm.

  2022-ci ilin sentyabr ayında ADA Universitetinin “Bir Müəlliminin Manifesti” ixtisasartırma proqramına qəbul olmuşam. ADA Universitetinin Qazax mərkəzində başlayan dərslərimi ADA Universitetinin Bakı filialında davam etdirmişəm. Hibrid formada Azərbaycanda keçirilən dərsləri uğurla başa çatdıraraq ADA universitetinin Vaşington filialında təhsil almağa vəsiqə qazandım. 2 ay müddətində ABŞ-da həm təhsil alaraq, həm də məktəblərdə praktika keçərək müəllimlik üzrə olan bilik və bacarıqlarımı daha da artırdım. Oradakı təhsilimin sonunda imtahan verib diplom almaqla yanaşı, iki ədəd layihə əsasında “Oscar” mükafatına layiq görüldüm.

  Bu il - 2023-cü ildə Macarıstanın paytaxtı Budapeştdə “İnnovasiya və Təhsil” mövzusunda Etwining seminarında iştirak hüququ qazandım. Onu da qeyd edim ki, həmin konfransda Azərbaycanı təmsil edən 2 müəllimdən biri mən idim.

  Bununla yanaşı, “KitabGəzər” layihəsinə əsasən, şagirdlərim üçün 340 ədəd Qəbul imtahanına hazırlıq kitabları qazanaraq şagirdlərimə payladım. Daha sonra eynən bu layihəyə əsasən, məktəbimizə 50 ədəd bədii kitablar qazanaraq məktəbimizdə yeni bir “Kitabxana” yaradaraq növbəti ilin sentyabrında həmin kitabların mütaliəsinə başlayacayıq. Aktiv şagirdlər layihəyə əsasən, hədiyyələrlə mükafatlandırılacaqlar. Şagirdlərim üçün qoşulduğum daha bir layihə “Qızlar Oxusun” layihəsidir. Bu layihə nəticəsində maddi vəziyyəti zəif olan qız şagirdlərimin növbəti tədris ilindən repititor xərcləri qarşılanacaqdır. 

       Eyni zamanda, 2023-ci ilin yanvar ayında ABŞ–da yerləşən NC State University tərəfindən həyata keçirilən müsahibə nəticəsində həmin universitetinin onlayn təlimlərində iştirak etmək hüququ qazanmışam. Fevral ayında başlayacaq təlimlər iyun ayında yekunlaşacaq. Onu da qeyd etmək istəyirəm ki, bu təlimlərə qoşulmaq üçün 4000+ namizəd var idi. Onlayn müsahibə nəticəsində Respublika üzrə cəmi 100 nəfər müəllim iştirak etmək hüququ qazanmışdır.

   2023-cü ildə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin keçirdiyi “Təlimçi Hazırlığı” üzrə 36 saatlıq təlim keçərək sertifikat əldə etmişəm. Hal- hazırda İnternational Certificate for English Teachers (TKT) dərslərində və İngilis dili və pedoqoji bacarıqlarımı qiymətləndirən imtahanda iştirak edərək Beynəlxalq statuslu Cambridge sertifikatı əldə edəcəm.

“3 illik pedoqoji fəaliyyətimdə əsas devizim belə olmuşdur: "Müəllim daim özünü inkişaf etdirməklə yanaşı, şagirdlərini də inkişaf etdirməlidir." Bunun üçün ya şagirdlərimin təhsil mühitini daha effektiv etmək məqsədilə layihələr yazıb qalib olaraq bunu əldə etmişəm, ya da milli və beynəlxalq müsabiqələrə şagirdlərimlə birgə qatılaraq qalib olmuşam. Bir Gənc Müəllim olaraq daim nümunə olmağa çalışmışam. Məndən nümunə götürərək neçə şagirdlərim parlaq gələcəyə doğru inamla addımlayıblar. Onları qəlbdən istəyərək çalışıb əldə edə bilməyəcəkləri heç bir məqsədin olmadığını, kənddə yaxud şəhərdə təhsil almağın fərqi olmadığını, yalnız oxuyaraq dünyanın istənilən ölkəsində Vətənimizi təmsil edə biləcəklərini əyani nümunə olaraq - özümü göstərərək inandırmışam. Məktəbdə sadəcə elmi dərslər deyil, "həyat" dərsləri də öyrətməyə çalışmışam. Mənim təhsil mühitimdə əsas şagirdlərimin istəkləri baş rol oynayır. Son olaraq, necə fərq yarada bildiyimi və qismən də olsa şagirdlərimin arzularını həyata keçirə bilməyimi tədris ilinin sonunda şagirdlərimdən birinin cümləsi ilə daha yaxşı anladım: "Sizin gəlişinizlə məktəbimizə yeni bir nəfəs gəlib, müəllim."

25.07.2023

badge-icon
Fərq Yaradan Gənc Müəllim-2023
Abdulova Ülviyyə Abşeron rayon Məmmədli kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının mentoru, Azərbaycan Respublikası Təhsil İnstitutunda təlimçi, Abşeron rayon İctimai Şurasında könüllü, eyni zamanda metodist müəllimdir. Elm və Təhsil Nazirliyinin elan etdiyi 5 və 6 qrant müsabiqələrinin qaliblərindən biridir.

“Sürətlə inkişaf edən, yeniliklərə açıq olan şagirdlərə tələb-təklif prinsipini əsas tutaraq onları təkcə bilikyönümlü yox, onlarda bacarıq, özünəinam formalaşdırıb, ümumbəşəri dəyərlərə əsaslanaraq güclü şəxsiyyət formalaşdırmaq fəaliyyətimin ana xəttini təşkil edir.

Fəal, kreativ, müasir, çevik düşünüb qərar verən şagirdlər gələcəyin seçilmiş şəxsiyyətləridir”.

25.07.2023

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Ramazan bayramınız mübarək!
Ramazan bayramınız mübarək! 

10.04.2024

badge-icon
Gənc Kimya Müəllimləri Birliyinin növbəti təlimi Gəncə Dövlət Universitetində keçirildi
Gənc Kimya Müəllimləri Birliyinin növbəti təlimi Gəncə Dövlət Universitetində keçirildi. 

Təlimdə iştirak edən tələbə və müəllimlərə elektron vasitələrin istifadə qaydaları izah olundu. AGMA və onun tərkibində yaradılmış Gənc Kimya Müəllimləri Birliyinin fəaliyyəti, virtual laboratoriya, veb alətləri barədə məlumat verildi.  

Təlimin keçirilməsində dəstək olan Gəncə Dövlət Universitetinin idarə heyəti və kimya -biologiya kafedrasının müəllimlərinə təşəkkürümüzü bildiririk.

09.04.2024

badge-icon
“Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində” Gənc müəllimlərin yaşıl dünya konfransı
7 aprel tarixində Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində” Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf tədbirimiz keçirildi.

Konfrans öz işinə Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlayıb. 

Daha sonra Gəncə şəhər Təhsil Sektorunun müdiri Nərgiz Həsənova çıxış edərək gənc müəllimləri salamlamış və tədbir haqqında öz fikirlərini bölüşmüşdür. Həmçinin AGMA-nın sədri Səkinə Həsənova da çıxış edərək bu cür konfransların əhəmiyyətindən söz açmış və daha bir neçə regionda da keçirilməsinin planlandığını vurğulamışdır.
 
Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun və Gənc Könüllülər İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilib.

08.04.2024

badge-icon
Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf tədbiri
7 aprel 2024-cü il tarixində keçirilən konfransımızın rəsmi hissəsi yekunlaşdıqdan sonra panel müzakirəsi başlayıb. 

Paneldə Milli Məclisin deputatı, həmçinin Məclisin Elm və Təhsil komitəsinin üzvü Pərvin Kərimzadə, IDEA İctimai Birliyinin layihələrin idarəedilməsi şöbəsinin müdiri Zərxanım Ağayeva və Göygöl Milli Parkının direktoru Fuad Quliyev spiker qismində çıxış edərək ekoloji proseslərdə müəllimlərin rolu və təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı, şagirdlərin bu proseslərə cəlb edilməsi yolları kimi mövzulardan söz açıblar.

Daha sonra Azərbaycan Skautlar Assosiasiyasının nümayəndələri Zamin Məmmədov, Ülvi Məmmədov, Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin sədri Cəsur Mədətzadə və Elm və Təhsil Nazirliyinin eskperti Turab Əhmədov tərəfindən 3 müxtəlif otaqda vörkşoplar keçirilib və bununla da konfrans işini yekunlaşdırıb.

08.04.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

77

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun